Elmar Vəliyevin "Kəpəz" boyda "dərdi"var...

  • 25 sen 2016, 22:09

Mehman Allahverdiyev qovuldu, Qarabağla heç-heçə, bəs sonrası ?.

Elmar Vəliyevin Gəncədəki karyerasında gözlənilməz hadisə baş verib. Bu gün İcra başçısı Topaz premyer liqasının 6-cı turu çərçivəsində Gəncədə keçirilən "KƏPƏZ"-"QARABAĞ" qarşılaşmasında birinciyə əsl azarkeşlik edib. Elmar Vəliyevin ;-"bura Gəncədir, buradan çıxış yox!" şüarları Kəpəz klubunun azarkeşlərini də xeyli coşdurub. Nəticədə Gəncə komandası rəqib komanda ilə qarşılaşmanı heç-heçə bitirib...Əhsən!!!

Demokratik.Az-a  "Kəpəz" futbol klubunun başı üzərində dolaşan problemlər barədə maraqlı bilgilər daxil olub. Məlumata görə, Gəncə meri "Kəpəz" FK-nun bugünkü və gələcək taleyinə biganə deyil. Hətta bu "gələcəkdə" onun şəxsi çıxarları da var. Bu məqsədlə bir neçə gün əvvəl Mehman Allahverdiyevin "Kəpəz" futbol klubunun icraçı direktoru vəzifəsindən azad olunması islahatların start mərhələsi ola bilər. Mətbuatda yayılan məlumatlarda da bildirilir ki, mütəxəssis birbaşa Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qərarı ilə işdən azad edilib.

 


Mehman Allahverdiyevin işdən çıxarılmasının səbəbləri ilə bağlı saytımızı bilgiləndirən mənbə deyir ki, həqiqətən də qərarı icra başçısı özü verib. Bunun da bir neçə səbəbi olub.

Məlumatlı mənbənin iddiasına görə, Mehman Allahverdiyev müxtəlif məclislərdə, tədbirlərdə Elmar Vəliyev və "Kəpəz"ə rəhbərlik edən (MŞ-nin sədri) oğlu Elmir Vəliyevin əleyhinə danışıb, klubun idarəçiliyini dəfələrlə pisləyib. Məqsədi isə tarixi ənənələri olan "KƏPƏZ" futbol klubunun daha sərbəst fəaliyyətinə, idarəçiliyin tamamilə peşəkar şəxslərin əlinə keçməsinə nail olmaq olub... 

Digər səbəb isə onun büdcədən pul silməsi deyilir. Mənbə bildirir ki, "Kəpəz"in əsas, əvəzedici və aşağı yaş qrupları üzrə komandalarına müxtəlif təyinatlı pul köçürmələri talanaraq mənimsənilib. "Talama" əməliyyatında əsas "günah keçisi" Mehman Allahverdiyev elan edilib. Hətta səfər oyunlarına gedərkən və geri qayıdarkən komanda Kürdəmirdə yerləşən "Xan bağı" restoranında yemək yeyirmiş. İddialara görə,Restoran rəhbərliyi ilə münasibəti olan Mehman Allahverdiyev onlarla razılığa gələrək hesabın şişirdilməsini tapşırırmış. Bu yolla da klubun büdcəsindən müəyyən məlbəğdə pul silinirmiş.

Hər iki faktla bağlı Elmar Vəliyevə məlumatlar çatdırılıb. Məhz bundan sonra icraçı direktorun işdən kənarlaşdırılmasına qərar verilib. Lakin Gəncə futbolunun inkişafında real dövlət dəstəyi olmadan, "Kəpəz"in yalnız Elmar Vəliyevin şəxsi iradəsilə, islahatları ilə gələcəkdə ciddi nailliyyətlərə imza atacağı inandırıcı deyil.  Mehman Allahverdiyevin  vəzifəsindən uzaqlaşdırılması isə, xoş islahatdan daha çox icra başçısının şəxsi maraqları kimi xarakterikdir. Klubun ən mühüm problemi stadion problemidir. Bu illər ərzində "Avropa Gənclər Paytaxtı" adlandırılan, Avropa şəhərlərindən heç "geri qalmayan" Gəncədə fərli, müasir səviyyəli stadionun olmaması həqiqətən utancvericidir. Görünən odur ki, bu futbol klubunun inkişafı üçün daha səmərəli işlər görülmür. Xatırlatmaq yerinə düşər ki, Elmar Vəliyev özü Gəncəyə təyinatından sonra açıqlama vermişdi ki, Gəncədə tezliklə yeni-müasir Stadion tikiləcək. Bəs niyə tikilmədi???
İndiyədək sözügedən Stadion tikilməsə də bu bəhanə ilə stadion ərazisində "təmizləmə əməliyyatı" aparılıb. Stadiona bitişik ərazidəki fərdi kommersiya mülkləri sökdürülüb. Yayılan dedi-qodulara inansaq, Stadion ərazisindəki "təmizləmələr" gələcəkdə Stadion tikintisi ilə paralel olaraq Elmar Vəliyev kimi iri məmurların ərazidə müxtəlif kommersiya maraqlarını təmin edəcək...(mövzu diqqətimizdədir-O.N)
Osman Nərimanoğlu

Yazıdakı faktlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Demokratik.Az
Oxşar xəbərlər