Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:32 - 15.09.2019  
Tahir Kərimovun Salyandakı razborkası böyüyür...
Tarix: 13-10-2014, 21:16 | Bölmə: Xəbərlər » Ölkə içi

Tahir Kərimovun Salyandakı razborkası böyüyür... "Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Tsay Şin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) daimi istifadəsində olan neft ərazilərində qanunsuz tikililərin, o cümlədən restoran, ticarət və iaşə obyektlərinin sökülməsi barədə aidiyyəti dövlət qurumlarına müraciət edib.

Belə müraciətlərdən biri də ARDNŞ-nin Salyan rayonu ərazisində və neft şirkətinin daimi istifadəsində olan ərazilərdə "Samir şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus olan qanunsuz obyekt və əkin sahələri ilə bağlıdır.

Bununla əlaqədar Salyan rayon İcra Hakimiyyəti başçısının müraciəti əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Salyan rayon şöbəsinin müdiri tərəfindən "Salyan Oil Ltd” əməliyyat şirkətinin baş meneceri Tsay Şinə müvafiq məktub göndərilib.

DTXK-nin Salyan rayon şöbəsinə daxil olan 21.06.2013-cü il tarixli 07/244-23 saylı məktubda da ARDNŞ-nin daimi istifadəsində olan ərazilərdə "Samir şirkəti” MMC-yə məxsus olan obyekt və əkin sahələri barədə rəsmi məlumat verilməsi xahiş olunur. Məktubla əlaqədar "Samir şirkəti” MMC-yə məxsus obyekt və əkin sahələrinə baxış keçirərkən də bir sıra qanunsuz faktlar aşkar edilib.

Belə ki, "Samir şirkəti” MMC-yə aid olan Qarabağlı kənd sakini Ağayev Xeyrəddin Azər oğlunun adına Salyan rayon İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli sərəncamı ilə iaşə xidməti, tikinti materialları satış mağazası və şadlıq evi tikintisi məqsədilə ayrılmış 0,58 ha torpaq sahəsinə baxış keçirərkən həmin torpaq sahəsinin ərazidən keçən neft borularının üstündə yerləşdiyi, ərazidəki qaz kompressorunun 5 metrliyində fəaliyyət göstərdiyi və ərazinin ARDNŞ-ə məxsus torpaq sahəsində yerləşdiyi müəyyən olub.

Bundan əlavə, "Samir şirkəti” MMC-nin qarşısında, Salyan-Şirvan yolunun sağ tərəfində "Samir şirkəti”nə aid Mürsəlov Mürsəl Sakit oğlunun adına çıxarışla mülkiyyətə verilən 0,12 ha torpaq sahəsi, digər bir çıxarışla "Samir şirkəti” MMC-nin cənubunda Salyan-Şirvan yolunun sol tərəfində xüsusi mülkiyyətə verilmiş 0,125 ha torpaq sahəsi və onun üzərində tikilmiş tikintilər ARDNŞ-ə məxsus olan ərazidə yerləşir.

"Samir şirkəti” MMC-yə Salyan rayon İcra Hakimiyyəti başçısının 14 iyun 2004-cü il tarixli 111 saylı sərəncamı ilə dövlət fondu torpağından qoyunçuluq məqsədilə icarəyə alınmış 42 ha torpaq sahəsinin 31 hektarı, Salyan-Şirvan yolunun sol tərəfində "Samir şirkəti” MMC-yə məxsus 3300 kv.m torpaq sahəsi "Salyan OİL LTD” şirkətinin kontrakt sahəsinə aid ərazidədir.

Qeyd olunan vətəndaşlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına rəsmi müraciət olunub. Bundan əlavə, Salyan rayon İcra Hakimiyyəti başçısının imzaladığı digər bir sərəncamda isə qeyd olunur ki, Salyan rayon Qarabağlı kənd sakini Ağayev Xeyrəddin Azər oğluna dövlət torpaq fondundan iaşə xidməti, tikinti materialları satışı mağazası və şadlıq evi tikintisinə 0,58 ha torpaq sahəsi ayrılması barədə Salyan rayon İcra Hakimiyyəti başçısının 210-s saylı 16.09.2010-cu il tarixli sərəncamı etibarsız hesab edilsin. İcra başçısının imzaladığı sərəncamda həmçinin deyilir ki, Salyan rayon İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli sərəncamının ləğv edilməsi barədə Salyan rayon Qarabağlı kənd sakini Ağayev Xeyrəddin Azər oğluna və "Salyan OİL LTD” şirkətinə məlumat verilsin.

Əldə etdiyimiz digər məlumata görə, Salyan rayon İcra Hakimiyyətinin və "Salyan OİL LTD” əməliyyat şirkətinin rəhbərliyi tərəfindən "Samir şirkəti” MMC-nin təsisçisi və direktoru, iş adamı Azər Ağayevin ARDNŞ-ə məxsus torpaq sahələrində qanunsuz olaraq faəliyyət göstərməsi və neft-qaz boru xəttləri üzərində obyekt tikintisi həyata keçirməsi barədə aidiyyəti hüquq mühafizə orqanlarına şikayət olunub.

Bundan əlavə, iş adamı A.Ağayevin bir sıra bizneslərini idarə edən və hazırda Polis Akademiyasında təhsil alan oğlu Xeyrəddin Ağayevin fəaliyyəti barədə də aidiyyəti orqanlara müvafiq məlumat verilib, hazırda bu istiqamətlərdə müvafiq araşdırma aparılır.

Əldə etdiyimiz daha bir məlumata görə, iş adamı Azər Ağayev haqqında edilən şikayətlərə görə Milli Məclisin 59 saylı Salyan seçki dairəsindən seçilmiş deputatı Əliağa Hüseynovdan dəstək istəyib.

Ancaq sabiq hərbi komissar, millət vəkili Əliağa Hüseynov isə iş adamı barəsində söylənilənləri yerində öyrəndikdən sonra, ona dəstək verməkdən imtina edib. Qeyd edək ki, sərəncamla iş adamına bu torpaq sahələrini Salyan rayon icra hakimiyyətinin başçısı olarkən Əliağa Hüseynov verib. İş adamı A.Ağayev isə hələlik nədənsə mətbuata danışmaq istəmir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

 

 

 

Demokratik.Az

Xəbər 4147 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi
İqor Levitin: "Azərbaycanda idman çox inkişaf edib"
Deputat Rusiyada 6.5 milyon dollara obyekt aldı
Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
Bal yarmarkasına müraciət edən arıçıların seçimi aparılıb
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Netanyahu Soçidə Rusiya prezidenti ilə görüşəcək
İqtidar və müxalifət birgə sənəd imzaladı – Video
"Əxlaq polisi"nin yaradılması nəzərdə tutulmayıb - AÇIQLAMA
İqtidar-müxalifət partiyaları birgə BƏYANAT verdi - MƏTN
Bloqqer Elvin İsayev sərbəst buraxıldı
Şuşa qalasının ən son görüntüləri (FOTO)
Bakıda adam oğurlayan dəstə tutuldu - Video
Arda Turana 2 il həbs cəzası verildi – SƏBƏB
Universitetlərimizin reytinqi yenidən gündəm oldu
"Qarabağı yavaş-yavaş itiririk" - Deputat
Neft bahalaşmağa davam edir
Dilqəm və Şahbaz azad edilə bilər - ÇAĞIRIŞ
“Eldar Mahmudovu Rusiya ifşa etmişdi” - Sərdar Cəlaloğlu
Moskva “B planı”nı işə saldı - Paşinyan üçün son döyüş
Erməni şirkətləri Azərbaycana necə yol tapır? – Gömrükdəki problem
AŞPA məruzəçisi Bakıya səfərini yekunlaşdırıb
Eldar İbrahimova SUAL: “Sən özün hansı tərəfdəsən?”
Sami Yusifdən misilsiz ifa: Nəsimi qəzəli... - Video
"Ayna"dan baxış: "Məmurların sosial mediaya gəlişi tapşırıq yox, ünsiyyət olmalıdır..."
Zakir Qaralov Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb
“Porsche” Bakının mərkəzində qəza törədib - FOTO
GÖZLƏNİLMƏZ! Putin seçkilərdə geri təpdi
ABŞ-ın Rusiyadakı keçmiş casusu 925 min dollara ev alıb
Türkiyənin tanınmış aktyoru vəfat edib
Əli Həsənov Nəsimidən yazdı - "7 böyük ozandan biri..."
Putin 30 yüksək vəzifəli məmuru işdən çıxardı
Cin çıxarmaq adıyla qətl törədənlər, nəhayət, vəkil tapdı
Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib
Azərbaycanı “maşın zibilliyi”nə döndərən səbəblər
Əli Abbasov canını necə qurtardı? – Detallar
Deputatlar: Keçmiş nazirlərə cinayət işi açılmalıdır
Azərbaycanda müəllimlərin dərs yükü norması artırıldı
Azərbaycan Xorvatiya ilə heç-heçə edib
İlham Əliyev Qaxariyanı təbrik etdi
Bu gün Aşuradır
“Mənim müxalifət kimi istədiyim...” - İqbal Ağazadə
Azərbaycan şirkətlərinin Türkiyədə kapitalı nə qədərdir?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32505] initstartout [0.00027] initstartin [0.00167] calstart [0.01802] calend [0.00108] topnewsend [0.00775] rsssend [0.00000] ehgend [0.03006] tagsstart [0.00127] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26486]