Bakıda qəza törədib qaçan qadın sürücü tutuldu

  • 07 mart 2018, 19:04

Paytaxtda yol-nəqliyyat hadisəsi törətmiş qadın sürücü tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Sərhad Şahpələngovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən "Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Cəmilə Həsənova saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər