Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:51 - 15.11.2019  
ANS-lə bağlı son qərar verildi
Tarix: 21-09-2016, 20:09 | Bölmə: Xəbərlər » Ölkə içi

Vahid Mustafayev: "Kaş biz də o vaxt birinci Qarabağ müharibəsində öləydik, bu günü görməyəydik...”
 
ANS telekanalının lisenziyasına xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrlik etdiyi kollegiya baxıb. 

ANS-lə bağlı son qərar verildiProsesdə ANS-in hüquqşünası Sevda Məhərrəmova məhkəmə prosesinin təxirə salınması barədə vəsatət qaldırıb. O, bildirib ki, ANS-in Fətullah Gülən şəbəkəsi, o cümlədən Türkiyədə baş verən olaylarla əlaqəsi ilə bağlı araşdırmalar gedir. "Hətta Türkiyə mediası da araşdırmalar nəticəsində ANS-in bu məsələlərə heç bir aidiyyəti olmaması qənaətinə gəlib” – deyə hüquqşünas bildirib. 
Məhkəmə vəsatəti təmin etməyib. 

ANS-in vəkili Fuad Ağayev çıxışında bildirib ki, bu telekanalın efirində nəinki Fətullah Gülənlə müsahibə, heç müsahibənin anonsu da getməyib: "Bunu başqa KİV-lər veribsə, ANS-ə nə dəxli var? Kimsə kimisə güllələsə, ANS məsuliyyətə cəlb olunmalıdı? Təəssüf ki, həmin anonsu vermiş KİV-lərin heç birini də çağırıb məhkəmədə dindirməyiblər" – deyən vəkil əlavə edib ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. 

ANS-in prezidenti Vahid Mustafayev isə çıxışında deyib ki, Türkiyədəki olaylarla bağlı efirə verdikləri kadrlar əsasən Türkiyə kanallarından götürülüb. "Məsələlərə bir az da qanun çərçivəsində baxaq. Hakimlər, prokurorlar mənə desin ki, "qardaş, bunu səhv eləmisən", mən də əsaslandırım ki, səhv eləməmişəm. Azərbaycan vətəndaşı olaraq, mənə bu haqqı heç kim vermədi. Kaş biz də o vaxt birinci Qarabağ müharibəsində öləydik, bu günü görməyəydik ki, bizi terrorçulara dəstək verməkdə günahlandırırlar. Anam ötən il rəhmətə getdi, 89 yaşlı atam eşidəndə ki, onun övladlarını belə bir əməldə ittiham edirlər, çox sarsıldı. Axı belə olmaz..."

Vahid Mustafayev "ANS ÇM" radiosunun bağlanmasından da danışıb: "Çingiz Mustafayevin adını daşıyan radiostansiyanı niyə bağladılar? Onun nə günahı var? Çingiz təkcə mənim qardaşım deyil, bütün Azərbaycanın sərvətidi. Biz məsələnin yalnız məhkəmə yolu ilə həllinə çalışırıq. Bizi başqa ölkədə baş verən olaylarda suçlamağa imkan verməyin. Qaranlıq otaqda qara pişiyi tapmaq çox çətindi, xüsusən, əgər o pişik orada yoxdursa..." 

ANS-n baş direktoru Mirşahin Ağayev Türkiyədə məlum hadisələr baş verən gecə efirə verdikləri materialları bir-bir sadalayıb: "Biz Türkiyə səfirini 40 dəqiqə axtarandan sonra evindən çıxarıb idman geyimində gətirdik. Efirə çıxartdıq, Türkiyə hömumətinin mövqeyini ifadə etdi". 
İddiaçı tərəf isə ANS-in kassasiya şikayətinə etiraz edib və onun təmin olunmamasını istəyib. "ANS qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, terrorçuluğa dəstək, terrora çağırış ifadə edən materiallar yayımlayıb", - Milli Televiziya və Radio Şurasının nümayəndəsi Toğrul Məmmədov bildirib.

Müşavirədən sonra şikayət təmin edilməməsi ilə bağlı qərar elan edilib.
Qeyd edək ki, ANS-in bağlanmasına səbəb telekanal əməkdaşının Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə müsahibə götürməsi olub. 

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

18 iyul 2016-cı il tarixdə Milli Televiziya və Radio Şurasının iclasında ANS ÇM-ə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilib, həmçinin "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı bir ay müddətinə dayandırılıb və lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəməyə müraciət edilib. 

29 iyulda Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda müraciətə baxılıb və təmin edilib. ANS həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib.

Xəbər 2388 dəfə oxunub






Oxşar xəbərlər

“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir
Tahir Kərimli kimə ölüm hökmü çıxaracağına and içib? - Video
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
Oqtay Şirəliyev niyə istefa vermədi? – İlginc səbəb...
Nazirlik bələdiyyə sədrini cərimələyib
ADAU-DA DEKANLIQ QALMAQALI - İnam Kərimov bu biabırçılığa nə deyəcək?
Deputat "talkuçka"lardakı anarxiyadan danışıdı: “Orada 100 milyonlarla vəsait vergidən yayındırılır”
Antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi..
Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edir
Mikayıl Cabbarov xəbərdarlıq etdi
ABŞ-da məktəbdə atışma olub, xəsarət alanlar var
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Aygün Kazımovanın həbsdəki qardaşı "azadlıq" istəyir - MÜRACİƏT
ADAU-da Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir - Tədbir
Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Qalmaqallı iş adamı pulları götürüb ölkədən qaçdı
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36585] initstartout [0.00023] initstartin [0.00089] calstart [0.01182] calend [0.00054] topnewsend [0.00525] rsssend [0.00000] ehgend [0.00991] tagsstart [0.00091] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33625]