Direktor sinifləri “arenda”ya verir...

  • 17 mart 2016, 18:01
Sumqayıt şəhər 22 nömrəli məktəbin direktoru Tahirə Səfərova məktəbin otaqlarını icarəyə verir. Həm 22 saylı məktəbin müəllimləri, həm də başqa məktəbdən olan müəllimlər onlara əlavə qazac əldə etmələrinə şərait yaradan direktora icarə haqqı ödəyirlər. Bu əslində rəsmiləşmiş bir qayda olsa demək olardı ki, bəlkə də təhsilin inkişafı üşün kapital yığılır , ancaq adamın inanmağı da gəlmir ki, dövlət repetitor ların arenda pulunun ümidinə qalmış durumdadır... Dövlət müəssisəsində dövlətin adına kölgə salındığı məkanda, yəni 22 saylı məktəbdə sinif otaqları arendaya verildiyinə görə məktəbdə ciddi problemlər yaranıb. Bir növbə li işləməsi planlaşdırılan məktəbdə sinif otağının qıtlığı üzündən direktor ikinci növbə yaradıb. Bizimyol.info –ya verilən məlumata görə Cəbrayıl qaçqın məktəbinin kimya müəlliməsi Nazilə müəllimə, digər məktəbin Şəfəq adlı fizika müəlliməsi də Direktor Tahirə Səfərovaya icarə haqqı ödəyərək otaq icarəyə götürüb. Direktorun bu "biznesinə” nəzarəti isə köməkçiləri olan laborant qızlar həyata keçirir. Müəllimlər isə işlərini itirməkdən qorxduqları üçün Tahirə Səfərovaya heç bir söz deyə bilmirlər. 
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bununla bağlı Sumqayıt şəhər Təhsil İdarəsinə müraciət etməyimizi tövsiyə etdi. 
Sumqaytı şəhər Təhsil İdarəsindən özünü təqdim etməyən xanım isə bildirib ki, hazırda rəhbərlik iclasdadır. Günün sonuna qədər nə iclas bitdi, nə rəhbərlik tapıldı, nə də direktor, amma biz yazını yazdıq. Əminik ki, indi onlar mütləq tapılacaq və dölət müəssisəsində baş verənləri dövlət başda olmaqla mətbuat da ətraflı araşdıracaq.
Yeri gəlmişkən, sözügedən məktəb bu ilin yanvar ayında müəllimlə şagird arasında yaranmış insident səbəbilə mətbuatın gündəminə gəlmişdi. Məktəbin tarix müəllimi İdris Hüseynov şagirdi yoldaşlarının gözü qarşısında döyüb, təhqir etmişdi. Sinifdə olan uşaqlar həmin müəllimə xəbərdarlıq edib ki, həmin şagirdin səhhətində problem var. Buna məhəl qoymayan müəllim uşağı döyməyə davam edib. Sonradan Təhsil Nazirliyi araşdırmaya başlayıb İdris Hüseynovu Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad etmişdi. 

Rəşad VAQİFOĞLU