Prezident əfsanəvi Aslan Aslanovu təltif edib

  • 19 noy 2017, 12:31
Azərbaycan prezidenti İlham Əliyev Aslan Əli oğlu Aslanovun "Tərəqqi” medalı ilə təltif olunması haqqında sərəncam imzalayıb. 

Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb. 

İnformasiyaya əsasən Aslan Aslanov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.
 
Xatırladaq ki, Aslan Aslanov uzun müddət Şəmkir rayonuna başçılıq edib və respublikanın bu bölgəsində vəziyyətin sabitliyi üçün vacib rol oynayıb. Bundan başqa, o ölkədə dövlət çevrilişlərinin qarşısını almaqda fəal iştirak edib, eləcə də öz yüksək nüfuzundan istifadə edərək Gürcüstandan azərbaycanlıların 90-cı illərdə deportasiya edilməsi prosesinin qarşısını almağa yardımçı olub.
 
Demokratik.Az
Oxşar xəbərlər