İcra başçısı Arif Qasımov toyda adam döyüb?

  • 01 sen 2016, 22:42
Bu gün elektron KİV-lərdə Bakı ş, Nizami rayon İcra Hakimiyyəti başçısının adam döyməsi barədə xəbərlər yayılıb. Yayılan (silinən-red)xəbərlərdə bildirilir ki, ötən şənbə günü paytaxtın məşhur "Neolit” restoranında baş tutan toy məclisi kütləvi dava ilə yadda qalıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da iştirak etdiyi həmin toy məclisində yaşanan kütləvi dava nəticəsində xidmətçi gənc möhkəm döyülüb. 

Məclis iştirakçılarından birinin verdiyi məlumata görə, hadisə hansısa səbəbdən bir xidmətçi gəncin döyülməsi ilə başlayıb. Sonda vəziyyət gərginləşib və icra başçısının özü də əlbəyaxa davaya girişib. İddiaya görə, başçı Aqşin adlı bir nəfərə hücum edərək ona yüzlərlə adamın gözü qarşısında bir neçə zərbə endirib, sonra ailəsi ilə birlikdə onu toydan qovub, səhərisi gün isə Nizami rayonu ərazisində fəaliyyət göstərən çayxanasını bağlatdırıb. Hücuma məruz qalan ofisiantın isə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Demokratik.Az olaraq məlumatı dəqiqləşdirməyə çalışdıq. Məlum etdik ki, icra başçı Arif Qasımov həmin vaxt içkili olub. Davaya səbəb isə, restoran xidmətçisi ilə qonaq arasında yaşanan anlaşılmazlıq olub. İddialara isə nədənsə "əsərin qəhrəmanı"  hələlik heç bir aydınlıq gətirməyib. (mövzu diqqətimizdədir) 

Qarşı tərəfin söz haqqını tanıyırıq...

 

Demokratik.Az

Oxşar xəbərlər