Bankir Çingiz Əsədullayev də Eldar Mahmudovun "oduna" düşüb

  • 19 dek 2016, 18:44
Qalmaqallı "MTN İŞİ" siyahısına yeni isimlər almağa davam edir. Bu gün bir sıra saytlarda sabiq MTN rəhbəri Eldar Mahmudova yaxınlığı ilə tanınan keçmiş millət vəkili, "Azəriqazbank”ın sahibi Çingiz Əsədullayevin Baş Prokrorluqda MTN işi ilə bağlı aparılan istintaqa cəlb olunması haqda məlumatlar yayılıb.
Yayılan məlumatda MTN əməkdaşları tərəfindən şantaj olunaraq pul tələb olunan şəxsin, Eldar Mahmudovun Çingiz Əsədullayevə tapşırığı əsasında, həmin şəxsə əmlakı qoyulmaqla "Azəriqazbank”dan kreditlə 500 min manat pul götürdüyü, həmin məbləği bankdan birbaşa Eldar Mahmudovun oğlu Anar Mahmudovun hesabına köçürdüyü qeyd edilib.
Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı eks millət vəkili "Azəriqazbank”ın sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb. O sayta açıqlamasında yayılan bu məlumatın yalan olduğunu bildirib. Adıçəkilən bildirib:
"Bu da növbəti qurmalardan biridir.Mən heç bir istintaqa cəlb olunmamışam. Adının belə qeyd edilmədiyi bir adama, heç belə bir kredit də ayrılmayıb.Yalan cəfəngiyyat xəbərdi”.
 
Demokratik.Az
Oxşar xəbərlər