Elmar Vəliyev "sərəncam"la oynayır

  • 22 iyun 2016, 14:58

 Gəncənin İcra Hakimiyyəti orqanlarının vətəndaşlara satdığı torpaqlara mülkiyyət hüququ niyə verilmir?

 

Hələ bir neçə gün öncə Gəncədə torpaq dəllallarının mövcudluğunu, bu şəbəkəyə torpaq baronluğu edən sabiq Nizami r,İHB başçısı Məharət Mustafayevin yeni vəzifəyə təhlükəli dönüşünü yazmışdıq.(Gəncənin "torpaq baronu”geri qayıdıb)

Artıq sirr deyil ki,Gəncə"xanı"nın öziradi-idari metodları gəncəlilərin bir çoxunu bezdirib. Demokratik.Az-a daxil olan yeni məlumatlara əsasən Elmar Vəliyevin özbaşınalığı özünün pikk həddinə çatıb.Belə ki,o gəlişindən bəri 100 hektarlarla torpaq sahəsinin idarə olunmasına sərəncam imzalayıb.Şəhərdə mövcud torpaq sahələrinin qeyri-qanuni olaraq talanmasına şərait yaradıb.Redaksiyamıza daxil olan bilgilərdə bu barədə çoxsaylı iddialar yer alır.Araşdırmalarımızın nəticəsinə əsasən deyə bilərik ki,şəhərin müxtəlif ərazilərində vətəndaşlara paylanan torpaq sahələrinin verilməsində şəhərin Nizami və Kəpəz rayon İHB başçılarının imzalarına rast gəlinir.Amma həmin imzalar Elmar Vəliyevin iradəsindən kənar çəkilməyib.Bu prosesin tərəfdarları baş verənləri şəhərinərazisinin genişləndirilməsinə,sürətlə artmaqda olan əhalinin ev tikmələrinə şəraitin dolayısıyla yaradılması kimi yozurlar.Digər tərəfdən,axı insanlar aldıqları torpaq sahələrindən aidiyyəti üzrə düzgün istifadə edəbilmirlər.Axı küllü miqdarda pul verib torpaq alan zavallı zümrə əlində olan sənədlə"bu torpaq mənim mülkiyyətimdədir"deyə bilmir.Səbəb isə bəllidir.Gəncənin İcra Hakimiyyəti orqanlarının vətəndaşlara sərəncamlarla sırıyıb-satdığı torpaqlara mülkiyyət hüququ verilmir. Niyəsinə gələk...

Sənədlərdətorpağın fərdi yaşayış evi üçün nəzərdətutulması qeyd olunsa da,müvafiq qurumlar vətəndaşların mülkiyyət hüquqlarını tanımır,DövlətƏmlak Komitəsi isəİHB başçısının verdiyi sərəncamı qəti şəkildərədd edir və belətorpaqlara çıxarış sənədləri vermir. Bu isəöz növbəsində minlərləvətəndaşın kommunal xidmətlərdən və qeydiyyat prosedurlarını icra etməkdən məhrum edir. Qeyri-rəsmi mülkiyyətçilər isə daim narahatdır ki,Elmar Vəliyev dəyişsə,torpaq sahələrinə verilən sərəncamın aqibəti nəcəolacaq?

Demokratik.Az bu"çətin"suala Elmar Vəliyevin rəhbərlik etdiyi Gəncə ŞİH-dəcavab axtarsa da tapa bilmədi.Yəni suallarımız elə sual olaraq da qaldı.Qurumun hansısa rəsmisi fikir bildirmək istəmədi.Demokratik.Az məsələ ilə əlaqədar tanınmış hüquqşünas,hüquq müdafiəçisi Qurban Məmmədovun da fikirlərini öyrənib.Ümumiyyətlə,Gəncə İHB tərəfindən sərəncam əsasında vətəndaşlara torpaq verilməsinin hüquqi əsaslarına aydınlıq gətirməyə çalışıb.

Qurban Məmmədov: "Bildirirəm ki,Gəncə İcra Hakimiyyəti başçısının kiməsə torpaq satmaq,ümumiyyətlə bu məqsədlə torpaq üzərində sərəncam vermək səlahiyyəti yoxdur.Çünki ilk öncə İcra Hakimiyyətlərinin mülkiyyətində torpaq yoxdur.1999-cu il yanvarın 5-dən etibarən İH tərəfindən torpaqların satılmasına son qoyulub və bu səlahiyyətlər yerli özünüidarə qurumlarına(bələdiyyələrə)verilib.Gəncədə baş verənlər tamamilə qanunazidd addımlardır.Məlumatım da var ki,bələdiyyə deyilən qurum Gəncədə bir qarış belə torpaq sata bilməyib.Buna süni əngəllər təbii ki,var.Elmar Vəliyev və digər başçılar da yaxşı olar ki,imzaladıqları sərəncamlara hörmətlə yanaşıb,səlahiyyətlərindən kənara çıxmasınlar".

Məlumatçün onu da bildirək ki,Elmar Vəliyev Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovla da qudadır.Məlumata görə,Gəncə"xanı"bu qohumluq əlaqəsindən və öz nüfuz dairəsindən istifadə etməklə ortada olan sənədləşmə problemlərinin həllinə dəfələrlə cəhd edib...Nail olmasa da...

 

Osman Nərimanoğlu

Demokratik.Az  

 

Oxşar xəbərlər