Prezident 5 yeni təyinata imza atıb

  • 01 iyun 2017, 16:49

 

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib.

 

Rəsmi xəbərə görə, Administrasiyanın yeni strukturuna əsasən, prezidentə 5 yeni köməkçi təyin edilib.

Onlar prezidentin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev, xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və katibliyin rəisi Dilarə Seyidzadədir. 

Qeyd edək ki, daha əvvəl prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi.

Demokratik.Az

Oxşar xəbərlər