Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:00 - 12.11.2019  
AzTV-yə ayrılan 660 milyon hara gedib?
Tarix: 16-04-2016, 09:32 | Bölmə: Xəbərlər » Ölkə içi

«Tender adı altında alqı-satqılar əslində, saxta firmalar vasitəsilə həyata keçirilib»

Qulu Məhərrəmli: «Heç mənim yadıma düşmür ki, Alışanov var, onun televiziyası var, yoxsa yox…»

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov məhkəməyə müraciət edərək, uzun illər bu telekanalda çalışmış məşhur jurnalist, professor Qulu Məhərrəmlinin cəzalandırılmasını tələb etsə də, nədənsə, özü məhkəməyə gəlmir. Alışanov bu iş üzrə dünənki məhkəmə iclasına da qatılmamışdı…

AzTV sədrini məhkəmədə təmsil edən vəkil Zaur Abbasov Qulu Məhərrəmlinin müsahibəsindəki ifadələrin böhtan və təhqir xarakterli olub-olmadığının müəyyənləşdirilməsi üçün liqvistik ekspertizanın təyin olunması barədə vəsatət qaldırıb.

Amma Qulu Məhərrəmli və vəkili Cavid Rzazadə vəsatətin baxılmamış saxlanılmasını istəyib.

"Əvvəla, bizə vaxt verilməlidir ki, vəsatətlə bağlı rəyimizi yazılı şəkildə təqdim edək, öz suallarımızı qoyaq. Həm də əvvəlcə məhkəmədə Qulu Məhərrəmlinin ifadəsini dinləməliyik. Bəlkə adam deyəcək ki, ”o müsahibəni mən verməmişəm”. Bundan başqa, ekspertiza bütün məqaləni qiymətləndirsə, onda hər bir söz barədə rəy verməlidir. Ona görə də adamlar konkretləşdirməlidir ki, hansı ifadələri böhtan, təhqir hesab edirlər”, – deyə Cavid Rzazadə bildirib.

Qulu Məhərrəmli isə vəsatətin özünü "böhtan nümunəsi” adlandırıb: "Yazıblar ki, ”Qulu Məhərrəmli qəsdən bu yazının KIV-də dərcinə nail olmaqla, Alışanova böhtan atıb, onun şərəf və ləyaqətini alçaldıb”. Mən jurnalistəm, tez-tez müxtəlif məsələlər barədə fikirlərimi soruşurlar, müsahibə verirəm. Sonuncu dəfə Rusiya telekanalında Qarabağ məsələsinin işıqlandırılması barədə fikirlərimi bildirdim. Indi bu o deməkdirmi ki, mən qəsdən Rusiya telekanalları ilə bağlı yazıların dərcinə nail olmuşam? Fevralda da televiziyanın yayıma başlamasının 60 illiyilə bağlı zəng edib fikirlərimi soruşdular, mən də cavab verdim. Heç mənim yadıma düşmür ki, Alışanov var, onun televiziyası var, yoxsa yox… Arif Alışanovun dövründə AzTV-yə dövlət büdcəsindən 660 milyon manat pul ayrılıb. Amma bu televiziyada maliyyə şəffaflıq yoxdur. Araşdırmalar zamanı məlum olub ki, tender adı altında alqı-satqılar əslində, saxta firmalar vasitəsilə həyata keçirilib”.

Telejurnalist qeyd edib ki, illərdir media orqanları AzTV-də korrupsiya halları, hətta kriminal olaylar barədə materiallar dərc edir və bu məlumatların heç biri təkzib olunmayıb: "Bu adam dövlətdən maliyyələşən bir qurumun rəhbəridir. Vətəndaşların cibi hesabına yaşayan televiziyanın özünün də, rəhbərinin də fəaliyyəti şəffaf olmalıdır. Mən ki o müsahibədə Alışanov AzTV-yə rəhbər təyin olunarkən ”Xəbərlər” proqramının kasetlərinin niyə səhv düşdüyündən danışmamışam…”

Qulu Məhərrəmli və vəkilinin etirazlarına baxmayaraq, hakim Azər Tağıyev iddiaçı tərəfin vəsatətini təmin edib. Linqvistik ekspertizanın nəticəsi məlum olana qədər məhkəmə prosesi təxirə salınıb.

Xatırladaq ki, Arif Alışanovla Qulu Məhərrəmli arasında məhkəmə çəkişməsi telejurnalistin bu ilin fevralında Azərbaycanda televiziyanın yayıma başlamasının 60 illiyilə bağlı müsahibəsindən sonra yaranıb. AzTV sədri həmin müsahibədəki fikirlərə görə Qulu Məhərrəmlinin CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılmasını tələb edir.

Aytən

Xəbər 2938 dəfə oxunub






Oxşar xəbərlər

İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli
Əli İnsanovun müxalifətlə bir araya gəlməsinə etirazlar
Gəncə sakini kanalizasiya quyusuna yıxılıb
Müsavatın mitinq məktubuna meriyadan cavab verildi
Nəcati Şaşmazın qardaşı barədə şok İDDİA
İnam Kərimov Vaşinqtonda - KT sahəsində əməkdaşlıq
9 nəfərə "Əməkdar jurnalist” adı verildi (SƏRƏNCAM)
Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır?
Oktay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür etdi - VİDEO
Azərbaycanlı Rusiyada vəzifəyə seçilib
Həzi Aslanova yeni vəzifə verildi
Eldar Əzizov icra başçılarını yanına topladı
Müsavat Partiyasının mitinqlə bağlı müraciəti cavablandırılıb
Nardaranlı Mirseymuru öldürən Çeçenistanda gizlənir - İDDİA
Gülalıyevin həyat yoldaşı: "Oqtay komadadır"
Tacir gileyləndi: “Bacısı Fədayə ilə görüşməyimizə imkan vermir”
Vilayət Eyvazov Sumqayıtda şikayətçiləri qəbul edəcək
Avropa bankları “Visa” və “MasterCard”dan imtina edir
DİQQƏT İNAM KƏRİMOVA! Aqrar mütəxəssis hazırlığı bu naziri də maraqlandırmırsa nə etməli...?!
Gəncədə yarıtmaz baş həkimin izi və yolu hara uzanır? - Şok Detallar
Milli Şuranın üzvü olan generalla bağlı şok faktlar - İNTİM SƏS YAZISI
Sinaqoqda terror aktı planlaşdıran şəxs saxlanılıb
Prezident “Azərxalça”ya iki milyon manat ayırdı
Uzun illərdir icra başçısı postunda işləyənlər – SİYAHI
İngiltərə MN 500-dən çox zirehli transportyor alır
Teymur Rəcəbov Qran-Pri turnirinə heç-heçə ilə başlayıb
İran kanalında azərbaycanlılar təhqir olundu
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Bürclər 5 noyabr
APOEL – “Qarabağ” matçı ona tapşırıldı
“Fondpulu” tələb edən sinif rəhbəri cəzalandırıldı
Vilayət Eyvazov vətəndaşları incidən polis mayorunu işdən çıxardı
Kəlbəcərli girovlar azadlığın bir addımlığında
Parlament seçkiləri niyə bu il keçirilmədi və 125 mandatın taleyi...
"Rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar" - İlham Əliyev

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.38783] initstartout [0.00025] initstartin [0.00115] calstart [0.02345] calend [0.00078] topnewsend [0.00624] rsssend [0.00000] ehgend [0.00865] tagsstart [0.00100] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.34626]