Bakı Gəmiqayırma Zavodunda BP üçün sualtı gəmi hazırlanır

  • 11 yan 2016, 20:59

Azərbaycan İnvestisiya Şirkətinin əsas səhmdarlarından olduğu Bakı Gəmiqayırma Zavodunda ötən 2015-ci ildə 2 üzən qurğunun və 3 blok körpüsünün tikintisi başa çatdırılıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda zavodda BP şirkətinin sifarişi ilə dəyəri 378 mln. dollar olan "Xankəndi” sualtı tikinti gəmisinin inşası aparılır. Gəminin tikintisinin 2017-ci ilin aprel ayınadək tam başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin tikintisi həyata keçirilir. Bu gəmilərin inşası üzrə işlər bu ilin aprelinədək başa çatdırılacaq.