Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:06 - 21.01.2019  
Vilyam Hacıyevlə Cahangir Hacıyev sahibkarı necə müflis edib? - şikayət
Tarix: 27-01-2017, 09:50 | Bölmə: Xəbərlər » Ölkə içi

Vilyam Hacıyevlə Cahangir Hacıyev sahibkarı necə müflis edib?

 

Bu barədə Demokratik.Az-a sahibkar Niyaz Niyazov məlumat verib. O, şikayətində Vilyam Hacıyevin ona məxsus sahəni zəbt etdiyini, lakin kompensasiya ödəməkdən boyun qaçırdığını deyib: "1992-ci ilin noyabr ayında "Gül-Gün” sahibkar müəssisəsini yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim. 1993-cü ildə isə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə Aeroportunun yaxınlığında olan Göygöl rayon Bağmanlar sovxozunun ərazisindən 1,5 ha torpaq sahəsi aldım. O zaman Göygöl rayonunun icra başçısı Pənah Məmmədov idi və torpağı götürməyimə o, sərəncam vermişdi. Tez bir zamanda həmin ərazidə ictimai-iaşə müəssisəsinin tikinti işlərini başlatdım. Tikinti işləri fasilə ilə getsə də, başa çatmaq üzrə olduğu zamanda həmin torpaq sahəsinin "plana düşməsi” xəbərini aldım. 2004-cü ildə Gəncə Beynəlxalq Hava Limanı kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi. Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin plan ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəldim. Bu da mümkün olmadı, müxtəlif bəhanələrlə məni get-gələ saldılar”.

Sahibkarın sözlərinə görə, Vilyam Hacıyev icra başçısı olduqdan sonra, onunla düşmən olub: "Əvvəllər Gəncə hava limanında bizim tabeliyimizdə çalışarkən mənim ona heç bir pisliyim keçməyib. Onunla insani münasibətimiz tam normal olub. Nədənsə, Gəncə hava limanından uzaqlaşıb Göygöl rayonuna icra başçısı olan kimi mənim sahibkarı olduğum "Gül-Gün" müəssisəsinə düşmən kəsildi. 2004-2006-cı illərdə Göygöl rayonuna başçılıq edən Vilyam Hacıyev əlində heç bir əsası olmadan başdan-ayağa yalan, iftira ilə məktub yazaraq Azərbaycan Hava Yollarına yolladı. O, bu məktubu ilə "Gül-Gün" sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına-deaktivləşməsinə çox asanca nail oldu. Onun yazdığı məktublar hüquqi cəhətdən tam qanunsuzdur. Sənədlərimin hamısı tam qaydasındadır. İcra başçısı özünün verdiyi sərəncamın sonradan saxta olduğunu deyir”.

Sahibkar qeyd edib ki, Vilyam Hacıyevin bu məktubu əsasında "Azərbaycan Hava Yolları”nın rəhbərliyi ona dövlətdən kompensasiya almağına imkan verməyib: "Mənə cavab yazdılar ki, guya sənədlərim qaydasında olmadığı üçün təzminat ala bilmərəm. Dəfələrlə Cahangir Əsgərovun qəbuluna düşməyə çalışsam da, buna imkan vermədilər. İmkan vermədilər ki, deyim, ay qardaş indi "saxta” adlandırılan, "qaydasında olmayan” həmin sənədləri elə o məktubu yazan icra başçısı verib mənə. Əgər o saxtadırsa, bu, mənim günahım deyil, axı. Səsimi eşidən olmadı və bununla da Cahangir Əsgərov və Vilyam Hacıyev mənim hüquqlarımı tapdalayıb, yüz minlərlə manat həcmində maddi ziyan vurdular. Yalan məktublar əsasında müflis etdilər. Ailəmin maddi durumu hazırda ən kritik həddə çatıb”.

Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, aidiyyəti qurumlara müraciətlər edir, lakin nəticə əldə edə bilmir: "Mən o torpaqda tikinti işlərinə 400 min manatdan çox vəsait xərcləmişdim, amma 10 ildən çoxdur ki, mənə 1 qəpik də verilmir. İndi həmin torpaq sahəsinin milyonlarla dəyəri var. Mən dövlətdən haqqım çatmayanı istəmirəm. Sadəcə qanuni haqqım olan kompensasiyanı AZAL rəhbərliyi mənə verməlidir və bu, onların borcudur. Çünki kompensasiya almaq üçün rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini dəyər-dəyməzə satmağa məcbur qaldım. Hazırda da fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər”.

Məsələ ilə bağlı hazırda İmişli rayon İcra Hakimiyyətinə rəhbərlik edən Vilyam Hacıyevin mövqeyini öyrənmək istəsək də, zənglərimizə cavab vermədi.

Qeyd edək ki, Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı olub. 2012-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə İmişli rayonuna rəhbər təyin edilib. Onu da bildirək ki, Niyaz Niyazovun bu problemi, dəfələrlə ictimailəşdirib, amma heç bir nəticə yoxdur.Vilyam Hacıyevlə Cahangir Hacıyev sahibkarı necə müflis edib?Vilyam Hacıyevlə Cahangir Hacıyev sahibkarı necə müflis edib?

 

Demokratik.Az

 

 


Xəbər 3863 dəfə oxunub






Oxşar xəbərlər

"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11540] initstartout [0.00025] initstartin [0.00114] calstart [0.01167] calend [0.00056] topnewsend [0.00467] rsssend [0.00000] ehgend [0.00579] tagsstart [0.00051] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09078]