Vergilər Nazirliyində kadr islahatı

  • 05 fev 2016, 20:26
Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

Trend xəbər verir ki, vergilər nazirinin beynəlxalq münasibətlər və tədris sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri Ələkbər Comərd oğlu Məmmədov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi təyin olunub.

Baş vergi xidməti müşaviri Natiq Telman oğlu Şirinov isə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib.
 
 Demokratik.Az
Oxşar xəbərlər