“Günəşli” yatağındakı yanğınla bağlı rəsmi şərh

  • 26 sen 2016, 20:46

Föövqaladə Hallar Nazirliyi (FHN) və SOCAR "Günəşli” yatağında baş verən yanğınla bağlı birgə məlumat yayıb.

                                                               

SOCAR-dan yayılan birgə məlumatda qeyd olunur ki, sentyabrın 26-da "Azneft” İB-nin "28 May” adına NQÇİ-nin "Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Saat 18:00 radələrində fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri  "Vixr-5” yanğınsöndürmə  gəmisinə təxliyə ediblər. Hazırda aidiyyəti qurumlarla birlikdə açıq fontanın aradan qaldırılması işləri davam etdirilir.

 

Demokratik.Az baş verənlərlə bağlı əlavə məlumat verəcək.

 

Demokratik.Az

 

Oxşar xəbərlər