DYP MMX protokollarını ləğv etdi

  • 28 fev 2016, 20:22
Bakı-Qazax yolundan istifadə edən bir neçə sürücü yolun Kürdəmir-Nəvai arasındakı ərazisindəki yol nişanı 110 sürətini göstərdiyi halda, həmin sürətlə hərəkət etmələrinə baxmayaraq 90-la radara düşdüklərini bildiriblər. Bunun necə baş verdiyinə isə Baş Dövlət Yol Polisi İarəsinin şöbə rəisi, polkoknik Kamran Əliyev aydınlıq gətirib. Modern.az saytı xəbər verir ki, DYP rəsmisi xəzərxəbər-ə Nəvai-Kürdəmir arasındakı magistral yolda təmir işləri başa çatdırıldığını və sürət həddinin artırıldığını bildirib.

Kamran Əliyev hadisədən xəbərdar olduqlarını və dərhal baş vermiş yanlışlığa görə tədbirlər görüldüyünü vurğulayıb. Şöbə rəisi həmin məsələyə görə protokol yazılan sürücülərin probleminin artıq aradan qaldırıldığını deyib.

Onun dediyinə görə, proqramlaşdırmada gecikmə olduğu üçün bir neçə sürücüyə yalnış elektron protokol tərtib edilib. Amma bu protokolların hamısının icrasına xitam verilib və buna görə heç bir sürücü məsuliyyətə cəlb edilməyəcək.

Baş Dövlət Yol Polisindən verilən məlumata görə, Nəvai-Kürdəmir arasındakı magistralda artıq texniki işlər yekunlaşıb. Yəni radarlar artıq saatda 90 yox, 110 kilometr həddinə uyğun tənzimlənib.    
Oxşar xəbərlər