İmkanlı, vəzifəli qudalar, yeznə-qayınlar, bacanaqlar…- (I YAZI)

  • 07 yan 2017, 13:43

Dünya, xüsusilə, Şərq-müsəlman xalqları və ölkələrinin tarixində vəzifəli, yükşək çinli məmurların, dövlət adamlarının, imkanlı şəxslərin qohumluq – qudalıq, yeznə-qayınlıq, bacanaqlıq münasibətlərinə üstünlük verməsi çox geniş yayılıb.

Əslində bu, təzə mövzu olmasa da, amma hər yeni araşdırma zamanı çox maraqlı məqamlar, faktlar üzə çıxmaqdadır.

Qeyd edək ki, məlum qohumluq münasibətlərində, izdivaclarda da (bəzi istinsanlar olmaqla)  "sevgi-məhəbbət” məsələləri əksər hallarda ikinci plana keçirilir, burada maddi-merkantil (kapital) maraqlar daha önə çəkilir.

Eyni zamanda, tərəflər bu münasibətlərdən "özlərini qoruma” vasitəsi kimi də yararlanırlar.

Gununsesi.info da bu yöndə apardığı araşdırmanın hələlik bir qismini (birinci yazını) saytın izləyicilərinə təqdim edir:

elman

ahmed-ahmedazade

Hələ sovetlər dövründən bir sıra məsul vəzifələrdə çalışmış, dövrünün nüfuzlu birinci katiblərindən olmuş və artıq uzun illərdir Meliorasiya və Su Təsərrüfatı ASC-yə rəhbərlik edən (mərhum İmam Mustafayevin də yaxın qohumu olan) Əhməd Əhmədzadə iqtidarın önəmli və çəkili vəzifə sahiblərindən olan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla qohumluq-qudalıq münasibətlərinə malikdir.

Ə. Əhmədzadənin oğlu E. Rüstəmovun qızı ilə evlənib ki, bu nikah da bir neçə il öncəyə təsadüf edir. Toya xərclənən vəsaitin yüzminləri ötdüyü məclidə isə pul (nəmər) yığılmayıb, hər ondəqiqədənbir də  məclis iştirakçılarına "pul yığılmır, yazılmayın” – deyə, səsgücləndirici ilə müraciət olunurmuş.

Toy zamanı qudalar nikaha daxil olan cütlüyə bahalı avtomobil hədiyyə etməklə yanaşı, onları Almaniyada ən bahalı malikanələrdən birinə (xüsusi mühafizəçiləri və qulluqçuları olan) – elə toydan birbaşa özəl təyyarə ilə yola salıblar. Pul yığılmasa da, məclis iştirakçıları da toy sahiblərinə "borclu” qalmayıblar, qiyməti minlərlə ölçülən bahalı hədiyyələrlə toy sahiblərinin könlünü "oxşamağa” çalışıblıar.

kemal

elcin-zeynalov

Ölkədə və iqtidarda 3-4 söz sahibindən biri olan olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ikinci oğlu Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovun qızı ilə evlənib.

elegaa

rifet_agalarov

ziya11

heyder_esedov

sabirrr-1

Eyni zamanda, sabiq icra başçısı və eks hərbi komissar, hazırda millət vəkili olan general Əliağa Hüseynov da K. Heydərovla yaxın qohumdur. Bu qohumluq əlaqələri də 2000-ci illərin əvvəllərinə gedib çıxır. Belə ki, K. Heydərovun bibisi nəvəsi Ə. Hüseynovun qardaşı oğlu ilə evlidir. K. Heydərov və atası Fəttah Heydərovun ağsaqqallıq ediyi toy məclisində tanınmış sənətçilər-Ağadadaş Ağayev, Faiq Ağayev, Mətanət İsgəndərli və digərləri məclis iştirakçılarını feyziyab ediblər. Toyda nazir və komitə sədrlərindən Səlim Müslümov, Fazil Məmmədov, Ziya Məmmədov və digərləri iştirak ediblər.

Bu yerdə qeyd edək ki, Ə. Hüseynovla da sabiq millət vəkli,  Milli Məclis (MM) Aparatının Komitə və komissiyalar ilə iş üzrə şöbəsinin müdir müavini, əslən salyanlı Rüfət Ağalarov qohum-qudadır.

Bununla yanaşı, nəqliyyat naziri Ziya Məmmədovla kənd təsərrüfatı naziri, spiker Oqtay Əsədovun əmisi oğlu Heydər Əsədov qudadır. Z. Məmmədovun hazırda ABŞ-da yaşayan oğlu Anar Məmmədov H. Əsədovun qızı ilə evlidir. Həmçinin, Məmmədovlar ailəsi ilə qohum olan nüfuzlular arasında sabiq nazir və eks deputat Sabir Rüstəmxanlı da var. S. Rüstəmxanlı Məmmədov qardaşlarından biri ilə qudadır.

misir-m

mansur

Sabiq təhsil naziri, tanınmış YAP-çı Misir Mərdanovla Azərbaycanın ən qəddar hakimlərindən sayılan Mənsur İbayev qudadır.

rufet

azer-kerimli

Artıq dalbadal-4-cü dəfə millət vəkili olan əslən qaxlı Azər Kərimovla Cənub bölgəsindən 3-cü dəfə deputat olan Rüfət Quliyev yeznə-qayındır.

oqtay

ali-qocayev

Spiker O. Əsədovla Samuxun icra başçısı Alı Qocayevin qohum-quda olması kimsəyə sirr deyil. Spikerin qızı A. Qocayevin gəlinidir.

Sabiq nazir Əli Abbasovla mer Hacıbala Abutalıbov bir zamanlar quda olsalar da, amma onların qohumluq münasaibətləri uzun çəkməyib və məsələ hətta, məhkəmə müstəvisinəcən gedib çıxıb. Ə. Abbasovun qızı merin oğlundan boşanıb. Bununla bərabər, sabiq nazirlə "Azərenerji”-nin şefi Etibar Pirverdiyev qudadır.

ramiz-hesenov

elxan

Hər ikisi də əslən gürcüstanlı olan səfir Elxan Poluxovla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədi Ramiz Həsənov yaxın qohum, yeznə-qayındırlar. R. Həsənov E. Poluxovun bacısı Raziyə Polux qızı Həsənova ilə evlidir.

Həmçinin, baş nazirin müavini, Xalq yazıçı Elçinlə eks-spiker Rəsul Quliyev qohum-qudadır.

Daxili işlər naziri Ramil Usubovla "Əmrahbank”ın əsas və əsl sahibi, prokuror Yusif İdırımzadə qudadırlar. 

Millət vəkili Siyavuş Novruzov tanınmış diplomat, eks vitse-spiker Yaşar Əliyevin kürəkənidir.

Millət vəkili Elman Məmmədovla "Azəriqaz”ın keçmiş şefi Əlixan Məlikov qudadır.

Millət vəkili, SSRİ Xalq artisti Zenəb Xanlarova ilə sabiq icra başçısı, eks deputat və keçmiş səfir Arif Ağayev qudadır.

yavercama230160726

RUSTAM

Müdafiə sənayəsi naziri Yavər Camalovla baş prokurorun birinci müavini Rüstəm Usubov qudadır.

Y. Camalovun oğlu R. Usubovun qızı ilə evlidir.

Millət vəkili Rövşən Rzayevlə general Bəylər Əyyubov qohumluq, yeznə-qayınlıq münasibətlərinə malikdir.

Eyni zamanda, B. Əyyubovla Hərbi prokuror Xanlar Vəliyevin qardaşı, iş adamı Şahmar Vəliyev qudadır.

Binəqədinin icra başçısı ilə Xaləddin İbrahimovla vergilər naziri Fazil Məmmədov yeznə-qayındır.

Prezidentin köməkçisi Əli Həsənovla millət vəkili Səttar Möhbalıyev qudadır.

YAP-ın Gənclər Birliyinin sədri, S. Möhbalıyevin bacısı oğlu Seymur Orucov millət vəkili, sabiq rektor Şəmsəddin Hacıyevin kürəkənidir.

Oxşar xəbərlər