"Torpaqlarınızı kim satıb gedin onlardan tələb edin" (Foto/Video)

  • 06 avq 2016, 09:42

Məcburi köçkünlər Prezidentdən yardım istəyir.

 

Bu gün redaksiyamızın elektron ünvanına Xəzər Rayonu Qala qəsəbəsinin Bələdiyyə idarəsindən ilginc faktlar daxil olub.

HİA.İNFO.AZ xəbər verir ki, şikayətçi Mustafayev Bağban öz şikayət məktubunda qeyd edir :

"Hörmətli, "Hədəf” xəbər portalı, Mən Mustafayev  Bağban yazıb sizə bildirmək istəyirəm ki, mənim ailəm də daxil olmaqla 350 ailə Kəlbəcər rayonundan məcburi köçkün düşəndən sonra , Xəzər Rayonunun Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində məskunlaşmışıq.

Heydər Əlivey Fondunun vəsaiti hesabına qəsəbədə tam orta məktəb inşa edilib. Bundan əlavə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi qayğısı nəticəsində seçki məntəqəsi təşkil edilib, kəndin ümumi yolu asfaltlanıb, kəndə qaz, işıq və telefon xətti çəkilib. Dövlətimizin qayğısını daima üzərimizdə hiss etmişik. Və burada məskunlaran Kəlbəcərlilər bunu daima qiymətləndirib, minnətdarlığını bildirmişlər”

Şikayəıtçi daha sonra bunları vurğulayıb : ” Biz  1993-cü ildə qaçqın gələndə bir dənə də, dam tikməyə belə ümidimiz və imkanımız yox idi. Lakin, son illərdə camaatımız ev şəraitinin yaxşılaşdırılması üçün öz imkanları daxilində ev tikmiş və yaşamaq üçün , əlverişli vəziyyətə gətirmişik. Amma bizə son zamanlar Qala qəsəbəsinin Bələdiyyə sədr müavini Kazımov Əkbər tərəfindən təziqlər edilməkdədir. Mən bir evdə 12 nəfərlik ailə üzvümüzlə birgə yaşayırdım. Üç övlad atası olaraq, ailəmi də götürüb başqa bir yerdə yaşamaq üçün bir balaca "dam” tikmək qərarına gəldim, amma, bunu da bizə çox gördülər. İndidə yerli bir qadını üstümüzə göndəriblər, o da deyir ki, bu torpağı mənə Xəzər rayonunun icra başçısı İslamov Gülağa verib və əlimdə sənədlər var. Amma biz bundan əminik ki, həmin qadın cənab başçının adını hallandırır. Onu şəxsən Kazımov Əkbər öyrədib bizi buralardan qovmaq üçün. Hətta həmin o qadın, yani Nazilə xanım Xəzər rayonunun prokuroru Fəxri müəllimin də adını hallandıraraq deyir ki, prokuror mənim qohumumdur. Bizi bu kimi yollarla qorxutmağa çalışır. Buna dair əlimizdə səs yazma faktlar da var”.



Mustafayev Bağbanın sözlərinə görə, Bələdiyyə sədr müavini Əkbər adlı şəxs onunla şəxsi münasibətləri zənnində olan problemlərinə görə yaşamaq üçün tikməkdə olan evini və hasarını yerlə yeksan etmişdir.

Biz tərəfsiz mətbu orqanı kimi, bizə təqdim olunan audio səs yazısını jurnalist etikası olaraq paylaşmırıq, amma, müvafiq şəxslərə təqdim etməyə hazırıq.Biz də Hədəf İnformasiya Agentliyi olaraq,  ərizə bizə daxil olduğu gündən araşdırmalarımıza başladıq. Ərizədə yazılanların bir qismi öz təsdiqini tapdıqdan sonra, tərəfsiz və qərəzsiz mətbu orqan kimi, Bələdiyyə sədr müavini Əkbər Kazımovun qəbuluna əməkdaşlarımızla birlikdə yollandıq. Qarşımıza çıxan mənzərə isə bunu deməyə zəmin yaradır ki, Bələdiyyə müavini özünü lap əməlli – başlı Xəzər rayonunun icra başçısı sayır. Bununla yanaşı, əməkdaşlarımıza edilən kobudluğu və sayqısızlığı da, xüsusiylə vurğulanmalıdır. Hər şey çılpaqlığı ilə ortada bəs – bəlli aydındır.

Elə Əkbər bəyin sözlərinə görə, o torpaqlar şəxsən onundur və orada istədiyini sökə və dağıda bilər : ” Bu torpaqlar mənimdir, siz gedin öz torpaqlarınızı ( Kəlbəcər rayonunu nəzərdə tutur) kim satıbsa ondan tələb edin. Məni bu vəzifəyə prezident qoyub. Gedin hara yazırsız yazın”

Hörmətli Əkbər müəllim, xatırlatmaq istəyirik ki,  Bələdiyyə sədri seçkilər vasitəsiylə təyin olunur. Prezident bələdiyyə sədrini yaxud da, onun müavinini təyin etmir. Bələdiyyə müavini, Bələdiyyə üzvlərinin yaradılmış komisiyyasının səs çoxluğu nəticəsində təyin olunur.

Məsələnin qaranlıq tərəflərini bilmək üçün bu dəfə Xəzər Rayonunun icra başçısının birinci müavini Vaqif Həsənovla əlaqə yaratdıq. Bizi qəbula çağırıb, icra nümayəndəliyindən kiminləsə birgə məsələni araşdırmağa yardımçı olacağına söz versə də, qəbula çağırdığı gün , həmin saatda birdən-birə bizimlə görüşdən imtina etdi. Telefonlarını isə söndürməklə kifayətləndi.

Daha sonra üz tutub yollandıq sözügedən ərazinin bələdiyyəsinə. Nə bələdiyyə sədrini, nə də, onun müavinini yerində tapa bilməsək də, bələdiyyə sədri Mahir müəllimlə telefon əlaqəsi saxladıq. Əvvəlcə salamlaşsa da, mətbuatdan olduğumuzu biləndə özünü Mahir müəllimin sürücüsü kimi qələmə verərək bizimlə danışmaqdan imtina etdi.

Araşdırmalarımız nəticəsində sözügedən şəxs, Kazımov Əkbərin Qala qəsəbəsində şəxsi tikdirdiyi mülkləri,restoranı var ki, bu torpaqların da heç birinin sənədi yoxdur.

Daha sonra şikayətçilərin istəyi ilə onlarla  görüşdük. Bu izləyəcəyiniz videoda 20 dən çox məcburi köçkünün şikayətçi olduğunu görəcəksiniz. Onların sözlərinə görə hər bir tikili üçün müvafiq qrumlara ,eləcə də, Bələdiyyəyə 350 manat ödədikdən sonra  ev tikməyə icazə  verilib. Verməyənlərin isə başına müxtəlif cür oyunlar açılıb. Bu təziqlərə məruz qalanlardan biri olan Mustafayev Bağbandır ki, onun evi "kon” vasitəsi ilə sökülərkən, Qarabağ veteranı olan qardaşı söküntü zamanı zədə alıb və xəstəxanada müvafiq dərəcəli xəsarətlərlə müalicə olunub.

Mustafayev Əjdər kişi, (şikayətçinin atası) bizi görüb üzünü tutdu kameralarımıza və öz ürək sözlərini danışdı. İllər əvvəl məcburi köçkün düşən bu insanlar hələ də öz torpaqlarının eşqiylə yaşayırlar. Bir vətənpərvər olaraq, elə öz dilləri ilə desək bir otaqlı komalarının üzərində belə Azərbaycan bayrağını dalğalandırır, Ulu Öndər Heydər Əliyevin xatirəsini ürəklərində gəzdirdikləri kimi , portretini də evlərində başlarının üzərindən əskik etmirlər .

Yazıda adı hallanan şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir.

Oxşar xəbərlər