Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:00 - 17.09.2019  
Elmar Vəliyevin "ərköyün deputatları" 2020-də də seçiləcəklərmi?
Tarix: 6-11-2017, 08:35 | Bölmə: Xəbərlər » Ölkə içi

Utanmasan "seçilməyə" nə var ki...

Milli məclisə seçkilərdən iki il ötür. Növbəti parlament seçkilərinə isə tam üç il qalır.

Elmar Vəliyevin "ərköyün deputatları" 2020-də də seçiləcəklərmi?

Tarixə nəzər salanda görürük ki, dünyada ali rada- milli məclis anlayışı formalaşdıqdan sonra, ayrı-ayrı cəmiyyətlər arasında deputatlara inam və etibar olub. Deputatlar xalqın böyük kəsiminin eşidən qulağı, görən gözü, danışan dili olmaqla, millətin vəkili kimi şərəfli titulla silahlanıblar. Onlar zaman-zaman ali qanunverici orqanda on minlərin, yüzminlərin, milyonların müqqəddəratını həll ediblər. Çağdaş Azərbaycanda da millət vəkillərinə ehtiramın, inamın nümunələri var. Xatırladım ki, ümummilli liderimiz mərhum Heydər Əliyev də, müstəqil Azərbaycanın tarixinə həm də təəssübkeş millət vəkili kimi daxil olub, ömrünün hər saniyəsini dövlətçilik və milli maraqlarımıza fəda edib. Bu millətə "Yeni Azərbaycan Partiyası" (YAP-red) kimi qüdrətli, parlaq ideologiyalı bir siyasi miras bəxş edib. Bəs sizcə, bu partiyanın çətiri altına sığınıb da, özünün deputat adını doğrultmamaq, ümummilli liderimiz mərhum Heydər Əliyev ideyalarına xələl gətirmək haqqı kimlərəsə verilibmi? Sizcə, tarixi inqilablar şəhərimiz olan Gəncədən millət vəkili seçilib, seçicilərinin deyil, özünün və havadarlarının vəkilliyinə aludə olmaq haqqı kimlərəsə verilibmi?
Təəssüf ki, Gəncə seçicilərinin belə ədalara sahib biri xanım olmaqla iki deputatı var.

Seçildikləri gündən bəri, gəncəlilər dəfələrlə KİV mənsublarından xahiş ediblər ki, laqeyid deputatları barədə informasiyalar verilsin. Onların seçicilərinə biganəliyi, MM-də "ağızlarına su alıb susmaları" ictimailəşdirilsin. "Demokratik.Az” xəbər portalı olaraq hesab edirik ki, bu istək seçicilərin doğal haqqıdır və bizdən öncə həmkarlarımız üzərlərinə düşəni ediblər. Hərçənd, nə faydası. Mövzu yenə öz aktuallığında, bu deputat titullular da öz işlərində...

"Demokratik.Az" Milli Məclisin ən passiv ismlərindən olan Gəncənin xanım deputatı Kərimzadə Pərvin Orxan qızını, digər passiv deputat Naqif Həmzəyevi gündəmə gətirməyi lazım bilir:

 

Hörmət əlaməti olaraq xanım deputatı önə sürək:

Elmar Vəliyevin "ərköyün deputatları" 2020-də də seçiləcəklərmi?

 

 

"P.Kərimzadəni nə Gəncədəki seçiciləri, nə parlament müxbirləri, nə ictimaiyyət tanıyır. Hətta həmkarları arasında xeyli sayda deputat var ki, Pərvin xanımın millət vəkili olmasından bixəbərdir. Buna səbəbkar isə xanım özüdür. Bu deputatın parlamentdə fəallığını görən olmayıb. Onun indiyə qədər hər hansı çıxışı xatırlanmır ki, millət vəkili pasportu kimi təqdim olunsun.
Bundan əlavə, ölkədə iki ildir ki, iqtisadi-sosial gərginlik var. Deputatlar fikirlərini, təkliflərini irəli sürürlər.
Gəncə kimi ölkənin ikinci şəhərinin xanım deputatı isə susmaqdadır. İnternetdə seçki ərəfəsində vətəndaşlarla görüşü barədə xəbərdən başqa informasiya tapmaq olmur.
P.Kərimzadə Gəncədə sosial vəziyyətdən danışmalı, Qarabağ probleminin həll ilə bağlı gedən proseslərə mövqeyini açıqlamalı idi. Ancaq Gəncə sakinləri xanım deputatlarının varlığını hiss etmir.
Parlamentdə Mehriban Əliyeva, Qənirə Paşayeva, Bahar Muradova, Məlahət İbrahimqızı, Elmira Axundova kifayət qədər fəal millət vəkilləridir. Onların Milli Məclisin iclaslarında çıxışları, təklifləri, müxtəlif hadisələrə münasibətini görmək olar.
Həmçinin, mediaya açıq və tez-tez müsahibələr verən xanım millət vəkilləridir. Bildirək ki, Gəncədən seçilən 4 deputatdan birinin qadın olması, məhz cəmiyyətimizdəki qadınların aktivliyinin artması olub. Amma P.Kərimzadənin nə səsini eşidən olub, nə mətbuatda çıxışını görən olub. Xanım deputat hər gün şəhərin GDU, Yap və İHB binası ərazisində gəzişməklə hələlik öz deputatlıq missiyasını tamamlayıb.

Qeyd etmək yerinə düşür ki, eyni sözlər Gəncənin digər deputatı Naqif Həmzəyevə də aiddir.Elmar Vəliyevin "ərköyün deputatları" 2020-də də seçiləcəklərmi?Ölkənin ikinci şəhərinin əhalisi gənc millət vəkilinin yerinə sanballı ziyalı arzulayır. Gəncəlilər onların problemlərini həll etmək iqtidarında olmayan Naqif Həmzəyevin bir xeyrini görməyiblər. 

Məlumata görə, Gəncənin gənc deputatı Naqif Həmzəyev də, 2015-ci ildən millət vəkili olsa da, bu böyük şəhər üçün heç bir iş görməyib.
Özünü şəhərin icra başçısının köməkçisi funksiyasını yerinə yetirən adam kimi aparan Həmzəyevə inamsızlıq yaranıb. Bu üzdən artıq nə seçicilər, nə şəhər sakinləri deputata müraciət etmirlər. Bilirlər ki, onsuz da problemin həllinə qadir deyil.
Şəkillərə yaxşı baxın! Sizcə bir deputatın səlahiyyətləri budurmu? İcra başçısına sənədləşmə işlərində yardım etmək millət vəkilliyidirmi? Yəqin, N.Həmzəyevin "canfəşanlığı" deputat seçiləcəyinə çoxdan zəmin yaradıb. 

Elmar Vəliyevin "ərköyün deputatları" 2020-də də seçiləcəklərmi?
Elmar Vəliyevin "ərköyün deputatları" 2020-də də seçiləcəklərmi?

 

Elmar Vəliyevin qeyri-rəsmi tapşırıqlarını icra edən Naqif Həmzəyevi Gəncədə deputat kimi az adam tanıyır. 
N.Həmzəyev E.Vəliyevin xahişlərini edən və seçicilərinin müraciətlərinə, zənglərinə telefonunu söndürən bir mandat sahibidir. Geridə qalan dövr ərzində onun da Milli Məclisdə səsini eşidən olmayıb.

Ən yaxşı halda AXC liderlərindən olan Rəsulzadəni vətən xaini adlandırmaqla dillərdə əzbərə çevrilib ki, onun cavabını da həmkarı Ağacan Əbiyev verib. Ondan sonra gənc deputatın çıxışları istisna hallarda media səhifələrində görünür.
Gəncə Azərbaycanın ən əzəmətli şəhərlərindən biridir. Yerli sakinlərin sözlərinə görə, belə bir şəhərin deputatı gənc Naqif Həmzəyevin olması onların ürəyincə deyil.
Onlar hesab edirlər ki, Gəncəyə daha sanballı bir ziyalı deputatlıq etməlidir, onların şikayət və müraciətlərini dinləməlidir. N.Həmzəyev icra başçısı
nın bir sıra xahiş-minnət vəzifələrini icra edir.
Halbuki, deputatın işi Milli Məclisdə Gəncə və ölkədəki aktual mövzular haqda çıxış etmək, məsələ qaldırmaq, iqtisadi böhrandan çıxış yolları haqda təkliflər irəli sürməkdir.
Deyilənə görə, N.Həmzəyevin də mandata sahiblənməsində E.Vəliyevin böyük rolu olub. Ona görə də gəncəlilərin fikrincə, millət vəkili də elə Naqif Həmzəyevin timsalında icra başçısı özüdır.
Bir sıra xəbər portallarının yazdığına görə, N.Həmzəyev E.Vəliyevin 1-ci müavini olduğu dövrdə onun bütün təlimatlarına boyun əyib və əvəzində deputatlıq mükafatını qazanıb. Onun deputat kimi hər hansı fəallığı isə müşahidə olunmur.
Bütün bu faktorlar
həm xanım deputatın, eləcə də YAP Gəncə ş təşkilatının sədri olmaqla deputat "seçilən” Naqif Həmzəyevin hesabına mənfi xal kimi yazılıb. Adıçəkilən passiv millət vəkillərinin gələcəkdə yenidən deputat seçilib - seçilməyəcəkləri müzakirə olunur. Gəncəlilər 2020-ci il seçkilərində onların adının mandatlılar siyahısında yer almayacağına ümidlidirlər". Hər iki deputat Gəncənin icra başçısı Elmar Vəliyevə yaxınlığı ilə seçilən məmurlardandır. Buna görədir ki, digər deputatlar-Xanlar Fətiyev və Musa (Urud-O.N) Quliyevdən fərqli olaraq, özlərini toxunulmaz deputatlar kimi yox, daha çox Elmar Vəliyevə hələ də tabe olan məmurlar kimi aparırlar...

Osman Nərimanoğlu

"Demokratik.Az"

 

 

Xəbər 4885 dəfə oxunub






Oxşar xəbərlər

Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.32637] initstartout [0.00039] initstartin [0.00150] calstart [0.01504] calend [0.00054] topnewsend [0.00496] rsssend [0.00000] ehgend [0.00723] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29598]