Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:28 - 23.01.2020  
«Cahangir Hacıyevin 184 milyonluq səhmləri banka qaytırılıb»
Tarix: 8-09-2016, 20:22 | Bölmə: Xəbərlər » Ölkə içi

«Cahangir Hacıyevin 184 milyonluq səhmləri banka qaytırılıb»Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, həbsdə olan Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıcov həm ibtidai, həm də məhkəmə istintaqı zamanı hüquq pozuntularına yol verildiyini bildiriblər.  Bu barədə dünən onlar keçirdiklkəri mətbuat konfransında məlumat veriblər. Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, ibtidai istintaqda başlayan maddi və prosessual hüquq pozuntuları məhkəmə istintaqlı zamanı da davam edir. "Cahangir Hacıyevə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham irəli sürülüb.Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılmışdır. Biz o zaman da istintaqın həmin idarədə aparılmasına etiraz bildirmişdik. Çünki məlum olduğu kimi, 2005-ci ildə Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva DİN əməkdaşı Hacı Məmmədovun rəhbərlik etdiyi qrup tərəfindən oğurlanmış, həmin vaxt Cahangir Hacıyev bu işlə bağlı DİN barədə çoxsaylı narazılıqları, şikayətləri olmuşdu. DİN-ə aid olan struktur bu işin obyektiv aparılmasında maraqlı deyildi və bu sonrakı proseslərdə də təsdiqini tapdı. Həmçinin Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 308-ci maddəsi ilə bağlı istintaq da Baş Prokurorluğun səlahiyyətlərinə aiddir” - deyən vəkil qeyd edir ki, bununla bağlı vəsatət və şikayətlər versələr də təmin edilməyib. 

"Cahangir Hacıyev 32 gün BMCMİ-də saxlanılıb”

Vəkil əlavə edir ki, istintaqın özündə də prosessual pozuntular müşahidə olunub. "Cahangir Hacıyev qanunsuz olaraq 38 gün BMCMİ-nin müvəqqəti saxlama yerində saxlanılıb, həmkarım Aqil Layıcov tərəfindən verilən vəsatətdən sonra o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Halbuki həmin 32 gün ərzində xeyli prosessual hərəkətlər aparılmışdı və hesab edirik ki, hamısı qanunsuzdur”.
F.Mehdiyevin sözlərinə görə, Cahangir Hacıyev həbs edildikdən sonra onun ailə üzvlərinə qarşı da təqiblər başlayıb. "İstintaq dövründə, bu işlə ümumiyyətlə əlaqəsi olmayan bacısı Əminə Hacıyevanın ölkədən çıxışına qadağa qoyulub. Onlara aid olan vərəsəlik və digər digər mülki işlər qanunsuz müdaxilə ilə dayandırılıb”.
«Cahangir Hacıyevin 184 milyonluq səhmləri banka qaytırılıb»
"Cahangir Hacıyevlə salamı olanları da ölkədən buraxmırlar”

Vəkil Aqil Layıcov əlavə edir ki, C.Hacıyev və ailə üzvlərinə istənilən vətəndaşın hüququ olan hərəkətlərin həyata keçirilməsinə məhdudiyyətlər qoyulub. "Onlar hətta notarius xidmətindən belə istifadə edə bilmirdilər, reyester xidmətindən arayış verilmirdi. Ə.Hacıyevanın ölkədən çıxışına qoyulan qadağanı BMCMİ belə əsaslandırıb ki, Beynəlxalq Bankdan kredit götürən şirkətlərdən birinin təsisçisidir. Halbuki Dövlət Reyester Xidmətindən çıxarış vermişik ki, belə hal yoxdur. Hətta Cahangir Hacıyevlə salamı olan şəxslərin də ölkədən çıxışı məhdudlaşdırılıb”.
Vəkilin sözlərinə görə, Əminə Hacıyevanın qızı da Beynəlxalq Sığorta Şirkətində İdarə Heyətinin 1-cü müavini vəzifəsindən çıxarılıb və rəhbərlik bununla bağlı göstəriş aldıqlarını deyib. 

"2008-ci ildən Maliyyə Nazirliyi tərəfindən müəssisələrin fəaliyyətinə daim maneçilik törədilib”

Vəkil Fəxrəddin Mehdiyev bildirir ki, ibtidai istintaq birtərəfli araşdırılıb. "İttihama qarşı Cahangir Hacıyevin dediyi arqumentlər yoxlanılmalı, layihələrlə bağlı sənədlər alınaraq araşdırlmalı idi. Amma istintaq Maliyyə Nazirliyində və Beynəlxalq Bankda olan bu sənədləri əldə etməkdə aciz olduğunu bildirdi. Həmçinin xaricdə olan şəxslərin dindirilməsini də həyata keçirə bilmədilər”.
Vəkil qeyd edir ki Beynəlxalq Bankın 2010-2014-cü illər ərzindəki bütün fəaliyyəti, verilmiş kreditləri, təyinatı üzrə istifadəsi, layihələr, bankla əlaqəsi olan müəssisə və təşkilatların rentabelliyi və s. məsələlər Vergilər Nazirliyinin istintaqı və Baş Prokurorluq tərəfindən yoxlanılıb. "Yekunda yoxlamar nəticəsində qanunsuz hal aşkarlanmadığı üçün cinayət işinə xitam verilib. Həmçinin Cahangir Hacıyevin xanımına da cinayət işi açılıb və xitam verilib. Cahangir Hacıyevin bildirdiyinə görə, ümumiyyətlə 2008-ci ildən Maliyyə Nazirliyi tərəfindən müəssisələrin fəaliyyətinə daim maneçilik törədilib, qaralama kampaniyaları aparılıb. Halbuki həmin müəssisələr dəfələrlə beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılıb. Maliyyə Nazirliyi həmin yoxlamalrın nəticələrini qaralayıb ki, guya rüşvət yolu ilə əldə olunub, özü yenidən əlavə yoxlamalar təyin edib. Hamısına da xitam verilib. Hazırkı cinayət işini aparan BMCMİ isə ümumiyyətlə bu iş üzrə ixtisaslaşmış qurum deyil”.

Fəxrəddin Mehdiyevin açıqlamasına görə, həmin cinayət işi yekunlaşdıqdan sonra xitam verilməsi ilə bağlı vəsatət veriblər. "Əsaslandırdıq ki, müqavilə və layihələrlə bağlı olan işlər mülki icraat qaydasında baxılmalı olan işdir və cinayət tərkibi yaratmır. Bu vəsatətimiz də təmin edilmədi və dediyimiz məsələlər araşdırılmadan iş məhkəməyə göndərildi. Məhkəmənin hazırlıq iclasında da həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi və digər vəsatətlər versək də, heç biri təmin edilmədi. Nəinki müdafiəçilərinin yanında əyləşməsinə, hətta Cahangir Hacıyevin heç olmasa ifadə verərkən şüşə qəfəsdən çıxarılmasına razı olmadılar”.

Vəkil əlavə edib ki, məhkəmə istintaqının ardıcıllığı da pozulub. "Qaninverciliyə görə, bir qayda olaraq təqsirləndirilən şəxslər ittihamı qəbul etmədikdə, əvvəlcə zərərçəkmiş şəxslər dindirilməli olsa da, məhkəmə təqsirləndirlən şəxslərin dindirilçəsi ilə bağlı qərar qəbul etdi. Zərəçəkən şəxs qismində isə həm Beynəlxalq Bankın, həm də prezidentin fərmanı ilə yaradılmış "Aqrarkredit” QSC-nin nümayəndəsi tanındı. Beynəlxalq Bank 211 milyon manat,  "Aqrarkredit” QSC isə 7 milyon manat məbləğində mülki iddia tələbini məhkəməyə təqdim edib. Bu isə yolverilməzdir və prezidentin fərmanına əsasən, bütün tələblər "Aqrarkredit” QSC-yə keçib, mülki iddia ilə yalnız bu qurum çıxış edə bilərdi”.

Vəkil Aqil Layıcov isə Cahangir Hacıyevin 5 milyard manat mənimsəməsi və ofşor zonalara ötürməsi barədə Maliyyə Nazirliyinin son açıqlamasına münasibət bildirib. «Bbu tip işlər elə nazirlik tərəfindən kurasiya edilib. Ona görə də heab edirik ki, hər şeyin arxasında Maliyyə Nazirliyi durur. Hüquqi cəhətdən Maliyyə Nazirliyinin Beynəlxalq Bankın zərələri və s. məsələlərlə bağlı açıqlama vermək səlahiyyəti yoxdur. Prezidentin fərmanı il o səlahiyyətlər "Aqrarkredit”-ə keçib”.
Fəxrəddin Mehdiyev bildirib ki, prosessual pozuntular indi də məhkəmədə davam edir və bunları aradan qaldırmaq üçün verdiyi vəsatətlər heç müzakirəyə də çıxarılmır. "Hesab edirik ki, məhkəmə bu qaydada davam etməklə tələm-tələsik ittiham aktını təsdiqləməkdən başqa bir iş görməyəcək”.
Vəkilin sözlərinə görə, ittiham aktında verilmiş kreditlərdə 35 milyon manatadək mənimsəmə olduğu qeyd edilib. "Biz isə bildirirk ki, ümumiyyətlə mənimsəmə olmayıb, bütün kreditlər layihələrə və səhmlərin alınmasına xərclənib”.

Vəkil Aqil Layıcov bildirib ki, Cahangir Hacıyevin həyat yoldaşına qarşı 3 milyon manatlıq ittiham irəli sürülsə də, o, banka 4 milyon manatlıq səhm qaytarıb. "Səhmlərlə bağlı Z.Hacıyeva ilə bank arasında alqı-satqı edilsə də, pul verilməyib. Nə də 3 milyonun ödənilməsinə sərf edilməyib. Ümumilikdə Cahangir Hacıyevə, ailə üzvlərinə və yaxın ətrafına aid 184 milyonluq səhmlər Banka qaytarılıb”.

"Cahangir Hacıyev dedi ki, mənə göstəriş belə olmuşdu... ”

C.Hacıyev və yaxınları tərəfindən səhmlərin alınmasına sərf olunan pulun mənbəyinə gəlincə, vəkil bildirir ki, pullar bankdan götürülmüş kreditlər hesabına ödənilib. "Sadəcə başqa adamların adına kredit götürərək səhm alıblar və o pullar bankdan çıxmayıb. Cahangir Hacıyevə sual verdim ki, nəyə görə bu yolu seçdiniz ki, səhmlər məhz sizin yaxın adamların adına alınıb? Dedi ki, mənə göstəriş elə olmuşdu. Səbəbi də odur ki, idarəetmə paketinin kənar şəxslərin adına keçməsini istəməyiblər”. Vəkil bildirib ki, C.Hacıyev göstəriş məsələlərinə həssas yanaşır və tapşırığın kim tərəfindən verilməsini açıqlamır. 

Vəkil bildirir ki, Beynəlxalq Bank tərəfindən verilmiş kreditlər proqram çərçivəsində layihələrə sərf edilib. "Həmin layihələrin çoxu işləkdir, səmərəliliyi və iqtisadi rentabelliyi var. Sadəcə, sonradan həmin layihələr dayandırılıb, yaxud da Maliyyə Nazirliyi tərəfindən benefsiarlar təyin olunub, həmin 3 milyardı götürmək üçün layihələr gözdən salınıb”. 

Aqil Layıcov deyib ki, həmin layihələrin bir çoxu bu il kənd təsərrüfatı sərgisində son ilin uğuru kimi təqdim edilib. 

"Baş verənlər Samir Şərifovla Cahangir Hacıyev arasında olan intriqanın nəticəsidir”

Aqil Layıcov qeyd edib ki, Beynəlxalq Bank ətrafında baş verənlər maliyyə naziri Samir Şərifovla Cahangir Hacıyev arasında olan intriqanın nəticəsidir. İntriqanın səbəbini isə vəkil belə izah edib: "Bu mənim fikrimdir, Cahangir müəllim də deyib və beynəlxalq reytinq agentliklərinin nəticələri də təsdiqləyir. Belə ki, Beynəlxalq Bankın reytinqi həmişə Azərbaycanın kredit reytinqindən ikiqat yüksək olub. Azərbaycan Respublikasının maliyyə reytinqinə Samir Şərifov cavabdeh olduğu üçün bu hal qısqanclıq yaradıb. Bizdə olan məlumata görə Maliyyə Nazirliyi tərəfindən dəfələrlə beynəlxalq reytinq agentliklərinə deyiblər ki, belə etməyin. Bu zəmində yaranan qısqanclıq yersiz yoxlamaların aparılmasına, qaralama əməliyyatlarına, eyni zamanda əsassız istintaqın aparılmasına gətirib çıxarıb”.

Cahangir Hacıyevin həbsinin devalvasiya ilə bağlı olması, həmin vaxt maliyyə əməlyyatları həyata keçirməsi ilə bağlı yayılan məlumatlarla bağlı F.Mehdiyev bildirir ki, bu yanlış informasiylardır. "İstintqda da bununla bağlı heç bir ittiham yoxdur. Cahangir müəllim isə ümumiyyətlə devalvasiyanın bu şəkildə keçirilməsinin əleyhinə olub və bildirib ki, bu proses bankların çökməsinə və vətəndaşlar üçün ciddi problemlərə səbəb olacaq. Cahangir Hacıyev bildirir ki, devalvasiyanın müəllifi Samir Şərifov olub”.

Yekun olaraq vəkillər bildiriblər ki, hazırda davam edən məhkəmə istintaqının gedişatından narazılıqlarını dəfələrlə bildiriblər. "Bu barədə vəsatətlərlə çıxış etmişik. Hətta məhkəmə tərkibinə yazılı etiraz da təqdim etmişik. Bu dəfə isə nəinki tərkibə, məhkəmənin özünə etiraz verməyi planlaşdırırıq. Ancaq əvvəlki vəsatət və etirazlarda olduğu kimi bu etirazın da qəbul ediləcəyinə inanmırıq” - deyə A.Layıcov bildirib. 
Xəbər 3116 dəfə oxunub






Oxşar xəbərlər

Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
İkram Rəhimov koloniyada hüquqlarının pozulmasından şikayət edib
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29974] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00935] calend [0.00053] topnewsend [0.00442] rsssend [0.00000] ehgend [0.00665] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27717]