Təhsil Nazirliyində yeni təyinatlar

  • 08 apr 2016, 20:56
Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru vəzifəsinə təyin olunmuş Qulu Novruzov bu təhsil müəssisəsinin kollektivinə təqdim edilib.

"Qafqazinfo” xəbər verir ki, Təhsil nazirinin müavini Ceyhun Bayramov Q.Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin keçmiş direktoru Nurlana Əliyeva isə təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.
 
Demokratik.Az
Oxşar xəbərlər