Eynulla Fətullayev Sabir Rüstəmxanlıdan üzr istəyəcəkmi?

  • 14 fev 2016, 14:08
Dünən"Yardmlı Xeyriyyə Cəmiyyəti" tanınmış jurnalist Eynulla Fətullayevlə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Eynulla Fətullayev VHP sədri Sabir Rüstəmxanlıdan üzr istəməlidir. 

Demokratik.Az həmin bəyanatıtəqdim edir:
 "Eynulla Fətullayev atası və bəlkə də babası yaşında adamın, iki yüz əlli mindən çox biz Yardımlı əsillilərin fəxr etdiyi insanlardan birinin, Azərbaycanın tarixində özünəməxsus yeri olan, adı və təxəllüsü ilə özü bir zirvəyə dönmüş Sabir Rüstəmxanlının haqqında başından böyük qələt eləməsin.

Bu hərəkəti ilə o, təkcə Sabir Rüstəmxanlının deyil, bizim də qəzəbimizə tuş gəlib. 

Bu nadan, anlamalıdir ki, elə insanlar var ki, onların haqqında fikir yürüdəndə nəzakət qaydalarına riayyət olunmalıdır. Ən azı xidmətlərinə, ictimai çəkisinə görə.

Sabir Rüstəmxanlı, Mirmahmud Fəttayev, Fəzail Ibrahimli, Musa Qasımlı- bu ziyalılar biz yardımlıların fəxr yeri, ehtiram ünvanıdır. Necə deyərlər, bu insanları yurdumuzun simvolları kimi qəbul etmişik. Onların hər hansı birinin təhqir olunmasını biz yardımlılara hörmətsizlik kimi dəyərləndiririk.

Sonda biz- ölkəmizdə və ölkəmizdən kənarda yaşayan Yardımlı əsilli soydşlarımızı təmsil edən- bir ictimai təşkilat kimi Eynulla Fətullayevdən tələb edirik ki, səhvini düzəldərək, xalq şairi Sabir Rüstəmxanlıdan üzr istəsin”.
 
Demokratik.Az
Oxşar xəbərlər