Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:58 - 17.09.2019  
Prezident fərman verdi
Tarix: 7-03-2016, 19:48 | Bölmə: Xəbərlər » Ölkə içi

Prezident fərman verdiAzərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin;

2.2. dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin;

2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin:

2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması;

2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi;

2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi;

2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması;

2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;

2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;

2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin;

2.6. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı aşkar edilən, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin, eləcə də əhalinin məskunlaşdığı ərazi hissələrinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi, habelə torpaqların dövlət torpaq kadastrında aid edildiyi kateqoriya ilə yanaşı digər kateqoriyaya da aid edilməsi barədə təkliflərin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə zidd olmadığı təqdirdə, əsaslandırılmaqla və aidiyyəti orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsin;

2.7. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması, eləcə də bələdiyyələrin xəritələrinin hazırlanması tədbirləri ilə əlaqələndirilməklə həyata keçirilməsini və dövlət büdcəsi vəsaitindən səmərəli istifadə olunmasını təmin etsin;

2.8. torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsini, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət müəssisə və təşkilatlarına tapşırılsın:

3.1. idarəçiliyini həyata keçirdikləri, habelə istifadələrində olan torpaq sahələrinin yerquruluşu qaydasında mərzçəkmə işləri aparılmaqla sərhədlərinin dəqiqləşdirilməsi üçün müvafiq sənədlərin və məlumatların Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – Komitə) sorğusu əsasında ona təqdim olunmasını, habelə zəruri hallarda bu işlərdə öz nümayəndələrinin iştirakını təmin etsinlər;

3.2. avtomobil və dəmir yolları, magistral suvarma kanalları və kollektorlar, su, kanalizasiya, elektrik və rabitə xətləri, magistral neft və qaz kəmərləri, mədəni irs obyektləri və qoruqlar, eləcə də qorunan və mühafizə olunan digər qurğu və obyektlərin mühafizə, sanitariya, qorunma və digər zona və zolaqları barədə mövcud məlumatların Komitəyə təqdim olunmasını, bu məlumatlar olmadıqda isə Komitənin sorğusu əsasında həmin zona və zolaqların müəyyən edilməsi məqsədi ilə aparılan işlərdə iştirak etmək üçün öz nümayəndələrinin ayrılmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılsın ki, idarəçiliyini həyata keçirdikləri, habelə istifadələrində olan torpaq sahələri, eləcə də apardıqları sahəvi kadastrlardakı torpaqlarla bağlı, torpaqların münbitliyinin bərpası və artırılması, onlardan istifadə olunması, bu məqsədlərlə aparılan monitorinqlərin nəticələri ilə bağlı sənədlərin və məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədi ilə üç ay müddətində, həmin torpaq sahələrinə münasibətdə həyata keçirdikləri tədbirlər və bu tədbirlər nəticəsində əldə olunan, informasiya sisteminə daxil edilməli məlumatların isə mütəmadi Komitəyə təqdim olunmasını təmin etsinlər.

5. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və bələdiyyələrə tövsiyə edilsin ki, Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və digər daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Komitə tərəfindən müvafiq ərazidə maarifləndirmə tədbirlərinin keçirilməsində iştirak etsinlər və bununla bağlı təşkilati dəstəyi təmin etsinlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

6.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

6.2. "Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

6.4. bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə bələdiyyələrin vəsatətlərinə baxılması qaydasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması, bu məqsədlə yerquruluşu, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin və torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların mərhələlərlə aparılmasının maliyyələşdirilməsi məsələlərini həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 mart 2016-cı il.
Xəbər 2766 dəfə oxunub






Oxşar xəbərlər

Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli
Nazilə əri ilə şəklini paylaşdı - müzakirəyə səbəb oldu
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
101 il öncə - Bugün Bakının azad olunduğu gündür
Rəşid Behbudovun sirli ölümü: “Məni aradan götürəcəklər” - TARİX
İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib
Mehriban Əliyeva Şamaxı Cümə məscidində - FOTOLAR
Güləşçimiz dünya çempionatında finala çıxıb
Evlərin qiymətində bahalaşma davam edir
Kürd siyasətçi: "PKK böyük qırğınlar törədə bilər"
Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi
Baş Prokurorluqdan Firudin Ələkbərli ilə bağlı açıqlama
Gələn il dövlət büdcəmiz nə qədər olacaq ? - RƏSMİ
Mingəçevir su anbarı və onun təhlükəsizliyi - ANALİZ
“Sami Yusif mahnıya bəsit yanaşıb" - Analiz
Adam oğurlayaraq işgəncə verən idmançımız barədə FAKTLAR
Putin Dağıstan səfərində müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO
AİLƏSİ ONU AXTARIR
Gəncə sakinindən narkotik maddə götürülüb
Əhməd Davudoğlu AKP-dən istefa verib
Veronika Kastro karyerasını bitirdi
Sabiq məhkəmə sədrinin qatili Arif Əsgərovun qudasıdır
İsrailin aerokosmik şirkəti Azərbaycan bazarına gildi
Bakıda istifadəyə yararsız 1 tona yaxın quş əti aşkarlanıb
Qızıl bazarı bahalaşdı, gümüş isə...
Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü
“Özlərini “fədai” adlandıran qoçular peyda olub” – Mübariz Mənsimov
"Fədailər Hərəkatı"nın lideri Fuad Muradovdan - VİDEOMÜSAHİBƏ
Aşura, yoxsa Qarabağ?
Türkiyəni 9 il idarə edən dəmir əl - Dosye
Misir Mərdanov direktor seçildi

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.39615] initstartout [0.00022] initstartin [0.00105] calstart [0.01423] calend [0.00107] topnewsend [0.00918] rsssend [0.00000] ehgend [0.08142] tagsstart [0.00069] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.28822]