Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:25 - 21.09.2019  
“Hansı 211 milyondan söhbət gedir?” - Cahangir Hacıyev
Tarix: 26-08-2016, 22:10 | Bölmə: Xəbərlər » Ölkə içi

“Hansı 211 milyondan söhbət gedir?” - Cahangir HacıyevBakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə iclaslarının arasında fasilənin az olmasına etiraz edib. "İclaslar həftədə üç dəfə, səhərdən axşama qədər keçirilir. Bu, həm müdafiə etdiyimiz şəxslərlə görüşməyimizə mənfi təsir göstərir. Həmçinin, digər cinayət işlərində də iştirakımızda problemlər yaranır”.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin dindirilməsi başa çatana qədər məhkəmə bu şəkildə davam edəcək. Şahidlərin dindirilməsi zamanı isə bu məsələyə baxıla bilər. 
Daha sonra 2004-2010-cu illərə Beynəlxalq Bankın Mərkəzi filialının direktorları işləmiş Anar Sultanov sərbəst ifadə verib. 

O, bildirib ki, 1997-ci ildən 2004-cü ilə qədər Beynəlxalq Bankda müxtəlif vəzifələrdə çalışıb. 2004-2010-cu illər arasında isə Mərkəzi filialın rəhbəri olub. Təqsirləndirilən qeyd edib ki, işlədiyi dövrdə əsasnaməyə və vəzifə təlimatına uyğun olaraq fəaliyyətini yerini yetirib. Onun sözlərinə görə, bankın qaydalarına və təlimata əsasən, filialın təminatsız 2 min, təminatlı isə 5 min manat kredit vermək səlahiyyəti olub. Bundan yuxarı kredilər isə mərkəzi ofisdə kredit komitəsi, idarə heyyəti kimi qurumların qərarı ilə ayrılıb. "İstintaqdakı ifadəmi təsdiqləyirəm. Bildirirəm ki, idarə heyəti  qərar verəndən sonra kredit ayrılması məsələsinmdə filial daha çox texniki rol oynayırdı. İdarə heyətinin qərarlarının icrası mənim üçün məcburi idi”.

Daha sonra prokurorun suallarını cavablandıran A.Siltanov bildirib ki, Cahangir Hacıyev, həyat yoldaşı Zamirə Hacıyeva, qızı Leyla Mahmudova və digər 6 nəfərə yüksək məbləğli plastik kartlar onun rəhbəri olduğu filial tərəfindən verilib. "Həmin kartlarla bağlı sənədlər filialda toplanıb və mərkəzi ofisə göndərilib. Kreditin verilməsi ilə bağlı qərar isə mərkəzi ofis tərəfindən verilib, biz sadəcə icra etmişik”.  

Prokuror: Siz C.Hacıyev və ailə üzvlərinə kredit verəndə onunla bağlı sənədləri yoxlandınızmı?
A.Sultanov: Mən ondan bu sənədləri tələb edə bilməzdim. Bizim bu işdə sırf texniki rolumuz olub.
Prokuror: Siz bilirdinizmi ki, banka aid olan şəxslərə kredir ayrılması üçün Müşahidə Şurasının qərarı olmlıdır?

A.Sultanov: Bizə kredit verilməsi ilə bağlı idarə heyətinin qərarları çıxarış formasında gəlirdi.

A.Sultanov C.Hacıyevin sürücüsü Aydın Mehdiyevə kredit ayrılması ilə bağlı sualları da cavablandırıb. Bildirib ki, İdarə Heyətinin 57 nömrəli qərarı ilə Aydın Mehdiyevə kredit verilib: "İttiham aktında yazılıb ki, guya mən onun imzasını saxtalaşdırmışam. Mən heç nəyi saxtalaşdırmamışam. Buna ehtiyac da yox idi. Aydın Mehdiyev Cahangir müəllimin sürücüsü idi. İşdə olurdu, başı qarışıq olurdu. Ona görə sənədləri imzalanması üçün baş idarəyə göndərmişəm. Oradan imzalanıb gələndən sonra kredit verilib. Həmin kredit 2009-cu ilin avqustunda bağlanıb. Əsasə borc və faizlər üzrə.

Prokuror: Cahangir Hacıyevin sürücüsünün adına 9 milyon kredit verilməsi nə dərəcə doğru idi? Kredit verərkən şəxsin ödəmə qabiliyyətini yoxlamışdınız?

A.Sultanov: Kreditin ayrılması ilə bağlı qərarı idarə heyəti verib və həmin qərarın icrası mənim üçün məcburi idi.

Prokuror: Siz sənəd imzalanıb qayıtdıqdan sonra imzanın doğruluğunu yoxladınızmı?

A.Sultanov: Xeyr, sənəd qayıtdıqdan sonra mən baxmamışam. Pulun verilməsini xəzinədar və əməliyyatçı həyata keçirir. 

Prokuror: Bəs belə böyük məbləğdə kreditin vaxtından əvvəl bağlanması sizə qəribə gəlmədi?
A.Sultanov: Bu, mənim vəzifəmə aid məsələ deyil. 

Vəkil Fəxrəddin Mehdiyevin sualına cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, 2010-cu ilə qədər Beynəlxalq Bankda işləyib və ittihamda qeyd olunan mütəşəkkil dəstədə olmayıb, heç bir qanunsuz əməldə, mənimsəmədə iştirak etməyib. 

Cahangir Hacıyev bildirib ki, ittihamda nəzərdə tutulan 211 milyon manat mənimsəmə reallığı əks etdirmir. "Vəkillərim də dəfələrlə haqlı olaraq deyiblər ki, bu rəqəm araşdırılmalıdır. Hansı 211 milyondan söhbət gedir? Hardan çıxdı bu rəqəm?”

Hakim isə bildirib ki, ittihamda yazılanlar məhkəmə istintaqında araşdırılacaq. "Biz ittihamı araşdırmaq üçün buradayıq, prosesin gedişçində bu məsələlərə aydınlıq gətiriləcək və biz də qərar verəcəyik. Əgər 211 milyon deyilsə, ortaya çıxacaq”.

Cahangir Hacıyev Anar Sultanova sual verərək ona nə vaxtsa qanunsuz göstəriş verib-vermədiyini soruşub. 

C.Hacıyev: Mənim tərəfimdən sizə göstəriş olmuşdu ki, qanunları pozun. Sənədləri toplamayın?

A.Sultanov: Xeyir, olmamışdı.

C.Hacıyev: Çıxarılan vəsait kimə verilmişdi? Mənə, burada oturanlara, ailə üzvlərimə - kiməsə verilmişdim?

A.Sultanov: Xeyr.

C.Hacıyev: Mən həmin vəsaitlərin bank üçün səhmlərin alınmasına sərf olunduğunu demişdimmi?

A.Sultanov: Mən vəsaitlərin hara sərf olunduğunu bilmirəm. 

C.Hacıyev: Bəzilərində amneziya olur. Yəqin ki, digərlərində də olacaq.

Daha sonra təqsirləndirilən İlqar Abdullayev ifadə verib. O deyib ki, 2004-cü ildən Beynəlxalq Bankda işləyib. "2006-cı ildən filial müdirinin müavini olub. 2014-2015-ci illər ərzində filial müdri vəzifəsini icra etmişəm. Cahangir Hacıyevi isə bircə dəfə görmüşəm. Onu da idarə heyətinin iclasında təyinat alanda.  
 
"Ona görə də mütəşəkkil dəstə mümkün olan iş deyil. Mən nə dəstə üzvü olmuşam, nə də mənimsəmədə iştirak etmişəm. Sadəcə vəzifəmdən irəıli gələn işləri görmüşəm. İdarə heyətinin sədrinin, müavinlərinin qərarlarını əsas götürmüşəm”.

O, prkourorun suallarını cavablandıraraq deyib ki, özünü ittihamda yer alan 3 kredit müqaviləsində imzası var. "Həmin vaxt isə filailın müdiri Yusif Ələkbərov işdə olmadığından mən imzalamışam”.
Prokuror müqavilələrin üçünün də eyni vaxtda imzalanmasının təsadüfi olub-olmaması barədə suala cavab olaraq dəqiq bilmıdiyini deyib. "Fikir versəniz həmin kreditlərlə bağlı qərarlar müxtəlif vaxtlarda verilib. Həmçinin kreditlərin çıxarılması da başqa tarixlərdədir”.  

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilirlər.

Rəşad VAQİFOĞLU
Xəbər 2886 dəfə oxunub






Oxşar xəbərlər

Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.51365] initstartout [0.00025] initstartin [0.00269] calstart [0.06524] calend [0.00082] topnewsend [0.01336] rsssend [0.00000] ehgend [0.09177] tagsstart [0.00104] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33843]