Elmar Vəliyevlə bağlı sərəncam

  • 28 noy 2017, 21:35

Azərbaycan prezidenti İlham Əliyev Elmar Rüstəm oğlu Vəliyevin II dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Demokratik.Az  xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E. Vəliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

"Demokratik.Az"-ın məlumatına görə, prezidentin dünən imzaladığı bu xoş sərəncam Gəncə sakinlərinin sevincinə səbəb olub. Sakinlərin bildirdiyinə görə, Gəncəyə rəhbərlik edən icra başçısı Elmar Vəliyev verilən ordenə layiqdir və son illərdə Gəncədə görülən işlərdə icra başçısının fərdi zəhməti yetərincədir.

Dövlət başçısının digər sərəncamı ilə Gəncə şəhərinin sosial-mədəni həyatında fəal iştirakına görə Şərif Hacı oğlu Şərifova isə Prezidentin fərdi təqaüdü təyin olunub.

Demokratik.Az

Oxşar xəbərlər