Parlamentdə maraqlı təklif

  • 14 okt 2016, 19:02

"Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır”.

Demokratik.Az xəbər verir ki, bu təkliflə millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var: "Amerikanın milli valyutasında da var. Rusiyada bütün çarların adlarına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma kimsə ürəyinin başında gəzdirmək istəyirsə, buna qadağa qoyula bilməz. Heydər Əliyevin adı hər yerdə olmalıdır”.
 
Demokratik.Az 
Oxşar xəbərlər