Abşeronda su borusuna kanalizasiya qoşublar - VİDEO

  • 26 apr 2016, 21:46
Vaxtı ilə həyətlərin suvarılmasında istifadə edilən boruya kanalizasiya xətti qoşulub. Çirkab su yaşayış evinin arxasına töküldüyünən ev sahibi üfunətdən və antisanitar vəziyyətə görə həmin borunu bağlayıb. Nəticədə su borusuna kanalizasiya birləşdirən sakinlərlə, ev sahibi arasında mübahisə yaşanıb.

Söhbət Abşeron rayon Mehdiabad qəsəbəsi Savalan küçəsində yaranmış problemdən gedir. Yemən Məlikovanın sözlərinə görə evlərinin yaxınlığından bağların suvarılması məqsədi ilə nəhəng su borusu keçir. Bir neçə il əvvəl boru yenisi ilə əvəz edildiyindən sakinlər köhnəsinə kanalizasiya qoşublar.

Vəziyyət o yerə çatıb ki, hava isti olanda üfunətdən sakinlər köçüb şəhərin mərkəzində kirayədə yaşayır.

Bu gün Yemən Məlikova oğlu ilə birlikdə borunun gölə tökülən hissəsindən bağlayıblar. Nəticədə digər sakinlərlə onlar arasında mübahisə yaşanıb.

Məsələ ilə bağlı Abşeron rayon Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi Üzər Nümayəndəliyinə müraciət etdik. Həmin vaxt ərazi nümayəndəliyinə, suvarmada istifadə edilən boruya kanalizasiya birləşdirən sakinlər də gəldi. Onlar Yemən Məlikovanın bu hərəkətinə narazılıq etdilər. Qəsəbə icra nümayəndəsi isə sakinlərə problemin yaxın vaxtlarda həll ediləcəyinə söz verdi.

xəzərxəbər
Oxşar xəbərlər