Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:26 - 19.09.2018  
Göygöl rayonunda GENERALLARIN “NÜFUZ SAVAŞI” (birinci yazı)
Tarix: 6-03-2018, 10:38 | Bölmə: Xəbərlər » Ölkə içi

OLİQARXİYANIN ARİF SEYİDOV FİQURU  - KATALİZATOR, AVANTÜRİST VƏ İŞĞALÇI MƏMURUN ÇİZİLMİŞ PORTRETİ - (birinci yazı)

Azərbaycan hakimiyyətində hər məmurun öz yeri, öz çəkisi var. Ancaq ifadəm kobud səslənsə də bu hakimiyyəti təmsil edən nisbətən aşağı ranqlı məmurlar bəzən yüksək çinli məmurların  rolunu oynamaqdan çəkinmir, mahiyyət etibarilə isə sonda yeni məmur qalmaqallarına yol açırlar. Onsuz da iri klanlar arasındakı mövcud ”nüfuz savaşları"nda birbaşa katalizator rolunu oynayırlar.

Bir çox təfəkkür sahibləri Azərbaycanda Oliqarxların savaşının bitmək üzrə olduğunu düşünsələr də mən bu fikirdən xeyli uzağam. Yəni məncə hansısa fövqəl qüvvənin digəri üzərində qazandığı "zəfərlərə” də daimi qələbə demək ən azı ağılsızlıqdır. Digər tərəfdən, Azərbaycanda kifayət qədər geniş nüfuza və xüsusi cəkiyə malik səxslər var ki, həqiqətdə mövcud hakimiyyəti onlarsız düşünmək mümkün deyil. Bunlardan Prezidentin icra aparatının rəhbəri cənab Ramiz Mehdiyev, Daxili İşlər naziri cənab Ramil Usubov, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov, Prezidentin mühafizəkarı cənab Bəylər Eyyubov, Ədliyyə naziri cənab Fikrət Məmmədov, parlamentin spikeri cənab Oqtay Əsədov, Baş prokuror Zakir Qaralov, və bu qəbildən bir çoxları ilk yada düşən simalardır. Adiçəkilənlər arasında da kəskin "qütbləşmə” hələ mərhum Heydər Əliyev hakimiyyətinin ilk illərindən mətbuat vasitəsilə tirajlanırdı. Bu qütbləşmə isə normaldır və normal da qəbul edilir. Əvvəldə də qeyd etdiyimiz kimi, kiçik məmurların harada yer alacaqlarını və bütövlükdə onların fəaliyyət profillərini elə qütbləşmə təyin edir (müəyyən istisnalar olmaqla). Hazırki şəraitdə Oliqarxların ən kəskin mübarizəsi ölkədə bölüşdürdürdükləri əraziyə nəzarət mexanizmlərinin daha da möhkəmləndirilməsi üzərində qurulub. İlk öncə isə onların hər biri birinci şəxsə daha sadiq olduğunu hələ də isbat etməyə çalışmaqdadır.

                    Oliqarxların mübarizəsi bölgələrdə daha çox hiss olunur

Paytaxt Bakıdan fərqli olaraq ölkənin əksər bölgələrində bu hal xüsusilə sezilməkdədir. Tez-tez oliqarxiya savaşlarının poliqonuna çevrilən Qərb bölgəsi də bir neçə klan arasında bölüşdürülüb desək yəqin ki, doğru olar. Bölgənin Şəmkir, Qazax, Gədəbəy rayonlarına ötən ilədək sabiq Vergilər Naziri Fazil Məmmədov nəzarət edirdisə, Tovuz və Ağstafa rayonu hələ də General Ramiz Zeynalovun nüfuz dairəsindədir. Gəncə şəhəri, Daşkəsən və Göygöl rayonu isə tam əminliklə deyə bilərik ki, Bəylər Eyyubovun şəxsi kurasiyasında, nəzarətində, diqqətindədir. Son 10 ilə nəzər salsaq təkcə Göygöl rayonunda baş verənlərdən anlarıq ki, bölgənin əksər rayonlarında məsələ çox ciddidir.

Göygölün hazırki icra başçısı A.Seyidovun başçi təyınatından az öncə, yəni əvvəlki icra başçısı V.Hacıyevin (hazırki İmişli İcra Hakimiyyətinin başçısı-red) dövründə rayonunun nazir kuratoru Kəmaləddin Heydərov olub. Məhz həmin illərdə K.Heydərov rayonda bir sıra xeyriyyə və quruculuq işlərilə məşğul olub. Rayon məscidinin inşaasında yaxından iştirak edib, bir çox işsiz gəncin işlə təmin olmasına da şərait yaradıb. O, özünün maliyyə imkanlarını rayonun sürətlə abadlaşdırılmasına yönəldib. Fövqəlnazirin həmin illərdə tez-tez rayona gəlişi, gördüyü müsbət işlər yaddaşlarda qalıb. Sakinlər hələ də danışırlar ki, rayona qayğıkeşlik indiyədək K.Heydərovda olsa idi o, bu rayonda daha çox xariqələr yaradardı. Göygöl indiki halından daha gözəl şəkil alardı.

Qeyd etmək yerinə düşər ki, hazırda ölkə futbol komandaları sırasında ilk sıralamada olan "Qəbələ" FK-da nazirin qayğısı ilə Göygöl rayonunda formalaşıb, inkişaf edib, ilk adı da məhz "Göygöl" olub. Lakin sonradan futbolçulara arxa çevirməyən Heydərov komandasını Qəbələyə köçürüb.  

            "Xanların bağında üzüm var"!

Hələ Sovetlər birliyi dönəmində Göygöl (Xanlar) rayonu üzümçülük və şərabçılıqla məşhur olub. Müstəqillik illərində isə üzümçülük infrastrukturu dağıdılaraq sıradan çıxarılıb. Yalnız 2000-ci ildən sonra rayonun real imkanları nəzərə alınaraq, yeni üzüm bağlarının salınmasına başlanıb. Həmin illərdə isə bu kimi məqsədyönlü layihələrdə Kəmaləddin Heydərovun iştirakı qaçılmaz olub və nazir üzüm bağlarının salınmasına girişib. Həmin illərdə nazir şəxsi nəzarətində olan "AQRO-AZƏRİNVEST” MMC-nin fəaliyyətini də genişləndirərək rayonun Hacıməlik yolu ətrafındakı hektarlarla torpaq sahəsində üzüm bağı saldırılıb. Bağda müxtəlif növ üzüm sortları əkdirib. İndiyədək xeyli sayda işsiz rayon sakinləri həmin bağda işləyib yüksək maaş almaqdadır. Məlumata görə, həmin üzüm bağı fövqəlnazirə bir o qədər də vacib əhəmiyyətə malik deyil. Sadəcə orada çalışan insanların dolanışığı xatirinə nazir müəssisənin fəaliyyətinə illərdir ki, süni nəfəs verir. 

Demokratik.Az-ın məlumatına görə, hektarlarla ərazinin adıçəkilən MMC-nin mülkiyyətinə verilməsində rayonun sabiq icra başçısı Vilyam Hacıyevin xüsusi təşəbbüsü olub. Və iki məmur arasındakı "isti münasibətlər" kimlərinsə xoşuna gəlməyib. Beləliklə, fövqəlnazirə qarşı rayonda ”nüfuz savaşı” başlayıb.

Bildiyimiz kimi, Gəncə-Göygöl yolunun kənarı da 80-ci illərədək üzüm bağı olub. Müstəqillik illərində nədənsə oralar da dağıdılaraq məhv olub. Həmin ərazini də diqqətindən qaçırmayan fövqəlnazir həmin geniş torpaq sahəsini də özəlləşdirməyə, üzüm bağı salmağa cəhd göstərib. Lakin alınmayıb. Çünki həmin əraziyə sahiblənən Bəylər Eyyubovla aralarında böyük qalmaqal yaşanıb. Nəticədə Heydərov Eyyubovun rayona nüfuzu qarşısında aciz qalıb. Həmin mübahisəli torpaq sahəsində də sonuncuya məxsus "Göygöl Şərab Zavodu"nun ixtiyarına verilməklə geniş üzüm bağı salınıb. Fövqəlnazirin əli Göygöldən üzüldükdən sonra abadlıq-quruculuq maraqlarını Qəbələdə reallaşdırmağa başlayıb. Hazırda Qəbələ ölkəmizin ən dilbər güşələrindəndir və bura fövqəlnazirin abadlıq-quruculuq zövqünün və biznes imperiyasının forpostu sayılır. Qeyri təsadüfdür ki, Qəbələ rayonunun deputatı da fövqəlnazirin atası cənab Fəttah Heydərovdur.          

  Xatırladım ki, 2005-ci il deputat seçkilərində Göygöl rayonuna deputat seçilən Rövşən Rzayev olub. Eyyubovun yaxın qohumu olduğu deyilən bu deputat düz üç dəfə bu rayondan mandat əldə edərək milli məclisdə əyləşib. O zamanki icra başçısı Vilyam Hacıyev isə icra başçısı kimi cəmi bir il işləyib və 2006- cı ildən Samux rayonuna dəyişdirilib.

Məlumata görə, V.Hacıyevin rayondan tezliklə çıxarılmasında öz əmisi oğlu, "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyevin də "müstəsna” xidmətləri olub. Görünür ki, Hafiz Hacıyevin fədakarlığında Bəylər Eyyubov klanının tapşırıqları dayanıb. Məqsəd isə yəqin ki, həmin ərəfədə Vilyam Hacıyevin və fövqəlnazirin rayona təsir imkanlarının məhdudlaşdırılması imiş. Bildirək ki, efirdəki sərsəm çıxışları zamanı özünü cəmiyyətə kasıb kimi, yoxsul kimi təqdim edən məşhur siyasətçi həmin illərdə Göygöl-Mollacəlilli yolunun astanasında hektarlarla torpaq sahəsi üzərində "ASR" adlı şirkətinin inkişafı ilə məşğul olub. Prezidentliyə namizəd hazırda həmin şirkətdə maldarlıq təsərrüfatı ilə məşğul olur. H.Hacıyev həftəsonu Göygöldəki evinə gələrək şirkətindəki işlərə şəxsən nəzarət edir.      

 Deyilənlər "fövqəlnazir zəifdir!” demək deyil

Oliqarxlar arasındakı mübarizə sonucu hansısa birinin son həddə "nüfuz savaşı”ndan uduzaraq çıxması artıq məlumdur. Bunu zaman-zaman nazirlərin timsalında da görürük. Bəlkə bir zamanlar iqtisadiyyatımızı "ağ günə çıxaran” Fərhad Əliyevi, səhiyyəmizin milyarder, "Qərbi azərbaycanlı” klanının başçısı Əli İnsanovu unutmuşuq?. Elə dünən MTN nazirinin minbir fırıldağı ortaya çıxıb və ”ELDARQEYT” qalmaqalı kimi gündəmimizi hələ də zəpt edib. Təbii ki, bütün bunlar uca dövlətimizin onlara verdiyi yetkini, səlahiyyətləri şəxsi maraqları fonunda istifadə etdikləri ucbatından baş verib. Xoşbəxtlikdən bu yazımda adlarını çəkdiyim nüfuzlular dövlətimiz və dövlətçiliyimizin keşiyində ayıq-sayıqlıqları ilə seçilirlər, möhtərəm prezidentimizə sadiqlikləri də danılmazdır. Fövqəlnazir Kəmaləddin Heydərova gəldikdə, hamı artıq bilir ki, bu adın güclülər, inamlı iri məmurlarımızın sırasında özünəməxsus yeri var. Adını çəkərək nə onun şəninə təriflər yağdırmaq, nə də tənqid etməyi düşünmədim. Sadəcə bir neçə vacib məqamlara aydınlıq gətirək.

Mərhum Heydər Əliyevin hələ sağlığında K.Heydərov öz çevik bacarığı ilə seçilirdi. Məsul DGK sədri vəzifəsində çalışarkən məmur əlaqələrini və maliyyə imkanlarını da bacarıqla genişləndirirdi. Özünəməxsus etibarilə seçilən Heydərov vəfalı dostları seçməkdə də yanılmırdı. Gömrük Komitəsində birgə çalışdığı hazırki GK-sədri Aydın Əliyevə həmin postu da məhz o transfer edib. Zamanında yaxın dostlarından hesab olunan Vergilər Naziri Fazil Məmmədovun da karyera yüksəlişini Kəmaləddin Heydərov isminə bağlayanlar az deyil.

Fövqəladə Hallar Nazirliyi sonradan yaranmış olsa da hazırda əsl söz sahibinə çevrilmiş müstəsna səlahiyyətli bir qurumdur. Etiraf olunmalıdır ki, o öz növbəsində bütün işlərinin öhdəsindən lazımınca, layiqincə gəlib. Hazırda ölkənin bir neçə rayonunda iri şirkətlər, gəlirli bir sıra ticari obyektlər, holdinqlər onun ixtiyarındadır. Təbii ki, bəzən digər oliqarxlarla müqayisədə K.Heydərovun hakim siyasi elitada xeyli zəif görünür. Bəlkə onu nüfuzdan salmaq üçün digərləri elə buna çalışır?..Sizcə necə, doğrudanmı K.Heydərov bu qədər zəif görünür???...Bu suallar ətrafında düşünməyə dəyər.

Yuxarıdakı faktlardan da görünür ki, adıçəkilənin çapı da, çevrəsi də olduqca böyükdür. Fövqəlnaziri sevənlər narahat olmaya bilər, çünki o fövqəl gücü ilə elə də zəif deyil...

Bəylər Eyyubov haqqında da ancaq xoş sözlər deməliyik. Ağsaqqal general dövlət və dövlətçiliyimizin nümunəvi keşikçisi, mərhum prezidentimiz Heydər Əliyevin və hazırki prezidentimiz cənab İlham Əliyevin can güvənliyini layiqincə təmin edib. Öz canını tərəddüd etmədən Əliyevlərə fəda etməyə hər zaman hazır olub.

Təbii ki, yuxarıda qeyd etdiklərim hər iki DÖVLƏT ADAMInın biznes maraqlarındakı qalmaqalları ilə əlaqəlidir.

              Göygöl rayonuna Arif Seyidovun başçı təyinatı

2006-cı ilin əvvəllərində V.Hacıyevin Göygöldən Samux rayonuna yerdəyişməsi Arif Seyidovun anidən Göygöl rayonuna başçı təyinatı ilə nəticələndi. Sonuncu əvvəllər bu rayonun Vergi İdarəsinin rəisi vəzifəsində çalışıb. Danışılır ki, Seyidovun püxtələşməsində Göygölün sabiq icra başçısı Əli Mustafayevin az rolu olmayıb. Vergi sahəsində çalışarkən hazırda ömürlük həbsdə olan Şəmsi Hacıyevlə dostluq əlaqəsi qurub və araq maqnatının vergi qaranlıqlarını həll edib. Məsul və bacarıqlı vergi işçisi kimi sabiq nazir Fazil Məmmədovla şəxsi tanışlığı və dostluqları da olub. Hazırki vəzifəyə yiyələnməsi üçün onu ölkə başçısına kimin və ya kimlərin təqdim etməsinin elə də önəmi yoxdur. Ancaq danılmaz faktdır ki, general Bəylər Eyyubov əvvəlcədən Göygölə başçı təyinatı üçün A.Seyidova "yaşıl işıq” yandırıb, ona öz xeyir-duasını verib. Məlumat olaraq qeyd edim ki, Eyyubovun Göygöl rayonuna xüsusi marağının səbəbi ailə üzvlərinin və yaxın qohumlarının bu rayonda yaşamaları olub. Təbii ki, ailə bağları və qohumluq əlaqələri bu rayonda baş verən bütün proseslərə qarşı Bəylər Eyyubovun həssas yanaşmasına gətirib çıxarıb. Bu mənada, general kimin bu rayonda başçı işləyəcəyini və necə işləyəcəyini qeyri-rəsmi təyin etməyə daim maraqlı olub. Məhz bu fikir Arif Seyidovun niyə 10 ildir ki, rayon İHB başçısı işləməyə macal tapması sualına da aydınlıq gətirir. Seyidovun əslən Qərbi Azərbaycanın Vedibasar bölgəsindən olması da onun karyera yüksəlişi üçün təsadüfə oxşamır.

A.Seyidov hələ bu kürsüyə təyinat almazdan əvvəl onun namizədliyi barədə müzakirələr aparılıb. Rayonda şaiyyələr dolaşır ki, Seyidovun Göygölə rəhbər təyinatında general Bəylər Eyyubovun qardaşı oğlu,12 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahin Eyyubovun xahişi də nəzərə alınıb. Arif Seyidovun özünün Vedibasardan olması isə Eyyubov klanının diqqətini çəkən ilkin səbəbdir. Təsadüf ola bilməz ki, bu gün elə Göygöl xanədanının İHB-də özünə gormalaşdırdığı komandasında öz həmyerliləri kifayət qədərdir və əsas söz sahibi də məhz onlardır. Rayonun torpaq paylanışları da elə vəzifə bölgüsü kimi Seyidovçular arasında bölüşdürülərək əməllicə talanıb. 15 ilə yaxındır ki, Seyidovun dirijorluğu ilə bir marionetkaya çevrilmiş və öz müstəqilliyini tam itirmiş şəhər bələdiyyəsinin sədri Mikayıl Hacıyev perspektiv fond torpağını ata-baba mülkü kimi "varlılara ÇOX, kasıblara YOX" prinsipi ilə xırıd edib. Son illərdə torpaqların satışını yavaşladan Arif Seyidovun "yerli torpaq islahatları ədalətli araşdırılsa müsibətlər rəsmən ortaya çıxa bilər. Seyidovun "torpaq baronu" Mikayıl Hacıyev isə üzə çıxacaq ilk günah keçisidir...(yazının ardı növbəti həftə yayımlanacaq) 

Osman Nərimanoğlu

Demokratik.Az

Xəbər 9813 dəfə oxunub






Oxşar xəbərlər

40 yaşlı qadını restoranda zorladılar – Bakıda
Çin ABŞ dövlət borcuna yatırımı azaltdı
Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?
Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
"Xətai" metrosu bağlanacaq - Vaxtı bilindi
Sirri açılmayan Pasxa adası – FOTO
Avstriyanın vitse-kansleri Azərbaycandadır
Aya uçacaq ilk turist - 42 yaşlı milyarder kimdir?
Qələbə bayrağımızı Xankəndinə əsgər Heydər Əliyev asacaq
Müharibə başlasa... - Qarabağın kimə qalacağını Putin deyəcək?
Əli Həsənov yazır: “Paşinyan o sərvətdən öz şəxsi payını istəyir…”
Prezident milli qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı
"Kəmaləddin Heydərovun səhhəti barədə yazılanlar şayiədir" - Füzuli Musayev
ZİYA MƏMMƏDOV HƏBS OLUNMALIDIR, AMMA… – 700 milyonluq “səhv” və cəzasızlıq…
Azad seks
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Tramp "Suriya məsələsi"nə" nöqtə qoyacaq
Evləri çılpaq təmizləyən qadın sərvət qazanır — FOTOLAR (18+)
Prezident səfiri və 6 əməkdaşını işdən qovdu
Rus müğənnisi Dima Bilan avtoqəzaya düşdü
Şimali və Cənubi Koreyanın rəhbərləri DİALOQ edib
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
BÜRCÜNÜZ NƏ DEYİR – 18 sentyabr
Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb
Ərdoğan Merkellə görüşə 8 qovluqla gedəcək
Cüdo millimizin heyətində dəyişiklik edildi – ADLAR
Gəncədə qəbiristanlıqda işləyən qadın döyülüb
VƏTƏNDAŞLAR POLİSƏ TƏŞƏKKÜR EDİR
Sahil Babayev əhalinin məşğulluğundan danışıb
Şəbnəm Tovuzlu Aşuradan danışıb - "Matəmimi tutacağam"
XİN sözcüsünə PA-da yüksək vəzifə verildi
İranda Xəzər dənizinin adını dəyişdirirlər
ERMƏNİLƏR ÜZEYİR HACIBƏYOVU BELƏ ÖLDÜRÜB! - VİDEO
Avstriya kanslerinin müavini Azərbaycanda səfərdədir
Gözlənilən 2020-ci il böhranında ABŞ-ın rolu və…
18 sentyabr – Milli Musiqi Günüdür
Kəmaləddin Heydərov şəkərdən əziyyət çəkir - parada ona görə gəlməyib
Tədris ili və Bakının tıxaclı günləri başladı
"Ələt Azad İqtisadi Zona"sı barədə sərəncam imzalandı
“Ermənistan son günlərdə 4-5 hərbçi itirib...” - RƏSMİ
ŞOK OLAY! - Təhsil Nazirliyinin Gəncə ƏMHM-in möhürü və direktoru "yoxa çıxıb" - NİYƏSİ
Şəhərin mərkəzində qızların sinəsində şəkil çəkdi – VIDEO
Əsgər Heydər Əliyev and içdi - VİDEO
111 yaşlı kişinin hələ də məşq edir - FOTO
Gürcüstan Ermənistanın blokadasını gücləndirdi
Bu dərman insan həyatı üçün təhlükəlidir
Trampdan Ukraynadan üzr istəmək tələb olundu
Ərdoğan və Putindən birgə bəyanat - VİDEO (YENİLƏNİB)
ULDUZ FALINIZ – 18 sentyabr
“Soçi görüşü bölgə üçün daha fərqli bir ümid yaradacaq”
Ekspertdən kreditlərlə bağlı vacib açıqlama
İnam Kərimov Gəncədə - ADAU-da yeni dərs ilinin açılışında olub
Azərbaycana payız fəsli nə zaman gələcək?
18 yaşlı tələbə qız ölkə gözəli oldu - FOTO
Fikrət Qocanın nəvəsi Heydər Əliyevlə birgə hərbi xidmətdə - VİDEO - FOTOLAR
Fövqəlnazirin yeznəsi DGK-da işdən çıxarıldı
Ağstafada ŞOK olay - iki maskalı avtomatdan atəş açdı və...
Türkiyədə “Resmi Gazete” bağlanıb
16 yaşlı gənc su quyusuna düşüb öldü
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
İlham Əliyev Çilili həmkarına təbrik məktubu göndərib
“Ruhla danışırdı ki...” – Dediyi vaxtda ölən əməkdar artistin qardaşı DANIŞDI – VİDEO
Türkiyəli qonaqlar Diasporla İş üzrə KOMİTƏDƏ
ADAU-nun elmi şurasında dərs ilinə hazırlıq müzakirə edilib
Xətaidə soyğunçuluq edən qohumlar saxlanılıb
Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
Bank Respublika nağd kreditlər üzrə faizləri endirdi
Elçin Quliyevin oğlu da hərbi xidmətə getdi
İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11146] initstartout [0.00013] initstartin [0.00055] calstart [0.00731] calend [0.00043] topnewsend [0.00320] rsssend [0.00000] ehgend [0.00590] tagsstart [0.00046] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09345]