Bakıda silah sərgisi başladı - FOTO

  • 27 sen 2016, 12:34

Ən böyük pavilyonlar Türkiyəyə, İsrailə və Rusiyaya məxsusdur

Bakıda II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX-2016-nın rəsmi açılış mərasimi başlayıb. Prezident İlham Əliyev sərgi iştirakçılarına məktub göndərib. President.az saytının xəbərinə görə, dövlət başçısı yazıb ki, qloballaşma prosesinin geniş vüsət aldığı, daim dəyişən dünyada dövlətlər intensiv şəkildə təhlükəsizlik çağırışları ilə üzləşir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında hərbi-texniki əməkdaşlıq, müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi aktuallıq kəsb edir.

Məktubda İ.Əliyev Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüzü və terrorizmin nəticəsini xatırladır: «Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Qəbul edilmiş Hərbi Doktrina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir».

 

Sərgidə Belarus, İsrail, Çin, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Fransa və Çexiya milli qrupları öz ekspozisiyalarının miqyası ilə fərqlənirlər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsusdur.
II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi sentyabrın 30-na kimi davam edəcək. I Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi isə 2014-cü ilin sentyabrında keçirilmişdi.(azadlıq.org) 
Oxşar xəbərlər