İŞİD 3 minədək qaçqını girov götürüb

  • 05 avq 2016, 22:17
İŞİD İraqda 3 minədək qaçqını girov götürüb.  

BMT-nin avqustun 5-də yaydığı hesabatda belə deyilir.  Söhbət İraqın şimalında yerləşən Kərkük əyalətindəki əl Haviya rayonunun sakinlərindən gedir. Onlar yaraqlıların əlinə avqustun 4-də keçiblər.  Məlumatlara görə yaraqlılar 10-dan çox girovu edam ediblər. Müharibəyədək bu rayonda 400 minədək əhali yaşayıb.  Bu rayon İŞİD-in nəzarətindədir. 

Yerli sakinlər onlardan qaçmaq istəyirmişlər. Son 2 ildə İraqda azı 3 milyon yarım adam ev-eşiyindən didərgin düşüb./Azadlig.org/
Oxşar xəbərlər