Gəncənin “torpaq baronu” geri qayıdıb

  • 17 iyun 2016, 15:20
            Elmar Vəliyevin maraqları Məharət Mustafayevin məharətləri ilə üst-üstə düşür?
Azərbaycan reallığında icra hakimiyyəti başçılarının özlərinə xas avtobioqrafiyaları barədə dövrü mətbuatda çox məqalələr yazılıb,çox sözlər deyilib.Lakin bu gün Gəncədə baş verənlərdən belə anlamaq olar ki,icra başçıları sırasında prezident cənab İlham Əliyevin ən etibarlı kadrı hesab edilən Elmar Vəliyev yazılan və yazılmayan bütün qayda-qanunları heçə sayır,öz şəxsi maraqlarını,zəruri dostluq münasibətlərini həmişə öndə tutur.Hətta bir çox halda cənab Vəliyev öz jestləri ilə Gəncənin tarixi inqilablar şəhəri olduğunu da,bu şəhərin spesifik xüsusiyyətlərini də deyəsən ”unudur”.Əgər belə olmasa idi,sizcə öz qeyri-etik davranışları ilə Gəncə ş.Nizami rayon İHB başçısı vəzifəsindən iki il öncə qovulmuş biri yenidən mühüm vəzifəyə təyin olunardımı?Sizcə belə olmasaydı,prezidentin etimadına dönük çıxmış Məharət Mustafayev hələ də Gəncədə at oynadardımı?Bu suallara cavab aramaq və tapmaq üçün hər halda Elmar Vəliyevin "sayqılı dostu”və etibarlı kadrının kim olmasına aydınlıq gətirilməlidir.
                                           Məharət Mustafayevin "qara kölgəsi
Məlumatlara görə,bu şəxs gənc yaşlarından əmək fəaliyyətinə başlayıb.90-cı illərdə Goranboyda məclislərin birində Amerikada mühacirətdə olan Rəsul Quliyevin Ağa Əkbərova xahişi ilə rayonda kolxoz sədri təyin olunub.Bu minvalla Goranboy batalyonunun komandiri Rasim Əkbərovun illərlə himayəsinə sığınıb.Sonradan Rasim Əkbərovun həbsi Mustafayevin bu ailə ilə əlaqələrini qırıb.Deyilənlərə inansaq,hətta M.Mustafayev istintaq dövründə sabiq komandirlə dostluğunu gizlədib,onun əlehinə ifadələr verməklə karyerasında ilk "hiyləyə”də əl atıb.İfadələrindən biri kolxoz üçün ayrılan UAZ(vilis)maşınının güya zorla Rasim Əkbərovun silahlıları tərəfindən əlindən alınmasına dair olub.Halbuki həmin maşını Mustafayev özü Əkbərova hədiyyə edibmiş.Rəsul Quliyevlə dostluğuna gəlincə isə,Məharət Mustafayevin hələ də sirr saxladığı məqamlardan biri elə budur...O daha sonralar ərazi kənd təsərrüfatı idarələrində postlar tutub.Ən məhsuldar karyerasına Yevlax rayon torpaq şöbəsinin müdiri olması ilə başlayıb.Bu vəzifədə olarkən Yevlax rayonundakı mövcud torpaq sahələrini təyinatından asılı olmayaraq kütləvi şəkildə "talayıb”.Torpaq dəllallığındakı məharətli hərəkətləri Elmar Vəliyevin həmişə diqqətində olub.Təbii ki,sonuncunun Gəncəyə gözlənilən başçı dəyişikliyi Mustafayevin Gəncədə layiq olmadığı daha yüksək posta gətirdi.Hələ bu təyinatdan çox əvvəl Gəncə ş. Nizami rayonuna məhz Mustafayevin təyin olunacağı barədə məlumatlar yayılmışdı.Səbəb kimi də onun Elmar Vəliyevlə dost olması əsas gətirilirdi.Gəncədə başçı işlədiyi dönəmdə Məharət Mustafayevi daha çox "torpaq baronu”timsalında görürdülər.Həqiqətən də bu missiya ona daha çox yaraşdı.Məhz onun sayəsində hazırda Gəncədə Nizami və Kəpəz bələdiyyələri tərəfindən torpaq satışı mümkünsüz hal alıb.Elmar Vəliyev isə bir sıra vətəndaşlar istisna olmaqla torpaq ehtiyacı içində inildəyən ailələrə torpaq paylamayıb.Əksinə,öz dostunun-”məharətli”kadrının"torpaq baronluğunun təntənəsini”özünün uğuru kimi görüb.Nəticədə şəhərətrafı hektarlarla torpağın sotu 1000-5000 manat arasında satılaraq milyonlarla manat pul vəsaiti Elmar Vəliyevin və məharətli Mustafayevin varlanmasına səbəb olub. Hazırda Məharət Mustafayevin himayəsinə sığınan dəllallar qeyri yollarla(İHB sərəncamı əsasında-red) torpaqların satılmasında iştirak edirlər.Bu işdə əvvəllər olduğu kimi,İldırım adlı qudası və Gəncə İHB-də çalışan oğlu Sərxan Mustafayevin də adı hallanır. 

     

Sabiq icra başçı,yoxsa küçə döyüşçüsü




Hazırda Elmar Vəliyevin iradəsilə Gəncə ş,Memarlıq və Şəhərsalma departamentinin müdiri postunda oturan Mustafayev icra başçısı olarkən hərbə-zorbalığı ilə diqqət çəkib.Məmur olsa da dəfələrlə etik davranış qaydalarını bilərəkdən pozub,bir sıra şəxslərə qarşı əzələ nümayiş etdirib.2014-cü ildə barəsində Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi də açılıb.Belə ki, M.Mustafayev hələ RİH başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə və rayonun Qızılqaya qəsəbə ərazisi üzrə İHB nümayəndəsi ilə dalaşıb (bu barədə mətbuatda da kifayət qədər yazılıb).Münaqişə zəminində bələdiyyə sədrinə və icra nümayəndəsinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub.Daha sonra məsələ böyüyüb, olayla bağlı baş prokuror Zakir Qaralova da məlumat verilib. Hadisə daha yuxarı instansiyalara məruzə olunduqdan dərhal sonra M.Mustafayev 2014-cü il sentyabrın 10-da tutduğu vəzifədən azad olunub.Qeyd edək ki, bu tipli insidentlərdə,küçəsayağı davalarda M.Mustafayevin adı dəfələrlə hallanıb. Sabiq başçının elə həmin ilin iyun ayında Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivini zorla iməciliyə çıxarması,onların ünvanlarına nalayiq kəlmələr işlədib təhqir etməsi barədə xəbərlər də ictimailəşdirilib. Həmin hadisədən sonra Gəncə Dövlət Universitetinin müəllim kollektivi isə M.Mustafayevin onlardan üzr istəməsini tələb etmişdi.Bundan başqa, M.Mustafayevi adı avtobus sürücüsünün burnunu qırmaqda, polis əməkdaşını döyməkdə də hallanırdı...

      

 Köhnə hamam,köhnə də tasmı?

Bir daha bildirək ki,belə kadrların mühüm postlarda yer alması müəmmalı olduğu kimi,gülüş də doğurur.Hazırda Gəncə əhalisi arasında Elmar Vəliyev idarəçiliyinə qarşı antipatik rəylər formalaşmaqdadır.Bir çoxları düşünür ki,möhtərəm prezident cənab İlham Əliyevin haqlı olaraq qovduğu yarıtmaz icra başçısını himayə etmək Elmar Vəliyevin nəyinə lazımdır?Və yaxud da Gəncədə Məharət bəyi əvəz edəcək kimsə yoxdurmu?Bəlkə bu adamın ictimaiyyətə hələ də bəlli olmayan müsbət keyfiyyətlərini Elmar Vəliyevdən başqa kimsələr görə bilmir?Hər halda mühüm olan məqam Gəncənin "torpaq baronu”nun gücünün Elmar Vəliyev tərəfindən yenidən özünə niyə və necə qaytarılmasından gedir.Ümid edirik ki,başda möhtərəm prezidentimiz olmaqla,aidiyyatı şəxslər Elmar Vəliyevdən bu sualların cavabını gec-tez istəyəcəklər...

                                                       

 Osman Nərimanoğlu







Xüsusi qeyd:Nəzərinizə çatdırırıq ki,bu yazı müəllifin elektron poçt ünvanından([email protected])"Gündəm Xəbər"qəzetinin e-mail poçtuna([email protected])da göndərilib.Təəssüf ki,dünən (15:54-də)göndərilən eyni məzmunlu bu yazı bu gün adıçəkilən qəzetdə Gündüz imzası ilə dərc edilib. Osman Nərimanoğlu yazının müəllifi olaraq təəssüf hissi keçirir və "Gündəm Xəbər" qəzetində dərc edilmiş eyni məzmunlu və eyni başlıqlı bu yazının müəllifi olduğunu diqqətinizə çatdırır...




Demokratik.Az 


Oxşar xəbərlər