Bakıda bomba həyəcanı - Foto

  • 04 iyul 2016, 10:34
Heydər Əliyev prospektində axşam saatlarında maşınların hərəkəti dayandırılıb.

AzNews.az bildirir ki, həmin ərazidəki görəvli şəxslərdən əldə etdiyi məlumata görə, hərəkətin dayandırılmasına səbəb bomba həyəcanı olub. Belə ki, polisə zəng edərək prospektdəki körpüyə bomba qoyulduğu məlumatı verilib.
 
Bu səbəbdən də əraziyə FHN əməkdaşları, təcili yardım maşınları və polislər təhkim olunmuşdu.
 
Bir saatlıq axtarışın nəticəsində ərazidən heç nə tapılmayıb. Daha sonra 4 sıralı yolun üzərində avtomobillərin gediş-gəlişinə icazə verilib.
 
Demokratik.Az
Oxşar xəbərlər