Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:47 - 20.11.2019  
Oliqarxların Bakıda gəzən “avto-terrorçuları”
Tarix: 23-12-2016, 10:38 | Bölmə: Xəbərlər » Ölkə içi

Oliqarxların Bakıda gəzən “avto-terrorçuları”Paytaxtda avtobus sürücülərinin törətdikləri qəzalar hər gün bir neçə insan ömrünü yarıda kəsir; deputat da təcili tədbirlər görülməsini istəyir

Bakıda avtobus "terroru” səngimir. Dekabrın 21-də Bakıda avtobus sürücüləri daha bir neçə qəza törədiblər, bir neçə nəfər ölüb, bir neçə nəfər yaralanıb. Dekabrın 22-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusu Eldar Fərəcov adlı qəzet əməkdaşını vuraraq öldürüb. Ümumiyyətlə, son 1 həftənin statistikasına diqqət etsək, marşrut avtobuslarının daha necə sərnişinin həyatına bais olduğunu görərik. Avtobus "terrorunun” qurbanları arasında hətta 13 yaşlı məktəbli də var.


Hər bir avtobus şirkətinin arxasında bir oliqarxın durduğu hər kəsə məlumdur. Avtobus şirkətlərinin arxasında duran oliqarxların təzyiqi nəticəsində sürücülərə nəzarət ciddi olmur, onları ancaq qeyri-peşəkar, sürücülük vəsiqəsi belə olmayan şəxslərə avtobus verib, pul qazanmaq maraqlandırır. Avtobuslara qrafiki də, sürücünü də məhz oliqarxların idarəsində olan bu avtobus şirkətləri təyin edir. "BakuBus” avtobuslarından başqa digər avtobusların bir-biri ilə dəqiqə yarışına çıxdığının şahidi olmuşuq. Bu da onların konkret olaraq maaş sistemi ilə işləməməsindən irəli gəlir.

Təəssüflər olsun ki, bütün bunların qarşısını almaq üçün zaman-zaman müxtəlif tədbirlər görülsə də, müsbətə doğru bir dəyişiklik baş verməyib. Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bugünlərdə rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı ictimai nəqliyyatda sürücülərlə bağlı ciddi işlər görüləcəyini, vahid sürücü məlumat bazası yaradılacağını deyib: "Bu bazada sürücülərlə bağlı məlumatlar yerləşdiriləcək. Artıq sahibkar özü sürücü seçə bilməyəcək. Avtobus sürücülərinə dövlət nəzarəti olacaq. Əgər hər hansı sürücü qanuna zidd hərəkətlər edərsə, digər daşıyıcılarda çalışa bilməyəcək. Bununla bağlı müvafiq işlər görüləcək”.

V. Kərimli təmir imkanları olmayan avtobus şirkətlərinin çalışmasına icazə verilməyəcəyini bildirib.

Başqa hansı tədbirlər görülməlidir, cəzalar sərtləşdirilə bilərmi?

Deputat Zahid Oruc avtobusların hamısının kart sisteminə keçməsinin və sürücülərin işlədikləri 8 saata görə əmək haqqı almasının tərəfdarı olduğunu dedi: "Yol qəzalarında həyatını itirən insanlar barədə hər yerdə, mediada, cəmiyyət içərisində, parlamentdə dəfələrlə narahatçılıqlar bildirilib və bu problemin çözüm yolları axtarılıb. Bunun bir tərəfdən qanunvericilik bazasının sərtləşdirilməsi yolu ilə həll edilməsi təklifləri olub. Başqa tərəfdən, cəmiyyətin özünün də dəyərlər sisteminə, həyatına münasibətdə bu məqamları nəzərə alması istənilib. 2016-cı ildə yol qəzalarında ölənlərin sayı 683 nəfərdir. Bu, müharibə itkilərinə bənzəyir. Türklər ona haqlı olaraq ”trafik canavarı" deyirlər. Məsələni həll etmək üçün qanunvericilikdə çox ciddi normativ dəyişikliklərə gedirlər. Həm sürücülərin yaşı, reydlərə çıxan şəxslərlə bağlı tələblərin sərtləşdirilməsi yönündə addımlar atıldı. Ancaq problem ortada qalmaqda davam edir. "BakuBus” sisteminin yaranması əslində o mənaya gəlirdi ki, intellektual idarəetmə nəticəsində sürücülər bir neçə manatın uğrunda yarışa çıxarkən insanların həyatına son qoymasınlar".

Deputat dedi ki, bununla bağlı ciddi addım atılmalıdır: "Düşünürəm ki, bununla bağlı köklü, sistemli və genişmiqyaslı addımlar atmalıyıq. Bu cür şəxslərin bir daha sürücülük vəsiqəsini qazanmaması, o yola çıxmaması üçün çox sərt mexanizmlər müəyyənləşdirməliyik. Həmçinin sürücülərin maliyyə təminatını da elə formalaşdırmalıyıq ki, bu hadisələr baş verməsin”.

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli ictimai nəzarətin də böyük əhəmiyyət kəsb etdiyini dedi: "”BakuBus"da kart sisteminə keçid formalaşdı. Orada sürücülərə birbaşa əmək haqqı ödənilir. Yəni sürücü vətəndaşla pul alış-verişində artıq iştirak etmir. Bakının əksər yerlərinə işləyən avtobuslar kart sisteminə keçiblər. Ancaq təəssüflər olsun ki, xeyli sayda marşrut avtobusları var ki, bu sistemə keçməyib. Yaxşı olardı ki, bütün avtobuslar kart sisteminə keçsin və sürücülər çalışdıqları 8 saata görə əmək haqqı ilə təmin olunsunlar. Biz dəfələrlə bu məsələyə münasibət bildirərək demişik ki, qəzanı törədən sürücü ilə yanaşı, o avtobusun məxsus olduğu şirkət də cəzalanmalıdır.

Əgər şirkət cəzalanmayacaqsa, məsuliyyət sürücünün üzərində qalacaqsa, şirkətin sürücü üzərində basqısı olmayacaq və sürücülərin işə qəbulu zamanı tələblər sərtləşdirilməyəcək. Bir neçə ay öncə bu məsələ gündəmə gəldi və sərnişindaşıma ilə məşğul olan iri tutumlu avtobusların sürücülərinin müsabiqə əsasında işə götürülməsi məsələsi əksini tapdı. Ancaq çox təəssüflər olsun ki, bu gün sərnişindaşıma ilə məşğul olan şirkətlərin böyük əksəriyyəti sürücüləri işə götürərkən həmin qaydalara əməl etmirlər.

Burada da mübahisəli məsələlər var. Təbii ki, kateqoriyalı sürücülər daha çox əmək haqqı istəyirlər. Şirkətlərdə həmin məbləği vermək istəmədikləri üçün sürücüləri necə gəldi seçib, daha az pulla işə qəbul etməklə fəaliyyət göstərirlər. 40-50 nəfər sərnişinin həyatına görə məsuliyyət daşıyan sürücü kifayət qədər ciddi, psixoloji durumu yerində olan, böyük təcrübəyə malik olmalıdır. Həmin sürücülər də normal əmək haqqı ilə təmin olunmalıdır. Sürücülər çox zaman qırmızı işığa, piyada zolaqlarına məhəl qoymurlar. Bu ondan irəli gəlir ki, sürücülər dayanacaqlara tez yaxınlaşıb daha çox sərnişin götürməklə artıq gəlir əldə etmək uğrunda sanki bir yarış keçirir. Bu məsələdə sürücülərə şirkətlər tərəfindən ciddi nəzarət yoxdur. Amma ictimai nəzarət məsələsi də böyük əhəmiyyət kəsb edir. Hər bir avtobusun arxasında onun məxsus olduğu şirkətin telefon nömrəsi göstərilir. Biz az hallarda müşahidə etmişik ki, Azərbaycan vətəndaşı narazı qaldığı sürücüdən qaynar xəttə zəng edib şikayət edir. Burada kompleks yanaşma olmalıdır. Həm şirkətlərin, həm də ictimaiyyətin nəzarəti ciddi olmalıdır. Sürücülərin müsabiqə yolları ilə işə götürülməsi məsələsinə ciddi yanaşmaq lazımdır".(musavat.com)
Xəbər 2420 dəfə oxunub






Oxşar xəbərlər

"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31101] initstartout [0.00024] initstartin [0.00103] calstart [0.01221] calend [0.00074] topnewsend [0.00754] rsssend [0.00000] ehgend [0.00872] tagsstart [0.00106] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27942]