“Space” TV-nin“qara qız” ı işdən qovuldu

  • 23 iyul 2016, 18:11
Demokratik.Az bildirir ki,"Space” televiziya kanalında hava proqnozunu təqdim edən qaradərili xanım artıq işdən uzaqlaşdırılıb.
 
Bu barədə "Space” telekanalından məlumat verilib. Bildirilib ki, Tendai Shereni artıq televiziyada çalışmır.
 
Qeyd edək ki, "Azərbaycan” qəzeti "Space” televiziya kanalında hava proqnozunu qaradərili qadının təqdim etməsi barədə məqalə dərc edib. "Afrikadan gəlmiş "Azərbaycan gözəli” adlı məqalədə kanal bu seçiminə görə tənqid olunub."Qara qız" ın işini itirməsi həmin məqalədən sonra reallaşıb.
 
Demokratik.Az
Oxşar xəbərlər