Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:39 - 16.01.2019  
Səlim Müslümovun "sevimli kadrları" Gəncədə döyüşür - savaş səngiməyib
Tarix: 26-01-2017, 21:23 | Bölmə: Xəbərlər » Ölkə içi

Bir tərəfdə Nizami Əhmədov, digər tərəfdə Arif Qəmbərov kimi məmurlar var...


Dəyərli oxucu! Əksər hallarda vəzifəyə hərislik, rüşvətə alışqanlıq sindromu Azərbaycan məmurunu ən ağlasığmaz addımlar atmağa vadar edir. Bu tendensiya çox zaman yaş fərqinə varmadan, şəxsiyyət və ləyaqət anlayışını belə kölgədə qoyur. Ən əsası, bu tip məmurun şəxsi maraqları kəsinliklə qorumalı olduğu dövlətçilik və milli-mənəvi maraqlarının önünü kəsir.

Artıq bir müddətdir ki, ölkənin ikinci böyük şəhəri, Gəncədə iki qalmaqallı çinovnikin "vəzifə-kürsü savaşı" şəhər ictimaiyyətinin qınağına və geniş müzakirəsinə çevrilib.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində zəruri struktur dəyişikliyi aparılıb. Bu yöndə cərəyan edən məlum proses təkcə nazirlik daxilində deyil, digər strukturlar kimi ƏSMN nazirliyi yanında DSMF strukturunda da nazir Səlim Müslümovun şəxsən bir sıra kadr islahatı aparmasına zəmin yaradıb. Nəticədə Səlim Müslümov ölkə üzrə yeni DSMF şöbələrinə rəhbər təyinatında öz kadrlarına-ləğv olunan Dövlət Sosial Təminat Xidməti şöbələrinin direktorlarına daha çox üstünlük verib, sabiq DSMF müdirləri isə müvafiq işlərlə təmin olunub. Lakin nazirin başadüşülən "kadr siyasəti" bəzi nankor məmurunun iç üzünü aşkarca ortaya qoya bilib və biz də media olaraq ara-sıra bu qəbildən yazılı etirazların şahidi oluruq. Gəncədə baş verənlərin timsalında isə dediklərimiz daha aydın görünür...

Demokratik.Az-ın məlumatına görə, ƏSMN yanında DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin müdirliyi uğrunda gedən soyuq savaş sonucunda Səlim Müslümovun "dostu" kimi tanınan Nizami Əhmədov nazirin 28 iyul 2016-cı il tarixli müvafiq əmri ilə bu kürsüyə "layiq" görülüb. Lakin əmrdən aydın olur ki, N.Əhmədov dövlət qulluğunda olma yaş həddini ötən ay tamamlayıb və... (Bu barədə aşağıda daha geniş şəkildə yazacağıq-O.N) Məlumatlı mənbənin Demokratik.Az-a bildirdiyinə görə, Səlim Müslümov əvvəlki müdir Arif Qəmbərovu DSMF-dən sıradışı edib, bu da sonuncuda nifrət hissi oyadıb. Hazırda Gəncə ş, Nizami r-nu Məşğulluq Mərkəzində müdir kimi sığınacaq tapan Arif Qəmbərov artıq qisas məqsədilə mətbu "silah"a da əl atıb. Belə ki, yeni sələfinin köhnə maxinasiyalarını açacağından ehtiyatlanan cənab Qəmbərov bir xanım jurnalistin cılız qələminə sığınaraq Nizami Əhmədov barədə əldə etmiş olduğu (oğurladığı-red) kompromatlarla "döyüşə" başlayıb. Bu mübarizədə mediaya danos ötürücülüyü rolunu adıçəkilənin dostu - Göygöl DSMF-nin sabiq direktoru Ruslan Əliyev üstlənib. Bu barədə aldığımız məlumata görə, bu şəxs də Səlim Müslümovun kadr islahatında incik düşən simalardandır və hazırda Göygöl DSMF-də müavin vəzifəsi tutur. Bu səbəbdən də sonuncu Arif Qəmbərovla Səlim Müslümovun kadr seçimlərinə qarşı "ittifaq" bağlayıb.

Demokratik.Az-ın əldə etdiyi məlumata görə, Arif Qəmbərov-Ruslan Əliyev cütlüyü artıq qəzet və saytlarda sifarişli yazılarla bir çoxuna "savaş" elan edib. Rastlaşdığımız belə yazılardan biri barədə hələlik onu deməliyik ki, yazı sifarışçiləri (müəlliflər də-O.N) ölkənin mövcud hüquq normalarını bilmir və ya bilməzlikdən gəlib cılız yazı sifarişləri icra edir. Ədalət naminə deyək ki, sifarişlərdə bizə də məlum olan müəyyən həqiqətlər - fakt və məntiq də var.

Mətbuata ötürülən ən real məntiqi fakt Nizami Əhmədovun dövlət qulluğuna görə almalı olduğu 2500 manat təqaüddən imtina edib müdir vəzifəsini qamarlamasıdır. Belə olan halda məmur şinelinə alışmış birinin ayda 600 manat maaşla, üstəgəl 1250 manat təqaüdlə cəmi 1800 manat alacağı bəlli idi...

Bəs hansı maraqları Nizami Əhmədovu hər ay 700 manat "ziyan-zərərlə" işləməsinə, yaşamasına zəmin yaradıb?Rüşvət və korrupsiya maraqlarımı? Bəlkə?...

 

 

                   Əhmədovu bu kürsüdə saxlayan "GÜC" - Səlim Müslümov?

Bu suala cavab axtararkən ilk olaraq xatırladaq ki, N.Əhmədov 2006-cı ildən 2013-cü ilin noyabrınadək DSMF Gəncə ş, Nizami rayon şöbəsinin müdiri olub. Səlim Müslümov DSMF sədri olarkən Əhmədov onun Qərb bölgəsi üzrə ən etibarlı fiquru ola bilib. Təsadüfi deyil ki, Səlim Müslümov nazir olar-olmaz onu təcili Gəncə ƏSMM-in direktoru vəzifəsinə gətirib. Eynən indiki kadr islahatına bənzər qaydada...

Söyləmək yerinə düşər ki, Səlim Müslümov hər dəfə Gəncədə Nizami Əhmədov kimi "etibarlı-bacarıqlı" kadrını itirmək istəməyib. Hətta gəzən söz-söhbətə görə, sevimli kadrının dövlət qulluğunda qalma yaş həddi problemini də cənab nazirin özü həll edib. Nazirin təqdimatı əsasında N.Əhmədov prezidentin 22 iyun 2016-cı il tarixli sərəncamı ilə "Dövlət Qulluğunda fərqlənməyə görə" medalını alıb. Məqsəd təbii ki, "Dövlət Qulluğu Haqqında" AR qanununun 32.1.2-ci maddəsinə zəmin-əsas hazırlamaqdan ibarət olub. Beləcə təltif tarixindən 10 gün sonra-1 iyulda Əhmədov 65 yaşına vida edib. Görünən və bilinən isə odur ki, N.Əhmədov hələ daha 3 il müddətində Səlim Müslümovun iradəsilə məmur qiyafəsində qalacaq. Təbii ki, çətir altına sığınaraq nazirin tabeliyində olmaqla...

Əgər cənab Müslümov başqa bir nazirliyə transfer olarsa, inanın ki, N.Əhmədov dərhal onun Gəncədəki bir nömrəli kadrı olaraq yer dəyişdirəcək. Bunlar artıq gün kimi aydındır...

 

 

                                                     "Müəmmalı xatirə şəkli"

Bu şəkil də Əhmədova qarşı piar kimi istifadəyə imkan verir. Hələ illər öncə "Demokratik Dövlət" qəzetində Nizami Əhmədovun yol verdiyi ciddi nöqsanları işıqlandırmışıq, silsilə tənqidi materiallar dərc etmişik. Yuxarıdakı "müəmmalı" xatirə şəklinə ilk biz yer ayırmışıq. Şəkildə ortada yanaşı çəkilən Nizami Əhmədov və reket jurnalist İkram Rafiqoğlu dostluğuna diqqət çəkmişik. Həmin materiallar məhkəmədə mübahisə predmeti də olub. Amma deyəsən Arif Qəmbərov Əhmədovla çəkişmədə həmin şəkli bizim qəzetin səhifəsindən "oğurlayaraq" dərc etdirməklə diqqəti bizim üzərimizə çəkməyi düşünüb. Arif Qəmbərovun bu addımında kişilik, mərdlik anlayışının antonimliyi var. Həm də "bəs" deyincə...Bildirək ki, hazırda İkram Rafiqoğlu həbsdədir. O Sumqayıt şəhər məhkəməsinin qərarı əsasında 1 il müddətində məhkəmə qərarı ilə həbs olunub.

Dava nəyin davasıdır?

Sirr deyil ki, DSMF şöbələrində iş stajı olmayan vətəndaşlara küllü miqdarda rüşvət müqabilində stajların yazılması, təsdiqlənməsi və bu kimi korrupsiya halları var. Bu məqamda da Arif Qəmbərovun Əhmədovla çəkişməsi başadüşüləndir. Aldığımız məlumata görə, Nizami Əhmədov işə təyin olunarkən "köhnə iş" ləri qaldırmağı düşünüb. Bu da A.Qəmbərovun maxinasiyalarının üstünün açılacağı və hətta sabiq DSMF müdirinə cinayət işinin açılacağı gözləntisi olub. Lakin bu baş verməyib.

Demokratik.Az-ın məlumatına görə, Səlim Müslümov olayın böyüyəcəyindən ehtiyatlanıb N.Əhmədova "dur" deyib. Proseslərdə Gəncənin icra başçısı Elmar Vəliyevin şəxsi mövqeyinin olduğu da bildirilir. Sən demə, icra başçısı da N.Əhmədovun vəzifədə saxlanmasına ilk öncə razılıq verməyib. Sonradan nazirin mövqeyini nəzərə alıb və bu təyinata "susqunluq" - razılıq ifadə edib. Hesab etmək olar ki, Elmar Vəliyev Arif Qəmbərovun danos ötürücülüyündən xəbərsizdir və bunu biləndən sonra zəruri cəza tədbirləri görəcək...

Osman Nərimanoğlu

-Nizami Əhmədov Səlim Müslümovun ötən il Daşkəsən səfərində hansı vətəndaşlara və niyə yalvarıb? Kimlər nazirin qəbuluna buraxılmayıb? Hazırda Gəncə ş, Nizami rayon DSMF-nin müdiri Mirxaliq Əliyevi Nizami Əhmədova hansı maxinasiyalar bağlayır? (mövzu diqqətimizdədir)

Demokratik.Az

 

 


     

Xəbər 3577 dəfə oxunub






Oxşar xəbərlər

Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib
Fəzail Ağamalı: “Ola bilsin, 2019-cu ildə parlament seçkiləri keçirilsin”
BP Xəzərdə yeni nəhəng qaz yatağının izinə düşüb
Adnan Oktar Ərdoğana məktub yazdı
Səhiyyədən NARAZILIQ: - Jurnalist Musa Urudu Gəncəyə çağırdı
“Bomj” hamını aldatdı və həbs olundu
54 yaşlı azərbaycanlı müğənni yenidən ata olacaq
Elşad Miri: İslamda dini kəbin anlayışı yoxdur – VİDEO
Nazir Daxili Qoşunların qarşısında tələblər qoydu - MÜŞAVİRƏ
Bazar gününün hava proqnozu açıqlanıb
İsa Həbibbəyli Nəsimi barədə verilən sərəncamları dəyərləndirdi
Qanunsuz saxlanılan silah-sursat götürülüb
"Çelsi"dən 21 yaşlı oyunçu üçün 55 milyon avro
“Adam baxanda dəhşətə gəlir...”- Dövlət başçısı
Rusiyanın “Spektr-R” kosmik teleskopu ilə rabitə itib
Gömrük Komitəsinin iki vəzifəli şəxsi həbs olunub
Mirşahin QHT rəhbərinin oğlunu tutdurub!
Prezidentdən sabiq nazirlərə ağır ittihamlar – “Piramida yaradılırdı, sahibkarlar incidilirdi…”
ABŞ-da "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır
Əcnəbi diplomatlar Mehman Hüseynovla görüşdülər
Ciddi struktur islahatları olacaq - Prezident anons etdi
Ölkə başçısı ordumuzun "Polonez” və "LORA” raketlərindən danışdı
Makedoniya parlamenti bu ölkənin yeni adını təsdiq edib
“Region Gənclərinin I Sahibkarlıq Forumu” keçiriləcək - Gəncədə
Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb
Tomas de Vaal Qarabağ münaqişəsinin həllinin uzun olacağını dedi
REKTOR-DEKAN DAVASINA DEPUTATLAR DA QOŞULDU
“QƏHRƏMANLARI QORXAQ, GENERALLARI OĞRUDUR…” – Prezident İlham Əliyev
Əli Mirəliyev: “Aygün və Röya ilə...” - FOTO
Prezident İlham Əliyev: "...heç bir ölkədən asılı deyilik"
Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatıb
Rostov azərbaycanlıları adından ermənilərin Milad bayramını kim təbrik edib? - BƏYANAT
Bloqqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib - FOTO
Prezident Qarabağdan danışdı: - "Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq"

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15099] initstartout [0.00017] initstartin [0.00204] calstart [0.01320] calend [0.00044] topnewsend [0.00585] rsssend [0.00000] ehgend [0.00767] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12083]