Mikayıl Cabbarov -"40" yaş

  • 19 sen 2016, 21:25

Azərbaycan hökumətinin ən gənc üzvlərindən olan təhsil naziri Mikayıl Cabbarovun 40 yaşı tamamlanıb.

 

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində doğulub. 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildə ABŞ-ın Pasifik Universitetində hüquq üzrə, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

 

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

 

2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

 

2004-cü ildə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə, 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

2013-cü il aprelin 19-dan təhsil naziridir.

Oxşar xəbərlər