Əhali odun sobalarını işə salır

  • 10 dek 2016, 15:38

Əhaliyə 1 yanvar 2017-ci il tarixindən etibarən tətbiq olunmağa başlayacaq, və sakinlər qazı daha qənaetçil istifadə etməyə başlayacaq. Rayonlarda artıq əhali odun sobalarını bərpa etməyə başlayıb, bu da öz yerində son illərdə xeyli zənginləşmiş meşə zolaqlarının qırılmasına gətirib çıxara bilər.

Demokratik.Az-ın verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdirinin müavini Sadiq Salmanov qeyd edib ki, son beş ildə ağacların qanunsuz kəsilməsi halları 2-2,5 dəfə azalıb. Bu, operativ nəzarət qruplarının fəaliyyəti, reydlərin keçirilməsi və cərimə sanksiyalarının artırılması nəticəsində mümkün olub.

Salmanovun sözlərinə görə, hazırda elə rayonlar var ki, odun ehtiyatının olmasına baxmayaraq, onları almaq istəyənlər yoxdur. Ekoloqun sözlərinə görə, tariflərin dəyişdirilməsi prosesi gələn il başlayacaq və ona görə də ola bilsin, mövcud situasiyada kardinal dəyişikliklər baş versin.

Salmanov onu da bildirib ki, bir maşın odunun qiyməti hazırda 150-250 manatdır. O, əmindir ki, odun qazdan baha başa gəlir.

Öz növbəsində Qusar rayonunun evlərini qazla qızdıran sakinləri tariflərdən narazıdırlar. Onlar onsuz da 1500 kubmetri 2 aya yandırırlar. Ona görə də, dağ rayonlarında meşədə odun ehtiyatlarının qalacağı inandırıcı görünmür.

Bundan əlavə, Respublikanın qərb rayonlarından daxil olan məlumata görə, artıq əhali odun sobalarını bərpa etməyə başlayıb. Bir neçə il öncə qazlaşdırılan kəndlərin sakinləri, təkrar qaz sobalarını odun sobaları ilə əvəzləməyə başlayıblar. Və bu da, təbii ki, meşələrin, meşə zolaqlarının və həyətlərdəki ağacların qırılmasına səbəb olacaq.

Demokratik.Az

 

 

Oxşar xəbərlər