ADAU da soyqrım günü anılıb

  • 30 mart 2016, 17:14
Azərbaycan Dövlət Aqrar Universitetində 31 Mart Azərbaycanlıların Soyqrım günü ilə əlaqədar geniş toplantı keçirilib. Toplantıda bildirilib ki, iki əsr ərzində Azərbaycan xalqına qarşı dəfələrlə törədilən soyqrımlara uzun illər siyasi-hüquqi qiymət verilməyib. Amma buna baxmayaraq Azərbaycanda XIX əsrin əvvəlindən başlayaraq xalqın kütləvi şəkildə işgəncələrə məruz qalması, Azərbaycan torpaqlarının işğal edilməsi ilə nəticələnən bütün faciəli hadisələr tarixin yaddaşına həkk olunub.
ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə tədbiri universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açıb və deyib ki,
son illərdə Azərbaycan dövləti azərbaycanlı əhaliyə qarşı soyqrım və etnik təmizləmələr haqda həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox iş görüb. Tarix boyu ermənilər Rusiya ilə əlbir olaraq azərbaycanlılara qarşı soyqrım siyasəti həyata keçirib. Azərbaycanın onlarla kənd və şəhərlərində etnik təmizləmələr aparılıb. Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Qarabağ və başqa bölgələrdən azərbaycanlıları qovublar. 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında azərbaycanlılar yaşayan 199 kənd talan edilib və yandırılıb.

Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının müəllimi Samirə Qasımova mərzusində vurğulayıb ki, martın 30-da səhər ermən
i-bolşevik dəstələri Bakını hərbi gəmilərdən atəşə tutublar. Artilleriya atəşindən sonra silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq, onları amansızcasına qətlə yetiriblər. Martın 31-dən aprelin 1-nə keçən gecə azərbaycanlı əhaliyə qarşı qırğın kütləvi xarakter alıb. 3 gün ərzində Bakıda 17 min nəfər öldürülüb. Ermənilər Bakı, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda azərbaycanlı əhaliyə xüsusi amansızlıqla divan tutublar.

Toplantıda xüsusi qeyd edilib ki, Azərbaycan xalqının həyatında faciəli hadisələr barədə tarixi həqiqəti birinci olaraq Heydər Əliyev bəyan edib, 1998-ci il martın 26-da Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzalayıb. Bu sənəd uzun illər bundan əvvəl baş verən hadisələr barədə həqiqəti açıqlayıb, xalqın yaddaşını təzələyib, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, vətənə məhəbbət duyğularına qaytarıb.

 

ADAU-nun Mətbuat Xidmətinin rəhbəri - Qalib Rəhimli

 

Demokratik.Az

Oxşar xəbərlər