“Azərbaycanda “donuz qripi” halları qeydiyyata alınmayıb”

  • 14 yan 2016, 18:15

Azərbaycanda "donuz qripi” halları qeydiyyata alınmayıb, son bir neçə il ərzində mövsümi qrip və digər kəskin respirator infeksiyaların səviyyəsi orta illik göstəriciləri üstələmir.

 

Demokratik.Az-ın xəbərinə görə,bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, bununla yanaşı, praktiki olaraq bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyət müşahidə olunur ki, bu da bizim üçün potensial təhlükə yaradır və profilaktik, müalicəvi və antiepidemik xarakterli tədbirlərin görülməsi üçün qüvvə və resursların səfərbər edilməsini tələb edir.

Bu məqsədlər üçün səhiyyə naziri Oqtay Şirəliyev 2015-ci il dekabrın 8-də müvafiq əmr imzalamışdı.

L.Bayramova qeyd edib ki, bu əmrə uyğun olaraq qripə yoluxmaqda şübhəli bilinən xəstələrin hospitallaşdırılması üçün xüsusi çarpayılar ayrılıb, xüsusi hallarda bu tibb məntəqələrində məhdudlaşdırıcı tədbirlər görüləcək, dezinfeksiya rejimi gücləndirilib, tibbi heyət fərdi qorunma vasitələri ilə təmin edilib.

Mətbuat xidmətindən deyiblər ki, vətəndaşlarımıza qriplə bağlı vəziyyətin gərgin olduğu ölkələrə səfərdən, mədəni-kütləvi və əhalinin kütləvi toplaşdığı digər yerlərə getməkdən çəkinmək tövsiyə edilir.

Oxşar xəbərlər