Demokratik TV
Xəbər lenti
Bugün Elçibəyin doğum günüdür
- 24 iyun 2016, 09:55
Bu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri, AXC-nin qurucularından biri Əbülfəz Elçibəyin 78 yaşı tamam olur.
Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvan mahalının Ordubad rayonunda Kələki kəndində dünyaya göz açıb. O, bir sovet dissidenti olaraq Azərbaycanın müstəqillik qazanmasında rol oynamış önəmli şəxsiyyətdir.
Elçibəy 72 illik kommunist əsarətindən sonra müstəqillik qazanmış Azərbaycanın seçkilərlə, xalq iradəsi ilə seçilən ilk prezidenti olub.
Onun prezidentliyi dövründə bir sıra tarixi nailiyyətlərə imza atılıb: sovet qoşunları ölkədən çıxarılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb və s.
1993-cü ildə Gəncədə qaldırılmış hərbi qiyamdan sonra postunu tərk etməyə məcbur olan Elçibəy 4 il doğma kəndi Kələkiyə gedib.
Maraqlıdır ki, 24 iyun həm də Elçibəyin prezident səlahiyyətlərinin parlamentdə əlindən alındığı gündür. Bundan sonra onun Bakıya yolu bağlandı.
1997-ci ildə Bakıya qayıdan Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu Gülhanə xəstəxanasında vəfat edib.(musavat.com)
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Fərəc Quliyev: "Əbülfəz Elçibəy əmr verdi və..."
Elçibəyin qardaşından Mütəllibova cavab: “O, gündəmə gəlmək istəyir”
Məhəmməd Əmin Rəsulzadənin vəfatından 61 il ötür
Elçibəylə bağlı 24 illik sirr açıldı
Əbülfəz Elçibəyin villası- FOTO
Bakının məşhur qonaqları: Marqaret Tetçer Bakıdan qiymətli hədiyyə apardı - FOTOLAR
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti