Kaspixeber.az-dan sayt rəhbərlərinə “Ayı xıdməti” :RÜSVAYÇILIQ

  • 02 avq 2016, 22:20
"Kaspixeber.Az"... kimləri necədə tərs mindirir?

Azdan-çoxdan mətbuata aidiyyatı olan birisi kimi, inidiyədək çox nəsnələrin şahidi olmuşam: böhtanlar, şantajlar, mənasız təhdidlər və s. Hətta o dərəcədə ki, artıq şaşırmaq yox dərəcəsində...
Sayğılı oxucularımıza da məlum olduğu kimi, bir neçə müddətdir ki, Kaspixeber.Az-da fəaliyyətimizə paxıllıqla yanaşan, özlərinə və jurnalist etikasına sığışmayan tərzdə şər-şəbədə yazılar dərc olunub. Belə hal bəlkə şaşırdıcı deyil: təəssüf ki, özünü mətbuat sayan, arzuolunmaz bir sayt bizim ünvana qarşı çevrilib. Olsun, bu da onların hüquqlarından biridir. Amma,... Bu sayt şəxsən bəndənizin ünvanına olmazın böhtanları, şantaj, aşağılayıcı ifadələr və s.fikirli yazıları yayımlamaqla səiyyəsizlik nümayiş etdirir. Təsəvvür edin ki, yayımladığı yazıların hər cümləsi, hər sözü bir məhkəmə predmeti ola bilər. Sadəcə işsiz-gücsüz birisi lazımdır ki, bu yazıların və sayt rəhbərinin "boynuna ip salıb, fırlasın”. Nəticədə nə olar, olar deyib...Ya fırlanma nəticəsində bu saytın boş redaktoru anasının qucağına düşər, ya da "Nəşriyyata". Bəndəniz və ümumən redaksiyamız isə zaman və enerjisini daha da əhəmiyyətli fəaliyyətə xərcləmək yolundadır...

TÖVSİYƏ edək ki, bu saytın boş redaktoru adının sonuna ya soyadını, ya atasının adını ya da təxəllüs əlavə eləsin.Yoxsa mətbuatda ciddi olmayan biri özünü jurnalist adlandırırsa, ölsün yerə girsin - "əhsən"!!!

Bildirək ki, Kaspixeber.az-da yer alan yazılar onun tərəfindən yazılmadığı məlumdur. Belə "yazılara" öz saytında yer ayırmaqdan ötrü savadsızlıqla bərabər, əxlaqsızlıq da vacibdir. Həm də "bəs” deyincə. Bildiyimiz qədəri ilə həmin yazı müəllifinin özü bu sayaq pisliklərdən uzaq birisidir.
Demokratik.az saytı anlayır ki, mətbu cameədə məşhurlaşmaqdan ötrü adımızdan yararlanmaq nəticə verə bilər. Yəqin bu ehtimalı kaspixeber.az-da anlayıb.
Bu sayt hətta yazı müəllifinin narazılıqlarından sonra da yazıları öz oxunmaz səhifəsində saxlamaq kimi gülünc bir vasitədən çəkinmir. Jurnalistika bir yana, hətta təndir üstə qeybət edən ...lar da özlərini bunca gülüş obyektinə çevirməzdilər. Nə deyim, hər kəs bir əxlaq sahibidir, bir yolun yolçusudur... Yolun açıq olsun, kaspixeber.az!.
Bütün bu "özfəaliyyət”inlə təkcə özünü rüsvay etsəydin nə var idi ki, saytına da heyif...
Yuxarıda qeyd etiyim kimi, mən zamanımı və enerjimi dəyərləndirməyə çalışan birisiyəm. Narahat olma, sənin bir həmkarım vasitəsi ilə (Adını yazmağı uyğun bilmirəm.) mənə hansı təklifdə bulunduğunu da yazmayacağam.
Tənqiddən fərqli olaraq, təhqiri heç sevmirəm, o ki, ola həddini aşmış təhqir. Bunun bədəli ağır olur...
Kənan, sənin elədiyin hərəkətin adı başqadır. Düşünsən özün taparsan...
Bundan sonra bu mövzuya ayrılacaq zamanım yox, alacağın cavab, yazılanlar olacaq: nöqtəsinə, vergülünə kimi. Lazımı redaktələrlə. Bax beləcə: 

Demokratik.Az-dan kaspixeber-in sahibinin menyüsünə:

Bu günlərdə Demokratik.Az-a qara qüvvənin daha bir "qara daş"ı atıldı.Yaradıcılığında bəlli publisistika olmayan,özünün qeyri-ciddi media orqanında regionlarımızda fəaliyyət göstərən aşağı ranqlı məmurları, xüsusən də həkimləri, müəllimləri, kassirləri səviyyəsiz yanaşma ilə hədəfinə alan "həzrəti-jurney bir kaspixeber.az tərəfindən...

Oxuculara sayqılı davranıb milli domenli, lakin milli ruhsuz hansısa saytın sahibinin adını tapıb çəkməyəcəyik. Reklamına daha çox yol verməyək deyə. Fəqət, Demokratik.Az-ın və Osman Nərimanoğlunun ünvanına ağzına gələni yazan naşı sayt sahibinə "bir dayan" deyəcəyik. Axı bu biçarə anlamırmı ki, bizə qarşı qeyri-məntiqi yazı sərgiləməklə eybini oxucuların yanında birə-beş artırıb.Ya da ki, anlamırsınızmı ki, kimlərinsə ünvanına qarayaxma yazılar yayımlamaq hələ məsələlərin həlli demək deyil! Həm də sən Rzayev Osman Nəriman oğlunu tanımayan birisi, saytında xərclədiyin bu əxlaqı haradan almısan??? bizə qarşı iddia edirsən ki, guya haqqın yanındasan? Sən özlüyündə bir BOŞ-redaktor kimi dövlətçiliyin və milli maraqların yanında olmadığının fərqində deyilsənmi? İddia edirsən ki, güya kişisən, bəlkə balvansan?  Sən harada doğulmusan? Sən kimsən??? Saytında adını niyə gizlətmisən?

Nə edirsən??? Budur, sənin özfəaliyyətin?

Tezliklə əmin olacaqsan ki, mənim şəxsi maraqlarım səndən fərqli olaraq jurnalist adımı əsla üstələməyib.İnanıram ki,son cümləmi oxuyan hər kəs səni indilik ayırd edə biləcəklər. Saytlarda "qarşıma çıxıb" deməklə özünə aid olmayan, fakt-həqiqət bildiyi hansısa-kiminsə yazdıqlarını kopibas edən də, saytında yayımladığın yazıda olduğu kimi, "əmi" deyib vağzal rəisindən pul alan da öz namusunu yesin!!! Nə deyək, yazıq sənin kaspixeber.az-ına...

 

Demokratik.Az

Oxşar xəbərlər