Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:34 - 22.10.2019  
Gəncədə 160 ev söküləcək
Tarix: 10-08-2016, 20:23 | Bölmə: Xəbərlər » Ölkə içi

Gəncədə 160 ev söküləcəkGəncənin Həsən Əliyev küçəsində yaşayan Hənifə Əliyeva «Azadlıq» radiosuna bildirib ki, avqustun 10-da səhər saatlarında məhəlləyə gələn yerli icra hakimiyyətinin işçiləri sakinlərdən evlərdən çıxmağı tələb ediblər. Onlarla bərabər gələn fəhlələrsə ağır texnikalarla evlərin söküntüsünə başlayıblar. Sakinlərin deməsinə görə, günortayadək 6 ev sökülüb və hazırda söküntü prosesi davam edir: "Narazılığımız ondandır ki, əvvəla adamlara əvvəlcədən xəbərdarlıq olunmayıb. Əşyalarımızı çıxara bilmirik. Çünki daşımağa yerimiz-yurdumuz yoxdur. İkincisi, çıxdıq, bax, bu gecə hara sığınaq? Nə ev verirlər, nə kompensasiya... Heç adını da tutan yoxdur. İcra başçısına, müavinlərinə, ümumiyyətlə, yaxın düşə bilmirik ki, görək, evlərimiz niyə sökülür, aqibətimiz necə olacaq?”
Hənifə Əliyeva deyir, bir evdə üç ailə yaşayır. İcra hakimiyyəti ailələrə mənzil də kirayələməyib. Eyni küçədə yaşayan Pakizə Həsənovanın sözlərinə görə, əşyalarını çölə töküblər, hara gedəcəyini bilmir: "Səhərin gözü açılandan traktoru qatıblar qabaqlarına, bala, sökə-sökə gedirlər. Bir azdan növbə mənim evimə çatacaq. Bütün ev əşyalarım çöldədir. Təzəgəlinin cehizləri ayaq altında qalıb. Hara daşıyaq, bilmirik”.

Sakinlərə qaranlıq qalan məsələlərə Gəncə şəhər icra hakimiyyətindən aydınlıq gətirilib. Qurumdan "Qaynar xətt”ə bildirilib ki, Gəncəçaydakı daşqınların ətrafa vurduğu zərərin qarşısını almaqdan ötrü bəndtikmə işlərinə başlanılıb. 160 civarında yaşayış evi və obyekt söküntü layihəsinə düşüb. Sakinlərlə danışıqlar aparılıb və onlara kirayə haqqı ödənilmək şərtilə mənzillər kirayələməkləri təklif olunub. Yaxın vaxtlarda isə söküntüyə düşmüş evlərə görə kompensasiya ödəniləcək. Kompensasiyanın məbləği açıqlanmayıb. Ancaq sakinlər yerli icra hakimiyyətinin işə bu cür qol qoymasını pisləyirlər. Məsələn, Hənifə Əliyeva deyir, yaxşı olardı ki, qurum özü ailələr üçün mənzillər kirayələyəydi və kirayəhaqqını da əvvəlcədən ödəyəydi.

Hüquqşünas Vaqif Alıyev deyir, qanunvericiliyə görə, söküləcək evlərə görə kompensasiya hələ evlər sökülməmişdən öncə müəyyən edilməlidir: "Bəlkə 2 ay kirayə haqqı verdi, sonra dedi ki, "pul yoxdur”. Ümumiyyətlə, anlaşılmayan odur ki, söküntüyə düşən evə görə niyə kompensasiya əvvəldən verilmir. Bəlkə sabah evi sökülən sakin təklif edilən kompensasiyaya qane olmayacaq. Qanunvericiliyə görə, kompensasiyanın şərtləri, məbləği vətəndaşa hələ evi sökülməmişdən açıqlanmalı və rəsmiləşdirilməlidir. Bu günkü durumda sakinlər məhkəməyə müraciət etməlidilər”.
 
Demokratik.Az
Xəbər 2846 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”
Alo, mitinq sifariş vermisiniz?
Sabiqləşən Əli Həsənov bu vəzifələri icra edəcək
Tofiq Yaqublunun səhhəti necədir? AÇIQLAMA
Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE
Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35275] initstartout [0.00021] initstartin [0.00098] calstart [0.01226] calend [0.00072] topnewsend [0.00761] rsssend [0.00000] ehgend [0.00711] tagsstart [0.00084] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32294]