Gəncə Dövlət Universitetində "Dekanlıq"davası

  • 20 may 2016, 19:11

Demokratik.Az-a Gəncə Dövlət Universitetində baş qaldıran dekanlıq qalmaqalı barədə bilgilər daxil olub. Bilgilərə əsasən bir müddət öncədən Universitetdə dekan və kafedra müdirlərinin seçkilərinə start verilib. Hələlik Universitetin Kimya-Biologiya fakültəsinə dekan seçilsə də digər fakültələrdə seçki proseslərinə süni əngəllərin yaradıldığı bildirilir. Söhbət çoxsaylı internet mediasında adı daha çox hallandırılan, bununla bəlkə də GDU-nun digər fakültələrində baş verən biabırçılıqların gizlədilməsinə hesablanan Fizika və Texniki fənlər fakültəsindən gedir. Demokratik.Az-ın hələlik əldə etmiş olduğu bilgilər onu deməyə əsas verir ki,sən demə adıçəkilən fakültə də, fakültənin hazırki dekanı da bir-iki cılız müəllimin şəxsi maraqlarının hədəfində imiş...

Aldığımız bilgilərə görə, xeyli müddətdir ki,hazırki dekan İldırım Qasımovun dekanlıq karyerasına son qoymaq məqsədilə indiyədək "gizli"olan qüvvə artıq açıq savaşa girib. Daha dəqiqi,vaxtilə 8 il bu fakültədə rüşvət tendensiyası ilə çalışmış Muğan Quliyev yenidən köhnə vəzifəsinə can atır. Məlumata görə,qaımaqallı namizəd müəllimlik karyerasında "Xidmət Əməyi",pedoqoji təcrübi fənlərin tədrisilə məşğul olub. Amma bunları unudub və riyaziyyat elmləri doktoru ola bilib.Bu dəqiq və qeyri dəqiq elmlərin ustadı fakültənin bir neçə müəllimi ilə birləşərək qalmaqallar yaradır,yaxın günlərdə baş tutacaq dekanlıq seçkilərinə süni əngəllər törədir.

Müəmmalı fəlsəfə üzrə riyaziyyat elmləri doktoru özünün indiyədək əlbir olduğu şantajçı komanda üzvləri ilə ziyalı adına heç bir ölçülərlə sığmayan üsullarla dekanlıq postuna hücuma keçiblər. Hətta sabiq dekan müəllim kollektivinə seçilər-seçilməz hər kəsə kühnə rüşvət üsulları ilə şərait yaradacağını deməklə kollektivi ətrafına toplamağa çalışır. Muğan Quliyevin vəkili obrazında isə əsas fiqur rolunu vaxtilə zamdekanlıqdan qovulmuş Elxan İsmayılov aparır. O Elxan İsmayılov ki, övladlarını da hərbi xidmətdən yayındırmaqla təhsil ocağında başqalarına ziyalı vətənpərvərliyinin nə olduğunu aşılamaq əzmində deyil. Əldə etdiyimiz məlumata inansaq bu canfəşan xeyli müddətdir ki,evini satıb və müxtəlif yollarla "ziyanının" konpensasiyasına çalışır. Hesab edirik ki,bunlar adışəkilən haqda ayrıca müzakirə mövzusudur.Hələlik söhbət bu şəxsin Muğan Quliyevin dekanlığına niyə üstünlük verməsindən gedir. Belə anlamaq olar ki, gələcəkdə M.Quliyevin dekanlığı ona yüksək gəlirlər vəd edir...

Hal-hazırda saytımıza daxil olmuş faktlar araşdırılır və tezliklə mövzuya aid digər faktlar da Demokratik.Az-da öz əksini tapacaqdır ...

 ...............................

..............................

Xəbər verdiyimiz kimi, Gəncə Dövlət Universitetinin ard-arda fakültə dekanlığına və küfedra müdiri seçkiləri prosesinə başlanıb. Demokratik.Az-a daxil olan məlumata görə, bu seçkilər formal xarakterli olmaqla yanaşı gələcəkdə ciddi problemlərə də yol açacağı artıq gün kimi aydındır. Məlumata əsasən,rektor artıq kimin dekan,kimin kafedra müdiri olacağını şəxsən müəyyənləşdirib və seçimini öncədən bütün Universitetdə dövriyyəyə buraxıb. 17 may 2016-cı il tarixdə universitetin"Biologiya-Kimya fakültəsinə yekdilliklə təkrar dekan seçilmiş İsfəndiyar Alverdiyevin eləcə də "Botanika" kafedrasına professor Vaqif Novruzovun,, "Anatomiya,fiziologiya və zoologiya"kafedrasına dosent Vəfa Məmmədovanın kafedra müdiri seçiləcəkləri də rektorun öncədən müzakirə mövzusu olub. Məlumata görə, digər seçkilərin real namizədləri də artıq müəyyənləşib.Belə ki,Riyaziyyat-İnformatika fakültəsinə Oruc Hüseynova, İnformatika və HS kafedrası Əkrəm Aslanova,Tarix-Coğrafiya fakültəsi Urfan Həsənova,Xarici dillər fakültəsi Əjdər Əsgərova,Pedoqoji Bayram Apoyevə, İqtisadiyyat-İdarəetmə fakültəsi Şahin Xurşudova, Fiologiya fakültəsi də eks-rektor Mübariz Yusifova vəd olunub.

(Məlumat üçün qeyd etməyimiz vacibdrik ki,bizim saytın email poçtuna daxil olmuş bu siyahı real olmaya da bilər. Belə ki,adı qeyd edilən dekanların bir neçəsinin seçimləri növbəti illərdə olmalıdır).

Məlumata əsasən, qalmaqallı "Fizika və Texniki fənlər" fakültəsinin dekanlıq taleyi barədə Rektor qəribə mövqe bildirib.

Cənab Yusibov sözügedən fakültədə küçiriləcək dekanlıq seçkisini sona saxlayacağını bildirib. Məlumata görə o belə bir xəbər yaymaqla özünün əsl məqsədini gizlətməyə çalışır. Belə ki,Universitetdə rektorun adından yayılan başqa şaiyyələrə görə Yusifov bu postu da Muğan Quliyevə vəd edib. Məlumatlara görə adıçəkilən Universitetdə əlavə təhsil, magistratura və qiyabi şöbələrində əsas söz sahibidir.

 Maraqlıdır ki, siyahıdan göründüyü kimi,hazırda dekan və kafedra müdiri olanlar yenidən öz yerlərinə (təyainat)seçilməklə mükafatlandırılacaqlar.Sizcə belə çıxmırmı ki, rüşvət və korrupsiya burulğanında çabalayan GDU-da Yusifov ənənəsi Universitetin gələcək imicinə zərbədir.Hər halda başa düşmək olar ki, Yusifova sadiq komanda ilə işləmək lazımdır,Universitetin keyfiyyətli təhsil imici yox. Və o bu korrupsioner komandanı güclə əldə edib və itirmək də istəmir.

Demokratik.Az adıçəkilənlərin söz haqqını tanıdığını bəyan edir...

 

Osman Nərimanoğlu

 

Demokratik.Az

Oxşar xəbərlər