Şikayətçilər Elmar Vəliyevin qəbulunda olub

  • 06 dek 2016, 18:54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib.

 

 

 

 

 

 

Demokratik.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, vətəndaş qəbulunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, o cümlədən 100 nəfərə yaxın vətəndaş iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri icra başçısı tərəfindən tək-tək dinlənilib. Onların ehtiyacları mümkün şəkildə təmin edilib.

Qəbulda, əsasən işıq, qaz və su problemləri həmçinin məşğulluğun təmin edilməsi, torpaq sahəsi ilə təminat, şəhid ailəsinin mənzilinin təmiri, sahibkarlıq fəaliyyətinə dəstək, mənzillərə telefon xəttinin çəkilişi ilə bağlı problemlər də səsləndirilib.

Şəhər rəhbərliyi tərəfindən müraciətlərin bir qisminin müsbət həlli üçün dərhal tapşırıq verildi, konkret olaraq vaxt müəyyənləşdirildi. Dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapdı. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyəti qurumlara tapşırıqlar verildi.

Jurnalistlərin sullarını cavablandıran icra başçısı bildirib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması qaydasına uyğun olaraq şəhər sakinləri kollektiv şəkildə qəbul edilib. Xüsusi olaraq qeyd edib ki, işıq, qaz və su problemi ilə bağlı əhalinin müraciəti yerindəcə öz həllini tapır.

Demokratik.Az

Oxşar xəbərlər