Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:22 - 23.02.2018  
İlham Əliyev nekroloq imzaladı
Tarix: 1-09-2016, 09:48 | Bölmə: Xəbərlər » Ölkə içi

Azərbaycan Prezidenti, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri tanınmış bəstəkar Oqtay Zülfüqarovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

İlham Əliyev nekroloq imzaladı

Nekroloqda deyilir:

"Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqustun 31-də ömrünün 88-ci ilində vəfat etmişdir.

 

Oqtay Zülfüqarov 1929-cu il may ayının 31-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbinin, 1951–1952-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının violonçel sinfində oxumuş, 1952–1958-ci illərdə isə burada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

 

Əmək fəaliyyətinə hələ tələbə ikən 1949-cu ildə 1 saylı musiqi məktəbində violonçel müəllimi kimi başlayan Oqtay Zülfüqarov, eyni zamanda, müxtəlif mədəniyyət evlərində də xormeyster kimi çalışmış, 1958–1962-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru, səs rejissoru, 1965–1967-ci illərdə Respublika Xalq Yaradıcılıq Evində metodist, 1968–1991-ci illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi, redaktor, şöbə müdiri vəzifələrində işləmişdir. 1991–2012-ci illərdə o, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru və bədii rəhbəri olmuşdur.

 

Oqtay Zülfüqarovun ilk musiqi əsərləri tələbəlik illərində işıq üzü görmüşdür. Onun altmış ildən artıq bəstəkarlıq fəaliyyəti müxtəlif janrları əhatə edir. Bəstəkarın əsərləri arasında konsert, simfoniya, kantata, kamera-instrumental musiqi və romanslar vardır. Oqtay Zülfüqarovun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gənc nəslin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Azərbaycan bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biri olan Oqtay Zülfüqarov rəngarəng yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyəti xəzinəsini daha da zənginləşdirmişdir.

 

Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Oqtay Zülfüqarovun böyük xidmətləri olmuşdur. Onun öz sadəliyi və rahat qavranılması ilə seçilən əsərləri, eyni zamanda, dərin milli-mənəvi ruh, zəngin kolorit və yaddaqalan ritmləri ilə səciyyələnir. Geniş yaradıcılıq diapazonuna malik Oqtay Zülfüqarov musiqisində ənənəyə sədaqət müasirliklə harmonik vəhdət təşkil edir. Onun kino və teatr musiqisi sahəsində fəaliyyəti də təqdirə layiqdir. Sənətkarın müxtəlif dövrlərdə yaratdığı əsərlər musiqişünaslar tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Oqtay Zülfüqarovun bəstələdiyi uşaq mahnıları ona xüsusi şöhrət qazandırmışdır. Onun "Telefon”, "Qatar”, "Kim sevirsə idmanı” və başqa mahnıları bir neçə nəslin dillər əzbəri olmuşdur. Uşaqlar üçün yazdığı balet, nağıl-opera və digər əsərləri ilə o, gənc musiqi həvəskarlarının sevimlisinə çevrilmişdir. Bəstəkarın rəhbərliyi altında yaranan uşaq kollektivləri, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyası gənc nəslin bədii-estetik tərbiyəsində böyük rol oynamışdır.

 

Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafı və təbliğində Oqtay Zülfüqarovun xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, bir sıra fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət” ordeni ilə təltif edilmişdir.

 

Tanınmış bəstəkar və mahir pedaqoq, səmimi insan Oqtay Qədir oğlu Zülfüqarovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah rəhmət eləsin!"

 

Nekroloqu Prezident İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Arif Məlikov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Tofiq Bakıxanov, Xəyyam Mirzəzadə və Ramiz Zöhrabov imzalayıblar.

 

Demokratik.Az

Xəbər 1863 dəfə oxunub






Oxşar xəbərlər

Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb
Könül Kərimova villasının 172 manat işıq pulu borcunu ödəmir - özü danışdı
XOCALI FACİƏSİ ADAU-DA DA ANILIB
İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirilib
KÖHNƏ PREZİDENT, YENİ KOMANDA: KİMLƏR GEDƏCƏK?
Ərdoğan: Bu yay Suriyadakı terrorçular üçün...
Əli Həsənovun nəvəsi Sumqayıtda yaşıllığı məhv edir
Nazirlikdən ADAU-ya növbəti dəstək gəldi
Ermənistanda Ayaz Mütəllibovu qiyabi həbs etmək istəyirlər
Əli Hüseynli: “1500-ə yaxın şəxs həbsdən azad ediləcək”
Eldar Mahmudovla bağlı daha bir təhqiqat başladı
Oqtay Əsədov: “Böyük əfv gözlənilir”
Kəmaləddin Heydərov Lənkərana gedir
Heydər Əliyev bu mərmini özü ilə İrana apardı və... – Fakt
YAP imzaları MSK-ya təqdim edib
Onlara 400 manat təqaüd veriləcək (Sərəncam)
MTN generallarına prokurordan ağır cəza tələbi
KXCP-də gərginlik: Mirəlioğlu - Gülalıyev qarşıdurması
"Mühacirlər müxalifətə şükür oxutdurur" - Qabil Hüseynli
Milyonçu azərbaycanlı “qanuni oğrular” (SİYAHI)
Suriyada inzibati bina atəşə tutulub, 9 nəfər yaralanıb
ATƏT-in xüsusi missiyası seçkiyə görə Bakıdadır
1997-сi ildə müxalifət lideri Etibar Məmmədov öldürüləcəkmiş?
Avropa qaçqınlara insan kimi baxmır - Hesabat
Bürclər – 23 fevrala nə deyir?
Əhmədzadənin oğlu Qaxdakı 30 hektar ərazini necə ələ keçirib?
Azərbaycanda nə qədər NARKOMAN var?
Prokuror MTN generalına 16 il cəza istədi
Siyəzən RPŞ-də "XOCALI ANIM TƏDBİRİ" keçirilib
Goranboy SSİ-nin rəisi iş icraçısını döydü
XİN Nalbandyana cavab verib
Stallone sağ olduğunu belə sübut etdi - VİDEO
Azərbaycanda neçə alkoqolik var? - SAY
Zakir Həsənov Belarusa səfərə gedib
Rusiya prezidentliyinə namizədlərin reytinqi açıqlanıb - Putin liderdir
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib - FOTOLAR
Prezident Fəttah Heydərovu təltif etdi- FOTOLAR
“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi
Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi
Əhmədzadənin çörəyini yeyən narkoman kimdir?-"Özəlləşən daha bir SSİ var" (İDDİA)
ABŞ Türkiyədən qorxdu, hərbi sazişə mane oldu-Şok
Usubov və Qaralov avtoritetləri qəbul etmədi
Məcburi köçkünlərin aylıq müavinət məbləği artdı - SƏRƏNCAM
Kuban Aqrar Universitetinin əməkdaşları ADAU-da
"Sumqayıt TP" Tacikistana kabel ixrac edəcək
Türk gəmiləri döyüş vəziyyətinə gətirildi
Prezident İran müdafiə nazirini qəbul edib
Azərbaycan XİN Fransa XİN-ə cavab verdi
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat
Atəşkəs rejimi 135 dəfə pozulub
Bayılda gərginlik artır: əhali Abutalıbovu axtarır
Sabiq deputatlara pensiya veriləcək
Sahibkarlar üçün mühüm qanun - borcları silinir
İqbal Ağazadədən ÇAĞIRIŞ: “Düşmən deyilik”
YPG Türkiyənin zərbələrindən sonra Afrindən geri çəkildi
Sərdar Cəlaloğlu da prezidentliyə namizəd oldu
“Azərsu”ya 15 milyon manat ayrılıb
Göygöldə 11 gündür itkin düşən gəlin Gəncədə tapıldı
“Rəqqasə Fatimə paxıllıqdan məni bloka atıb” – Afət - VİDEO
Azərbaycanlı blogger Moskvada saxlanıldı
PREZİDENT BU BORCLARI SİLİR – Sığorta amnistiyası
ELDAR NAMAZOVUN TƏŞKİLATI İLHAM ƏLİYEVİ DƏSTƏKLƏDİ - Şok bəyanat
Moskvada 25 dərəcə şaxta qeydə alınıb
Kök modeldən erotik FOTO və VİDEOSESSİYA
Hakimiyyət Əli Həsənovla vidalaşır? – “Qaçqınkom” yoxlanılır
Prezidentliyə namizəd Qərbin Qarabağ proseslərinə yanaşmasını şərh edib
Düşmən atəşkəs rejimini 124 dəfə pozub
Serj Sərkisyanın Münhen şantajı və uğursuz gedişi

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.09391] initstartout [0.00012] initstartin [0.00057] calstart [0.00740] calend [0.00041] topnewsend [0.00347] rsssend [0.00000] ehgend [0.00532] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.07609]