Daxili İşlər Nazirliyinə yeni rəis təyinatı

  • 13 iyul 2016, 09:26
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinə yeni rəis təyin edilib.
 
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışmış polis polkovniki Arzu Daşdəmirov baş idarənin rəisi təyin edilib.
 
Daxili İşlər Nazirliyindən APA-ya məlumatı təsdiqləyiblər.
 
Qeyd edək ki, Baş Cinayət Axtarış İdarəsinin rəisi olmuş Emin Şəkinski bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Oxşar xəbərlər