GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ BU İL DƏ SEVİNDİ...

  • 26 sen 2016, 18:46

Gəncə Dövlət Universiteti bu il də tələbə və müəllimlərinin üzünü güldürməyi bacarıb. Bu dəfə yeni tədris ilində Universitetin ikimərtəbəli IY tədris binası müasir görkəmində, al-əlvan libasında öz bilik qapılarını tələbələrinin üzünə açıb. Beləcə, illərdən bəri təmirə ehtiyac duyan köhnə bina divarları əsaslı təmir olunub, hər iki mərtəbənin çürük pəncərələri plastiklə əvəzlənib. Auditoriyalar, müxtəlif təyinatlı otaqlar zövqlə təmir edilib, qapılar yenisi ilə əvəz olunub. Ümumilikdə, döşəmə və tavanlar yenilənib. İstilik sistemi də yenidən qurulub, auditoriyalar maddi-texniki avadanlıqlarla təmin edilib. Binanın fasadında aparılan təmir təhsil ocağının zahiri görkəmini cəlbedici edib. Tədris korpusunun həyətində müxtəlif dekorativ ağaclar, güllər əkilib. 

Universitetin II və III tədris binalarında isə santexnika işləri yenidən aparılıb. III tədris binasında koridorların döşəmələri dəyişdirilib, pilləkənlərə mərmər-qranitlər döşənib. Bir neçə otaq tam təmir edilib. II korpusun birinci mərtəbəsində idman zalı qurulub. Zalda sağlamlıq üçün lazımi avadanlıqlar quraşdırılaraq müəllim və idmançı tələbələrin ixtiyarına verilib. Həyətdə isə mini futbol meydançasına süni yaşıl örtük salınaraq, ətrafına oturacaqlar qoyulub. Artıq futbol, voleybol, basketbol meydançası tam hazır vəziyyətdədir. Həndbol meydançasının da yaxın vaxtlarda təmirinə başlanacaqdır.

Demokratik.Az olaraq Gəncə Dövlət Universitetinin bu kimi uğurlarına sevinir, rektor Yusif Yusifovdan və komandasından daha böyük uğurlar gözləyirik.

Fotoları təqdim edirik:







Demokratik.Az

 

 

Oxşar xəbərlər