Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:19 - 21.09.2019  
İlham Əliyev birinci vitse-prezidenti təqdim etdi - "YENİ DÖVR BAŞLAYIR"
Tarix: 21-02-2017, 17:45 | Bölmə: Xəbərlər » Ölkə içi

İlham Əliyev birinci vitse-prezidenti təqdim etdi "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır, Yeni Azərbaycan Partiyasının sədr müavinidir".

 APA-nın məlumatına görə, bunu bu gün Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.

 Dövlət başçısı bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır: "Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 min nəfərə yaxınlaşır. Mehriban Əliyeva 2005-ci ildən Milli Məclisin deputatıdır və deputat kimi çox böyük işlər görüb. Təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli işində çox mühüm addımlar atıb, seçicilərlə daim təmasdadır. Eyni zamanda deputat kimi çox geniş beynəlxalq fəaliyyəti də var. Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. İlham Əliyev birinci vitse-prezidenti təqdim etdi Mehriban Əliyeva 2004-cü ildən Heydər Əliyevin adını daşıyan Fondun prezidentidir. Fond onun rəhbərliyi altında nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihə, proqram həyata keçirilib. Onların arasında xüsusilə "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” qeyd edilməlidir. Məhz bu Proqram nəticəsində son 13 ildə ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir olunub, yaxud yenidən tikilib”.

 Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim.

 Prezident İlham Əliyev qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib: "Bir çox halda bu məsələlər ictimaiyyət üçün açıqlanmır. Fondun fəaliyyəti məhz bu məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etdin, imkan daxilində ən az müdafiə olunan vətəndaşlara öz dəstəyini göstərsin. Fondun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mədəni, ənənəvi, tarixi irsimizin qorunması işində əvəzolunmaz rol oynayıb. Milli sərvətimiz olan muğamın yenidən inkişafı və beynəlxalq arenaya çıxması Fondun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü sayəsində mümkün olub. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Muğam bizim mədəni sərvətimizdir və gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun böyük rolu olub”.

 Dövlət başçısı nəzərə çatdırıb ki, Heydər Əliyev Fondu dünyada Azərbaycanlı bağlı çoxsaylı təqdimat, tədbirlər keçirib: "Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti Azərbaycanın müasir, dinamik inkişaf edən ölkə, eyni zamanda Azərbaycan xalqının öz tarixi köklərinə çox bağlı xalq olmasını daha da anlayıb. Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvüdür. Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Ölkəmizdə keçirilmiş bir neçə qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb. 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz onun yüksək təşkilatçılığı ilə mümkün olub. 2015-ci ildə Birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçirilməsi Təşkilat Komitəsi və Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olub. Bu Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək böyük nailiyyətdir. Birinci Avropa Oyunları tarixdə ən yüksək səviyyədə keçirilmiş mötəbər idman oyunu kimi qalacaq. Təsadüfi deyil ki, bu il IV İslam Həmrəylik Oyunlarının keçirilməsi də Mehriban Əliyevaya həvalə edilib, Təşkilat Komitəsinin sədri odur. Əminəm ki, İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə keçirəcəyik”.

 Prezident vurğulayıb ki, Mehriban Əliyevanın beynəlxalq aləmdə yüksək nüfuzu var: "Məhz öz fəaliyyəti nəticəsində o, bir çox ölkənin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib. 10 ildən artıqdır ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxs yoxdur ki, bu iki mötəbər təşkilatın xoşməramlı səfiri olsun. Bu, eyni zamanda onun dinlərarası, mədəniyyətlərarası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biridir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə çox önəmli töhfələr verir. 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsində göstərdiyi xidmətə görə Mehriban Əliyeva Azərbaycan dövlətinin ən ali mükafatı olan Heydər Əliyev ordeni ilə təltif edilib.

 Bu çoxşaxəli fəaliyyət, eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Eyni zamanda Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, həm də çox xeyirxah insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük sevgi və rəğbətlə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkənin inkişafına öz dəyərli töhfəsini verəcək. Bu təyinat münasibəti ilə onu təbrik edir və yeni-yeni uğurlar arzulayıram”.

Xəbər 2607 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30709] initstartout [0.00017] initstartin [0.00072] calstart [0.00988] calend [0.00052] topnewsend [0.00463] rsssend [0.00000] ehgend [0.02417] tagsstart [0.00094] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26601]