Bayramda rayona gedənlərə şad xəbər

  • 10 mart 2016, 19:33
Novruz bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” QSC və Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq.

"Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat katibi Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bildirib ki, bayram günlərində yarana biləcək sıxlığın aradan qaldırılması üçün lazımı addımlar atılacaq.

"Bayram günlərində sıxlığın aradan qaldırılması üçün qatarlara əlavə vaqonlar qoşulacaq. Bundan başqa körpülərdə, stansiyalarda mühafizə tədbirləri gücləndiriləcək. Sərnişinlər bölgələrə rahat şəkildə gedə biləcəklər”. 

Bakı-Sumqayıt qatarının bayram günlərində gücləndirilmiş iş rejimində çalışacağını deyən Nadir Əzməmmədov qrafikdə dəyişikliyin edilməyəcəyini bildirib.

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının şöbə müdiri Mətləb Abidi bayram günlərində sərnişin sıxlığının aradan qaldırılması ilə bağlı əmr imzalandığını deyib.

Əmək Məcəlləsinin 105-ci maddəsi ilə müəyyən edilmiş bayram günlərinin ölkə ərazisində qeyd olunması ilə əlaqədar olaraq bayram ərəfəsi və bayram günlərində şəhərlərarası və bütün istiqamətlərdə sərnişindaşınmasını həyata keçirən nəqliyyat vasitələrinin Avtovağzaldan son yoladüşmə vaxtı saat 22:00-da müəyyən edilib. 

Qurum rəsmisi bildirib ki, bununla əlaqədar Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib: "Əmrə əsasən qiymət siyasətinə nəzarət gücləndirilib, sərnişin axının daha çox olduğu ərazilər müəyyənləşçdirilməli və həmin bölgələrə əlavə nəqliyyat vasitələri ayrılmalıdır. Bununla bağlı artıq işlərə başlanılıb”. 

Avrovağzal rəsmisi onu da bildirib ki, bilet satışı 10 gün əvvəlcədən həyata keçiriləcək.

"İlaxır çərşəmbə ilə əlaqədar Cənub bölgəsinə, Naxçıvan Muxtar Respublikasına, Lənkəran, Masallı rayonlarına daha çox bilet alınıb. Sıxlığın aradan qaldırılması ilə əlaqədar xəttə əlaqə marşrutların qoşulması planlaşdırılır. Hesab edirəm ki, sərnişin sıxlığı olmayacaq. Süni qiymər artımının qarşısının alınması üşün lazımı addımlar atılacaq. 

Gün ərzində 350-400 avtobus xəttə buraxılırsa, bayram günlərində lazım olsa, bunu 2 dəfə artıra bilərik”.
 
Demokratik.Az
Oxşar xəbərlər