Həkimlərimiz imtahandan keçəcək

  • 13 sen 2016, 11:25
Bu ilin sentyabrnda Azərbaycanda 349 həkimin sertifikasiya şəhadətnamələrinin etibarlılıq müddəti başa çatır.

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasından verilən məlumata görə, onlar sertifikasiya imtahanından təkrar keçməlidirlər.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla iki hissəyə (test və klinik tapşırıq) bölünür. İmtahan suallarının test hissəsi üzrə 40 bal, klinik tapşırıq hissəsi üzrə isə 16 bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunur.

APA
Oxşar xəbərlər